QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI 63
Hz. Əbu Bəkrin əmri ilə kitab halına gətirilən Quran başda Hz.
Ömər və Hz. Əli olmaqla bütün səhabələr tərəfindən qəbul edilmiş-
dir. Onun cəm etdirdiyi Qurana heç bir səhabə etiraz etməmişdir.
1. Quranın cəm etmə vəzifəsinin Zeyd ibn Sabitə verilməsi Quranın cəm edilməsi həvalə olunan Zeyd bu hadisə haqqın-
da belə deyir: “Yəmamə döyüşündən sonra Əbu Bəkir məni yanına
çağırdı. Onun yanına getdikdə Ömər də onunla birlikdə idi. Əbu
Bəkir mənə belə dedi: Ömər yanıma gələrək Yəmamə döyüşündə
bir çox hafizin şəhid edildiyini, hərb meydanlarında Quranı
əzbərləyənlərin şəhid edilməsi ilə Quranın yox olma təhlükəsindən
qorxduğunu söylədi və mənə Quranı cəm etmə vəzifəsini verdi.
Mən ona belə cavab verdim: Allah Rəsulunun etmədiyi bir işi mən
necə edə bilərəm? Ancaq Ömər bu işin xeyirli bir iş olduğuna and
içdi və bu məsələni dəfələrlə təkrarladı. Nəhayət Allahın köməyi
ilə bu iş ağlıma yatdı və Allah qəlbimə rahatlıq bəxş etdi. Ömərlə
həmfikir olduğumu söylədim. Əbu Bəkir sonra mənə (Zeydı) belə
dedi: Sən ağıllı bir gəncsən. Rəsulullahın vəhy katiblərindən birisən.
Sənin ittiham olunacaq hər hansı bir qəbahətin də yoxdur. Buna
görə də, Quranı araşdıraraq cəm et”.
Zeyd sözlərinə belə davam edir: Allaha and olsun ki, əgər mənə
dağı belimdə daşımağı təklif etsəydilər, onu daşımaq Quranı cəm
etməkdən daha asan olardı. Əbu Bəkir israra etməyə davam etdi.
Nəhayət Allah, Əbu Bəkirlə Ömərin qəlbinə sükunət verdiyi kimi
mənim də qəlbimə sükunət verdi. Beləliklə mən, Quranı xurma bu-
daqlarından, ağ daşlardan və insanların hafizələrindən cəm etməyə
başladım.
83
Bu vəzifənin Zeydə verilməsinin səbəbi onun Hz. Peyğəmbərin
xüsusi vəhy katibi olması, Quranı gözəl oxuması, Hz. Peyğəmbərin
83 Buxari, Fəzailil-Quran, 3