QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 81
Yuxarıda zikr olunan rəylərdən hansının daha doğru olduğu-
nu söyləmək çətindir. Amma Quranın oxunmasını asanlaşdırnaq
məqsədi güdən bu rüxsət Hz. Osmanın müshəfləri çoxaltması ilə
ortadan qalxmışdır. Buna görə də yeddi hərf məsələsi artıq bu gü-
nün məsələsi olmayıb, tamamilə o dövrlə əlaqədar olan müvvəqqəti
rüxsət idi.
V. QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ Qurani-kərimdə və hədisdə Quranın başqa dillərə tərcüməsini
açıq şəkildə əmr edən və ya qadağan edən hər hansı bir ifadə yoxdur.
Ancaq xüsusilə fiqh məzhəblərinin ortaya çıxdığı dövrdən etibarən
bu məsələ mübahisə mövzusu olmuşdur. Alimlərin bir qismi bəzi
ayələrdən və hədislərdən yola çıxaraq Quranın tərcümə edilməsinin
vacib olduğunu söyləmişlər. Bəzi alimlər isə yenə Qurandan yola
çıxaraq onun başqa dillərə tərcümə edilməsinin doğru olmayacağı,
tərcümə edildiyi təqdirdə möcüzə xüsusiyyətini itirəcəyi görüşündə
olmuşlar. Nəticə də isə tərcümə edilməsi tərəfdarlarının görüşü
üstün gəlmiş və Quran müxtəlif dillərə tərcümə olunmağa başlan-
mışdır. Çünki hər nə qədər Qurani-kərim ərəb dilində nazil olsa
da, onun muxatəbləri sadəcə ərəblər deyil, eyni zamanda bütün in-
sanlardır. Buna görə də Quranı sadəcə ərəblərlə məhdudlaşdırmaq
doğru olmazdı.
Ərəblərin xaricindəki digər millətlər İslam dinini qəbul etdikdən
sonra, Qurani-kərimi və başqa din kitablarını ana dillərinə tərcümə
etmə ehtiyacını hiss etmişlər. İranlı və türk mənşəli alimlər bu
sahədə mühüm fəaliyyətlər göstərmişlər .
95
Quran tərcümə tarixində ilk olma xüsusiyyətinə malik olan
tərcümə, Hz. Peyğəmbər tərəfindən bəzi xarici dövlət başçılarına
95 Abdulkadir İnan, Kurani Kerimin Türkçe Tercümeleri Üzerine İnceleme, s. 3.