B. Yeddi hərf (əl-Əhruhufu-s səbə) məsələsi Quran qiraətində ən önəmli məsələlərdən biri də yeddi hərf
məsələsidir. Bu ifadə, “uc, tərəf , zirvə, tiyə , yön , üslub , ləhcə , qiraət” və s. kimi mənalara gələn “hərf ” sözü ilə yeddi rəqəmi anlamına
gələn “səbə” kəlməsindən meydana gəlmişdir. “Səbə” kəlməsi ərəb
dilində həqiqi və məcazi anlamlarda işlədilir. Həqiqi mənada yeddi
sayını, məcazi mənada isə rahatlıq mənasını bildirir.
Übeyy ibn Kəbdən belə bir rəvayət gəlir : “Hz. Peyğəmbər Bənu
Qiffar quyusunun başında olarkən Cəbrayıl onun yanına gəlmiş və
demişdir:
Allah təala sənə əmr edir ki, ümmətin Quranı bir hərf üzürə
oxusun.
Hz. Peyğəmbər dedi:
Allahdan məni bağışlamasını diləyirəm. Ümmətimin gücü
buna çatmaz.
Bu dialoq bu şəkildə üç dəfə təkrarlandı. Dördüncü dəfə
Cəbrayıl belə dedi:
Allah sənin ümmətinə Quranı yeddi hərf üzürə oxumalarını
əmr edir, hansı hərf üzürə oxusalar doğru oxumuş olarlar.
90
90 Müslüm, Salətul-müsafirin; 274. Əbu Davud, əl-Vitr, 22; Nəsai, əl-
İftitah, 38.