5. Nəsxin növləri Müfəssirlər Quranda üç növ nəsxin olduğunu söyləmişdirlər:
a. Hökm qalır, amma mətn nəsx edilir. “Rəcm” ayəsi kimi.
Hədis kitablarında bu ayə belə keçir: “Evli kişi ilə evli bir qadın zina edərsə, Allahdan bir cəza olaraq onları mütləq rəcm edin. Allah əzizdir, hikmət sahibidir”. Səhihi Buxaridə keçən bir rəvayətə görə Hz. Ömər
belə bir ayənin əvvəllər var olduğunu, sonra isə mətninin nəsx olu-
dunğunu söyləyir. Lakin hədis tənqidçilərinin bir çoxu bu hədisin
səhihliyini qəbul etməmişlər. Bundan başqa bu rəvayət Quranın
ümumi prinsiplərinə uyğun gəlmir. Çünki məntiqlə düşünsək, ya-
zılı olmayan bir ayənin hökmünün mühafizə edildiyini qəbul etmək
mümkün deyildir. Əgər bu ayə bir hökm gətirmişsə nə üçün onun
mətni Quranda yazılmamışdır? Bir mətnin Qurandan olduğunu
qəbul etmək üçün onun mütəvatir olaraq gəlməsi lazımdır. Rəcm
ayəsi isə belə bir xüsusiyyət daşımır.