Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə88/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
78
  Yenə  bu  mövzuda  Hz.  Ömərdən  gələn  başqa  bir  rəvayət 
belədir: ” Rəsulullahın (s.ə.s.) sağlığında Hişam İbn Hakimin (na-
mazda) Fürqan surəsini oxuduğunu eşitdim. Hişam bu surəni Hz. 
Peyğəmbərin mənə öyrətdiyindən fərqli olaraq oxuyurdu. Az qala 
onun üzərinə atılacaqdım. Ancaq salam verənə qədər səbr etdim. 
Salam verən kimi ondan soruşdum:
Bu surəni sənə bu şəkildə kim öyrətdi ? 
Hişam:
Rəsulullah öyrətdi -dedi.
Mən də ona:
Yalan söyləyirsən. Çünki Peyğəmbər bu surəni mənə sənin oxu-
duduğundan fərqli olaraq öyrətdi-dedim. Yaxasından tutaraq onu 
Rəsulullahın yanına apardım.
Ey  Allahın  Rəsulu!  Bu  adamın  Fürqan  surəsini  sənin  mənə 
öyrətdiyindən fərqli olaraq oxuduğunu eşitdim-dedim
Hz. Peyğəmbər mənə:
Hişamın yaxasını burax-dedi və ona :
Ey Hişam oxu!-deyə əmr etdi. Hişam da o surəni mənim Hi-
şamdan eşitdiyim kimi oxudu. O zaman Hz. Peyğəmbər:
Bu surə bu şəkildə endirildi dedi. Sonra da mənə sarı dönərək :
Ey Ömər oxu-deyə əmr etdi. Mən də Rəsulullahın (s.ə.s) mənə 
öyrətdiyi kim oxudum. Hz. Peyğəmbər mənə də:
Bu surə bu şəkildə endirildi. Quran yeddi hərf üzürə nazil ol-
muşdur. Bunlardan hansı sizə asan gəlirsə onu oxuyun buyurdu.
91
Yeddi  hərf  mövzusunda  qırx  altı  hədis  rəvayət  edilmişdir  ki, 
bunların otuz dördü səhihdir. 
91   Buxari, Fəzailul-Quran, 5; Müslüm, Salətul-müsafirin, 272.


QURANIN OXUNUŞU
79
Yeddi hərflə bağlı görüşlər:
Yeddi hərflə bağlı müxtəlif fikirlər söylənmişdir. Bu fikirlərdən 
birincisinə  görə  “yeddi  hərf”  bir  neçə  ərəb  qəbiləsinin  birgə  dili 
kimi başa düşülməlidir. Əbu Übeyd əl-Qasim ibn Səllam göstərirdi 
ki,  “əhrufu-s  səba”  hədisində  məqsəd  ərəb  qəbilə  dillərinin  yeddi 
ləhcəsinə işarə etməkdir, daha doğrusu, Quran ərəb qəbilələrindən 
yeddisinin,  məsələn,  Qüreyşin,  Hüzeylin,  Həvazinin,  Yəmən 
əhlinin və başqa qəbilələrin ləhcələrində nazil edilmişdir. 
Lakin bu fikrin əleyhdarları onu tutarlı dəlillərlə təkzib edirlər. 
İbn Qüteybə deyir ki, Quran yalnız Qüreyş ləhcəsində nazil olmuş-
dur və məlum Quran ayəsini (İbrahim, 4) misal gətirir. 
İkinci  rəy  ondan  ibarətdir  ki  ,  “yeddi  hərf”  nitqdə  müxtəlif, 
mənaca müvafiq yeddi ləfzdir. Bu müddəanı Süfyan İbn Üyeynə və 
Əbu Cəfər İbn Cərir ət-Təbəri müdafiə etmişlər. Təbərinin fikrincə 
yeddi hərf” bir sözün ləfzcə müxtəlif, mənaca müvafiq yeddi vari-
antıdır. Məsələn, biz “gəl” demək üçün “həlummə”, “əqbil”, “təal”, 
ileyyə”,  “qəsdi”,  “nəhvi”  və  “qurbi”  sözlərini  işlədirik.  Bu  sözlər 
tələffüzdə  müxtəlifdir,  mənaca  isə  müvafiqdirlər.  Quranda  da 
belədir: məsələn, “səyhətən” və “zəqyətən” ləfzcə müxtəlif olsalar da 
eyni mənalı sözlərdir.
Lakin bu rəyin tərəfdarları Quranda elə bir ləfz göstərə bilmirlər 
ki, yeddi cür tələffüz edilsin, amma eyni mənada olsun. 
Üçüncü rəyə əsasən, “yeddi hərf” qiraətlərdəki yeddi müxtəlif 
variantdır  (vücuh  əl-xilaf).  Bu  rəyin  tərəfdarları  səhih  və  şaz 
qiraətləri nəzərdə tutur və onların yeddi variantını göstərməyə ça-
lışırlar, guya hər variant bir hərfdir. Bu variantları İbn Qüteybə aşa-
ğıdakı kimi sadalayır:



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin