QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI 69
lah onlara qarşı sənə kifayət edər”
88
ayəsinin üstündə Hz. Osmana aid
olduğu söylənən qan ləkələri mövcuddur.
89
Hər üç nüsxəni araşdır-
dığını söyləyən Həmidullah, bu nüsxələrin ölçü və yazı cəhətdən
bir-birlərinə bənzədiyini ifadə etmişdir.
Səhabə və tabeundan heç kim Hz. Osmanın bu işinə qarşı çıx-
mamışdı. Abdullah ibn Məsudun etiraz etdiyi məlum olsa da, onun
etirazı Quranın istinsax edilməsindən daha çox Zeyd ibn Sabitin
komissiyanın sədri təyin edilməsinə idi. Belə ki, o da daha sonralar
Hz. Osmanın həyata keçirdiyi bu fəaliyyətin zəruriliyini qəbul et-
mişdir. Hz. Əli də Quranın istinsaxı məsələsini dəstəkləmişdir. Bü-
tün müsəlmanlar və bütün İslam məzhəbləri yekdilliklə Hz. Osman
tərəfindən istinsax etdirilən Müshəfi tanımışlar.