TƏFSİR ÜSULU VƏ TARİXİ 66
rə vayət olunur: “Azərbaycan və Ermənistan səfərində iştirak edən
iraqlı və suriyalı əsgərlər arasında qiraət fərqlilikləri ortaya çıxır.
Hüzeyfe ibn Yaman Hz.Osmanın yanına gələrək bu hadisənin təh-
lükəli olduğunu bildirərək belə deyir: “Ey möminlərin əmiri! Bu
ümmət Quran haqqında yəhudilərin və xristianların düşdüyü ixti-
lafa düşmədən onun imdadına çat”. Başqa şikayət və ixtilafları da
nəzərə alan Hz. Osman Həfsəyə xəbər göndərərək belə deyir: “Qu-
ran səhifələrini bizə göndər. Onları çoxaltdıqdan sonra təkrar sənə
geri verəcəyik”. Hz. Həfsə səhifələri göndərir. Hz. Osman Zeyd ibn
Sabit, Abdullah ibn Zübeyir, Said ibn As və Əbdürrəhman ibn Haris
ibn Hişamdan ibarət komissiya qurur və onlara bu səhifələri çoxalt-
mağı əmr edir. Hz. Osman onlara bu vəzifəni verərkən Qüreyş
qəbiləsindən olan üç nəfərə belə əmr edir: “Əgər Quranın hər hansı
bir yerində Zeyd İbn Sabitlə ixtilafa düşsəniz onu Qüreyş ləhcəsi
ilə yazın. Çünki Quran onların dili ilə nazil olmuşdur”. Heyət əmri
yerinə yetirərək Quranı istinsax etdi. Hz. Osman əsl nüsxəni Hz.
Həfsəyə göndərdi və çoxaldılan müshəflərin hər birini bir bölgəyə
göndərərək bunların xaricindəki müshəflərin yandırılmasını əmr
etdi.”
85
Bu rəvayətdən də görürük ki, İslam dövləti fəthlər sayəsində
çox genişlənmiş, müxtəlif millətlər İslam dinini qəbul etmişlər. Qu-
ranın yazısı hərəkəsiz və nöqtəsiz olduğu üçün yeni müsəlmanlar
Quranı oxumaqda çətinlik çəkmişlər. Yuxarıda qeyd etdiyimiz
ixtilafların səbəblərini bir az da açıqlasaq bunu deyə bilərik ki,
əvvəllər Quranın yeddi hərf üzrə oxunmasına icazə verilmişdi və
Hz. Əbu Bıkrin cəm etdirdiyi Quran da məhz yeddi hərə görə idi.
Bundan başqa bəzi səhabələr xüsusi müshəflərinə ayələrin təfsiri
ilə əlaqədar bəzi kəlmələr əlavə etmişdilər. Yeddi hərfdən qaynaq-
lanan ixtilaflar əsasən mənaca eyni olan kəlmələrin fərqli sözlərlə
85 Buxari, Fədailul Quran, 3.