QURAN ELMLƏRİ 115
. َينِقِدا َص ْ ُتنُك نإِا ُهْعِبَّاتأَ� اَمُ ْنِم ىَدْهأَ� َوُه ِ َّاللا ِدنِع ْنِّم ٍباَتِكِب اوُتأْ�َف ْلُق
“Ey Rəsulum! Onlara de: “Əgər düz deyirsinizsə, ondan Allahın dərgahından elə bir kitab gətirin ki, bunların ikisindən (Tövrat və Quran) də daha doğru yol göstərici olsun. Mən də onun ardınca gedim”.
126
Bu mümkün olmadığı üçün heç olmasa özü kimi bir kitab mey-
dana gətirməklərini istəyərək belə buyurur:
اًايِه َظ ٍضْعَبِل ْمُه ُضْعَب َن َك ْوَلَو ِ ِلْثِمِب َنوُتأْ�َي َل ِنآ�ْرُقْلا اَذـَه ِلْثِمِب ْاوُتأْ�َي نأَ� َلَع ُّنِجْلاَو ُسنإِلا ِتَعَمَتْجا ِ ِئَّال لُق
“De: “İnsanlarla cinlər bir yerə yığışaraq bu bənzərini gətirmək istəsələr, bir-birlərinə arxa olsalar belə onun kimisini gətirə bilməzlər”.
127
Qurani-kərim insanlara meydan oxumağa davam edərək onla-
rın Qurandakı surələrə bənzər on surə, buna da gücləri çatmasa heç
olmasa bir surə meydana gətirmələrini istəməkdədir:
َينِقِدا َص ْ ُتنُك نإِا ِ ّللا ِنوُد نِّم ُتْعَطَتْسسا ِنَم ْاوُعْداَو ٍت َيََتْفُم ِ ِلْثِّم ٍرَو ُس ِ ْشَعِب ْاوُتأْ�َف ْلُق ُهاََتْفا َنوُلوُقَي ْمأَ�
“Yaxud da onlar deyərlər: “Bunu (Quranı) o, özündən uydurubdur”. De: “Əgər haqlısınızsa, onda Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağırın və buna bənzər uydurulmuş on surə də siz gətirin.” 128
“Yaxud da onlar deyərlər: “Onu o (Mühəmməd peyğəmbər) uydur- muşdur”. De: “Əgər düz deyirsinizsə, onda Allahdan başqa kimi bacarır- sınızsa, köməyə çağıraraq siz də ona bənzər surə bir gətirin!” 129 Qurani-kərimin meydan oxumasına rəğmən heç kəs onun
bənzərini meydana gətirməyə müvəffəq olmamışdır. Mənbələr bizə
bəzi inkarcıların ilk dövrlərdə Qurana nəzirə yazmağa çalışdıqla-
rını xəbər verir. Məsələn, Müseyləmə ibn Kəzzabın fili vəsf edən
bu bənzətməsi çox məşhurdur: “əl-filu məl-filu və mə ədrakə məl-
126 Qəsəs, 28/49.
127 İsra, 17/88.
128 Hud, 11/13.
129 Yunus, 10/38.