TƏFSİR ÜSULU VƏ TARİXİ 98
səbəbin nəticəsi kimi qiymətləndirmək doğru deyildir. Bu səbəblər
sadəcə o ayələrin enməsi üçün vasitələrdir.
Onu da qeyd etmək lazımdır ki, Quranın bütün ayələrinin
müəyyən səbəblərə görə nazil olmamışdır. İslam alimləri hər hansı
bir səbəbə görə nazil olan ayələrin təxminən 600-ə qədər olduğu
qənaətindədirlər. Ayələrin böyük bir hissəsi xüsusi bir hadisəyə,
məsələyə və ya başaq hər hansı bir səbəbə görə deyil, ümumiyyətlə
insanları möhtac olduqları məsələlərdə məlumatlandırmaq,
aydınlatmaq, istiqamətləndirmək və ya xəbərdar etmək məqsədi
ilə vəhy olunmuşdur.
Nüzul səbəbləri olan rəvayətlərdə bəzi xüsusi ifadələr işlədilir.
Bu ifadələrin bəziləri keçdikləri rəvayətin həqiqətən də nüzul səbəbi
olduğunu bildirirlər ki, bu ifadələr aşağıdakılardır: “Səbəbu nüzuli
həzihil-ayə”, “fənzələ Allahu həzihil-ayə”, “nəzələt həzihil-ayə”