TƏFSİR ÜSULU VƏ TARİXİ 82
göndərilən diplomatik məktublardakı bəzi ayələrdir.
96
Rəsulullah
(s.ə.s) tərəfindən göndərilən bu məktublarla birlikdə həmin ayələr
də tərcümə edilmiş və ehtimal olunur ki, bu tərcümə işi Hz.
Peyğəmbərin göndərdiyi elçilər tərəfindən həyata keçirilmişdir.
97
Böyük tarixçi və hüquqşünas olan əs-Səraxsi belə deyir:
“Rəvayət edildiyinə görə iranlılar Salman Farisiyə məktub yazaraq
Quranın birinci surəsini farsca yazmasını istəmişlər. Onlar dilləri
ərəb dilinə öyrəşənə qədər namazlarında onu oxumuşlar.”
98
Tacuş-Şəriə də “Nihayə haşiyətül-hidayə” adlı əsərində belə de-
yir: “Salman Farisi Hz. Peyğəmbərə müraciət etmiş və onun razılığı
ilə Quranın birinci surəsini fars dilinə tərcümə etmişdir. Bilindiyi
kimi Salman Farisi Hz. Peyğəmbərin Mədinədəki səhabələrindən
biri idi.
99
Beləliklə deyilə bilər ki, Qurana dair ilk tərcümə az da olsa
Hz. Peyğəmbər zamanında edilmişdir.
100