Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə101/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   281
A. Ulumu-l Quranın (Quran elmlərinin) tərifi, mövzusu və sayı
Ulumu-l  Quran”  ifadəsindəki“ulum”  sözü  “elm”  kəlməsinin 
cəmidir. Lüğətdə “bilmək və anlamaq” mənasına gələn bu söz termin 
olaraq “məsələləri dəlilləri ilə idrak etmək” deməkdir. “Ulumu-l Quran” 
deyildikdə isə “Quranın nazil olması, tərtibi, cəmi, yazılması, oxunma-
sı, təfsiri, ecaz, nasix, mənsux və s. kimi Quranla əlaqədar elmlər” qəsd 
olunur. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
92
Quran  elmləri  Quranın  xətti,  ləfzi  və  mənası,  üslub  və  ecazı 
kimi müxtəlif mövzuları əhatə edir. Bu elmləri bilməyənlər Quranı 
anlaya və təfsir edə bilməzlər. Bu elmlərdən başqa Quranda bəzi 
təbiət elmləri ilə əlaqədar ifadələrə də rastlaşmaq mümkündür. La-
kin bu ifadələrdən yola çıxaraq təbiət elmlərinə də Quran elmləri 
deyə  bilmərik.  Çünki  Quran  bu  elmlərin  qanunlarını  qoymaq  və 
onları isbat etmək üçün nazil olmamışdır.
Təbiət elmlərinin Quran elmləri sayılmaması onların İslam di-
nində əhəmiyyət verilməyən elmlər olmaları mənasına gəl məz. Ək-
sinə Qurani-kərim bu elmləri öyrənməyi, bu sahələrdə mü təxəssis 
kimi yetişməyi əmr edir. Lakin bunu da unutmamaq lazımdır ki, 
Quran elmləri sadəcə Quranın anlaşılmasına xidmət edirlər. Eyni 
şeyi isə təbiət elmlərini üçün söyləmək qeyri-mümkündür.
Zərkəşi  “əl-Burhan  fi  ulumil-Quran”  adlı  əsərində  Quran  elm-
lərinin  qırx  yeddi  elmdən  ibarət  olduğunu  və  eyni  zamanda  bu 
elmlərin sayını məhdudlaşdırmanın əslində doğru olmayacağını bil-
dirir. Suyuti isə Zərkəşinin çəkdiyi çevrəni daha da genişləndirərək 
bu elmlərə astronomiya, tibb və digər elmləri daxil etmişdir.
Burada üzərində durulması lazım olan məsələlərdən biri də Əbu 
Bəkir  ibn  əl-Ərəbinin  (vəfatı-543/1148)  nəql  etdiyi  bu  rəvayətdir: 
“Qurandakı hər bir kəlmənin zahir, batin, hədd (halal-haram) və 
matla (vəd-vəid) deyə dörd mənası vardır”. Bu rəvayətdə İbn Ərəbi 
Quran elmlərinin 77540 olduğunu yazır.
Zərqani isə Suyutinin və İbn Ərəbinin Quran elmləri haqqın-
da  söylədiklərinin  təvilə  əsaslandığını,  bunlarla  tədvin  edilmiş 
elmlərin deyil, Quran kəlmələrindəki mənaların qəsd olunduğunu 
söyləyir. 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin