TƏFSİR ÜSULU VƏ TARİXİ 114
mir, peyğəmbərlik iddiasında olanlardan nə isə qeyri-adi, amma
görünən, duyulan, hiss edilən bir şey tələb edir. Allah-təala Musa-
ya (ə.s) ilana çevrilə bilən əsa vermişdi ki, o öz əsası ilə Nil çayını
iki yerə ayırmışdı, İsa (ə.s) xəstələrə şəfa verə bilirdi, ona ölüləri
diriltmək qabiliyyəti bəxşedilmişdi. Allah-təala istəmişdir ki, Onun
sonuncu Peyğəmbərinin möcüzəsi Quran olsun. Çunki ərəblər
öz bəlağətləri və fəsahətləri, natiqlik qabiliyyətləri ilə fərqlənmiş,
gözəl şer nümunələri yaratmışdılar. Onlar öz dillərinin təmizliyi,
səlisliyi, söz sənəti sahəsindəki məharətləri ilə fəxr edirdilər. Buna
görə də onlar üçün ən böyük möcüzə dil cəhətindən olabilərdi.
“Ecaz”, lüğətdə “aciz qoymaq” mənasına gəlir. Bir şeyin bənzərini
düzəltməkdən başqalarını aciz qoyan şeyə də “möcüzə” deyilir. Qu-
ranın ecazkarlığı deyildikdə isə “onun bütün insanları öz oxşarını meydana gətirməkdən aciz qoyması” nəzərdə tutulur. Quranın oxşarı-
nı meydana gətirmək bəşər qüdrətinin fövqündədir. Quran fəsahət
və bəlağət baxımdan elə bir səviyyədədir ki, bir insanın ona nəzirə
yazması qeyri-mümkündür. Ancaq mötəzili alimi olan Nəzzamın
(vəfatı-231/845) bu mövzuda bir etirazı vardır. Onun bu mövzuda
irəli sürdüyü iddia “sərfə” adını almışdır. Sərfə nəzəriyyəsinə görə
Allah-təala ərəblərin Qurana nəzirə yazmalarına mane olmuşdur.
Quranın möcüzəvi yönü də məhz bu maneədən qaynaqlanır. Əgər
Allah mane olmasaydı insanlar Quranın oxşarını meydana gətirə
bilərdilər.
Lakin, İslam alimlərinin əksəriyyəti onun bu nəzəriyyəsini
qəbul etməyərək onu bəzi yönlərdən tənqid etmişlər. Çünki sərfə
nəzəriyyəsini qəbul etsək, o zaman Quranın meydan oxumasına
ecaz deyil, təciz deyilərdi. Həmçinin Qurani-kərimin aciz qoyma
vəsfi olmasaydı onun möcüzə olduğunu söyləyə bilməzdik. Qu-
ran onun ilahi bir kitab olduğuna qarşı çıxanlara meydan oxuyaraq
belə buyurur: