QURANIN OXUNUŞU
75
Quranda fərqli qiraətlərə izn verilməsini alimlər müxtəlif
səbəblərlə izah edirlər:
1. Ərəblər Quran enmədən əvvəl müxtəlif ləhcələrdə danışır-
dılar. Onların hamısının bir ləhcədə danışmaları qeyri-mümkün
idi. Buna görə də müxtəlif ləhcələrdə danışan ərəblərin təhrifə yol
verməmələri və Quranı oxumalarını asanlaşdırmaq üçün müxtəlif
qiraətlərədə oxumalarına izn verildi.
2. Quranın fərqli qiraətlərdə oxunmasının bir hikməti də bü-
tün ərəb qəbilələrinə Quranın möcüzəvi bir kitab olduğunu
göstərməkdir. Çünki Quran onlara özünün və ya on surəsinin və
yaxud da bir surəsinin bənzərini gətirmələri mövzusunda meydan
oxuyarkən sadəcə bir ləhcədən deyil, müxtəlif ləhcələrdən istifadə
etsələr belə onun bənzərini yarada bilməyəcəklərinə diqqət çəkir.
3. Bundan başqa qiraətlər İslam hüquqşünaslarının hökm çıxar-
maqda müraciət etdikləri bir yoldur. Fəqihlərdən biri bir qiraəti
əsas alarkən, digər fəqih başqa bir qiraəti əsas almışdır. Məsələn
Maidə surəsinin 6- ayəsindəki “və ərculəkum” ifadəsindəki “ləm”
hərfini Nafi, İbn Amir, əl-Kisai və Həfs kəsrə ilə oxumuşlar. “Ləm”
hərfini fəthə ilə oxuyanların qiraətinə görə dəstəmaz alarkən ayaq-
lar yuyulmalı, kəsrə ilə oxuyanlara görə isə məsh edilməlidir.
4. Qiraətlər eyni zamanda Hz. Peyğəmbərin ümmətinin digər
ümmətlərdən üstünlüyünü göstərir. Çünki bu ümmət Rəblərinin
kitabına böyük maraq göstərmiş, onun fərqli oxunuş şəkillərini
Peyğəmbərdən öyrəndikdən sonra onu elm halına gətirmiş və
beləliklə Quranı təhrif və təbdildən qorumuşlar.
Dostları ilə paylaş: