TƏFSİR ÜSULU VƏ TARİXİ 88
müsəlman alimləri də Quranı Avropa dillərinə tərcümə etmişlər.
Mirzə Bəşiruddin Mahmud Əhmədin holland dilinə tərcümə etdiyi
“Der Hellige Qoran” adlı tərcümə 1954-cü ildə nəşr edilmişdir. 1959-
cu ildə isə müsəlman alimi Məhəmməd Həmidullah Quranı fran-
sız dilinə tərcümə etmişdir. Bunlardan başqa Mövlana Məhəmməd
Əlinin “The Holy Quran”, Məhəmməd Zəfrullah Xanın “The Koran”
adlı ingiliscə tərcümələri vardır.
Yuxarıda qeyd olunan dillərdən başqa Quranın bir çox dilə
tərcüməsi vardır ki, bunlar Asiyada çin, yapon, koreya, malaziya və
urdu, Avropada rumın, macar, isveç, norveç, portuqal, serb, xorvat,
boşnak, Afrikada isə sevahil və yorba dilləridir.