Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə96/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   281
QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
85
xülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvinin “Kitabul-bəyan 
fi təfsiril-Quran” adlı təfsiri Tiflisdəki Qeyrət mətbəəsində çap edil-
mişdir.
107
 28 aprel 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurul-
masından bir neçə gün sonra bütün dini imtiyazlar ortadan qaldı-
rıldı. Sovet hakimiyyət orqanları din ilə mübarizə aparmağa qərar 
vermişdilər. Hakimiyyət öz planlarını həyata keçirmək üçün hər cür 
müəssisələr  qurur,  konfrans  və  seminarlar  keçirirdi.  1924-cü  ildə 
Bakıda “Allahsızlar Cəmiyyətinin” qurulmasının səbəbi də bu idi. 
Ancaq bütün bunlara rəğmən kommunistlər öz istəklərini həyata 
ke çirə  bilmədilər.  Azərbaycanın  bəzi  yerlərində  dini  fəaliyyətlər 
giz li olsa da davam edirdi.
İkinci  dünya  mühribəsinin  başlaması  ilə  sovet  hökuməti  mü-
səlmanlara qarşı ateizm təbliğatında güzəştə getməyə məcbur ol-
du. Hökuməti bu mövzuda mülayim davranmağa məcbur edən cə-
miyyət içərisində narahatlığın artması, ruhanilərin bir mərkəzdən 
idarə  olunmaması  və  onların  istəklərinin  yerinə  yetirilməməsi, 
düş mənə qarşı xalq içərisində yekdil müqavimət əzminin qırlıma-
sı qorxusu idi. Bu mülayimlik müxtəlif səbəblərdən müharibədən 
son ra da davam etdi. Məhz Əhməd Həşimzadənin 1962-ci ildə yazıb 
ta mamladığı dörd cildlik “Təfsirul-Quranil-əzim” adlı təfsiri də bu 
dövrə təsadüf edir. Bu əsr ərəb əlifbasıyla yazılmış və Azərbaycan 
Elmlər Akademiyasının Əlyazmalar İnistitutuna verilmişdir.
108
Həmçinin mərhum Azərbaycan ədəbiyyatçısı, klassik Azərbay-
can  ədəbiyyatını  və  əruzu  çox  gözəl  bilən  Əli  Fəhmi  Ələkbərov 
1969-1970-ci  illərdə  Vasim  Məmmədəliyevin  redaktəsi  ilə  Bəqərə, 
107  Vasim Məmmədəliyev, Quranın Azərbaycan dilindəki tərcüməsinə 
yazdığı ön söz , s. XXVII
108  Davut Aydüz, Sovet dövründə Azərbaycan türkcəsi ve ərəb qrafikası ilə 
yazılmış təfsir, s. 86 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin