QURANIN OXUNUŞU
71
istifadə olunmuşdur. Beləliklə bu problem həll edilmişdir. Daha
sonralar isə Xəlil ibn Əhməd (vəfatı-175/791) bugün də davam edən
bu sistemi təkmilləşdirmişdir.
Hərəkələrin olmaması digər bir müqəddəs kitab olan Tövratın
oxunuşunda da probleme səbəb olmuşdur. Belə ki, Tövratın dili bir
çox cəhətdən ərəb dilinə bənzəyən ibrani dilidir. Yəhudi alimləri bu
problemi uzun müddət həll edə bilməmişlər. Bu da Tövratın yanlış
oxunmasına və anlaşılmasına səbəb olmuşdur. Yəhudi alimləri də
daha sonralar hərəkə və nöqtələrdən istifadə edərək bu məsələni
həll etmişlərdir.
Hərəkə və nöqtələmə fəaliyyətlərindən sonra Qurana başqa
bəzi işarələr də qoyulmuşdur. Bunlardan biri ayə sonlarına qoyulan
“durğu-fasilə” işarəsidir. Bu işarələr əvvəlcə ellips (meyilli dairə),
sonra dairə, daha sonra isə gül formasında qoyulmuşdur.
Hicri altıncı əsrdə Məhəmməd ibn Teyfur əs-Səcavəndi (vəfa-
tı-560/1165) Qurana ayələrin mənaları nəzərə alınaraq hazırlanan
və “səcavənd” adlanan işarələr qoymuşdur. Bunlardan başqa surə
və cüz başlıqları, hizb və səcdə işarələri Qurana əlavə edilmişdir.
Eyni zamanda hər beş və on ayədən sonra “təxmis” və “təşir”
işarələri yazılmışdır.
Dostları ilə paylaş: