TƏFSİR ÜSULU VƏ TARİXİ 64
sağlığında Quranı əzbərləməsi və “ərzeyi-axirə”də iştirak etməsi ilə
izah olunur.
2. Zeydin cəm etdiyi Qurani-kərimin xüsusiyyətləri Zeyd bir il müddətinə Quranı cəm etmə işini bitirdi. An-
caq cəm olunan bu nüsxə bu şəkildə qala bilməzdi. Çünki Quran
mətni hələ də müxtəlif yazı ləvazimatlarının üstündə idi. Buna
görə də ondan istifadə etmək mümkün deyildi. Quranı həm bu
dağınıq görünüşündən qurtarmaq, həm də müsəlmanların ondan
istifadəsini asanlaşdırmaq üçün Zeyd həmin Quran mətnlərini
dəri üzərinə yazdıraraq yeni bir nüsxə meydana gətirdi. Bu yeni
nüsxənin xüsusiyyətlərini aşağıdakı kimi sadalaya bilərik:
a. Cəm işi elmi metodlarla həyata keçirilmişdir.
b. Tilavəti mənsux olan ayələr yazılmamışdır.
c. Bu nüsxədə yazılan ayələrin hamısının təvatür yolu ilə bizə
nəql olunduğuna dair ümmətin icması vardır.
d. Bu müshəf yeddi hərfi əhatə edirdi.
e. Zeyd tərəfindən kitab şəklinə salınan bu Qurana Abdullah
İbn Məsudun təklifi ilə “müshəf” adı verilmişdir.
Bu müshəf Hz. Əbu Bəkir və Hz. Ömərin xəlifəlikləri zamanın-
da onların himayəsi altında qorunmuş, Hz. Ömərin vəfatından son-
ra isə onun qızı Həfsəyə verilmişdir. Ancaq bu nüsxənin Həfsəyə
verilməsi heç də bəzi müstəşriqlərin iddia etdikləri kimi onun
xüsusi mülkünə çevrilməsi demək deyildi. Əksinə bunun səbəbi
nüsxənin veriləcəyi xəlifənin hələ seçilməməsi idi. Bilindiyi kimi
müshəf Quranın təksir ediləcəyi günə qədər Həfsənin yanında
qalmış, Hz. Osmanın xəlifəliyi dövründə Quran istinsax edilərkən
(çoxaldılarkən) ondan alınmış və dahas onra yenidən ona geri qa-
yıtarılmışdır. Mənbələrin bildirdiyinə görə Həfsə vəfat etdikdən