Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə86/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   281
2. Qiraət imamları və raviləri
a. Əbu Abdurrəhman Nafi (vəfatı-169/785). İsfahanlıdır, Mədi-
nədə yaşamışdır. Onun raviləri Qalun və Vərşdir.


TƏFSİR ÜSULU VƏ TARİXİ
76
b. Abdullah ibn Kəsir (vəfatı-120/738). Məkkəlilərin qiraət ima-
mı olan İbn Kəsir tabeun alimlərindəndir. Onun raviləri Bəzzi və 
Qunbüldür.
c. Əbu Əmr əl-Mazini (vəfatı- 154/770). Bəsrəlilərin qiraət ima-
mıdır. Raviləri əd-Duri və əs-Susidir.
d. Abdullah  ibn Amir  (vəfatı-118/736).  Şamlıların  qiraət  ima-
mıdır. Tabeun alimlərindən olub qiraəti səhabələrdən əxz etmişdir. 
Raviləri Hişam və İbn Zəkvandır.
e. Əbu Bəkr Asim ibn Əbi-n Nücud (vəfatı-128/745). Tabeundan 
olan Asim Kufəlilərin qiraət imamıdır. Raviləri Əbu Bəkr Şubə və 
Həfsdir. 
f. Həmzə ibn Həbib əz-Zəyyat (vəfatı-156/773). Raviləri Xələf və 
Xəlladdır.
g. Əli ibn Həmzə əl-Kisai (vafatı-189/805). Raviləri əd-Duri və 
Əl- Harisdir. 
h.  Əbu  Cəfər  Yəzid  ibn  əl-Qəqa  əl-Məxzumi  (vəfatı-130/747). 
Raviləri İsa ibn Vərdan və Süleyman İbn Cəmmuzdur.
i.  Yəqub  ibn  İshaq  (vəfatı-  205/820).  Raviləri  Mühəmməd  ibn 
Mütəvəkkil və Rəvh ibn Əbdülmümindir.
j. Xələf ibn Hişam (vəfatı-229/843). Raviləri İshaq ibn İbrahim 
və İdris ibn Əbdülkərimdir.
Qiraət-i Əşərə” deyə bilinən bu qiraətlərdən bu gün sadəcə üçü 
işlənməkdədir  ki,  bunlar Asim,  Nafi  və  Əbu  Əmrin  qiraətləridir. 
Günümüzdə  müsəlmanların  əksəriyyəti  Quranı  demək  olar  ki 
Asim  qiraətinin  Həfs  rəvayətinə  görə  oxuyurlar.  Nafi  qiraətinə 
gəlincə  bu  qiraətdən  Misir  istisna  olmaqla  Şimali  Afrikanın  bəzi 


QURANIN OXUNUŞU
77
bölgələrində istifadə olunur. Əbu Əmr qiraəti isə sadəcə Sudanda 
oxudulmaqdadır.
Bu mövzuda İslam alimləri bir çox əsərlər yazmışlar. Azərbay-
can alimləri Mühəmməd ibn Mahmud ət-Tusi (vəfatı- hicrətin 620-
ci  ilindən  sonra)  və  Mühəmməd  ibn  Abdulkərim  ət-Təbrizinin 
(vəfatı-704 h.) də qiraətlər elmi sahəsində böyük xidmətləri olmuş-
dur.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin