A. Qurani-kərimin türk dilinə tərcüməsi (məalı) və təfsiri Türk xalqlarının mədəniyyət tarixində din kitablarının bu dilə
tərcüməsi fəaliyyəti müxtəlif türk boylarının beynəlmiləl dinlərlə
təmas qurduqları dövrlərdə başlamışdır. Türklər qədim zamanlar-
da buddizmlə tanış olmuşdu. Türk dilindəki qədim terminlərin bir
çoxu islam ədəbiyyatına türk dilinə tərcümə edilən buddizm dininə
aid əsərlərdən keçmişdir. Türklər buddizmdən başqa Zərdüştlük,
Manixeizm və Xristian dinləri ilə də təmas qurmuşdular. Türklərin
böyük mədəni və ticarət mərkəzlərində bütün bu dinlərə mənsub
insanlar yaşamışlar. Yüz ildən bəri aparılan tədqiqatlar nəticəsində
96 Bu ayələr üçün bax. Taha 20/ 47; Əli İmran 3/64; Nisə 4/71; Tövbə
9/29.
97 Muhsin Demirci, Kuran Tarihi, s. 214.
98 Məhəmməd ibn əs-Səraxsi , əl-Məbsut , I, 37.
99 Muhammed Hamidullah, Aziz Kuran, tərc: A. Hatip- M. Kanık, s. 78.
100 Muhsin Demirci, e.a.ə. s.214