1. Qiraətlərin növləri Qiraətlər səhih və qeyri-səhih ( şaz) deyə iki yerə ayrılır. Səhih
qiraətlər “mütəvatir” və “məşhur”, qeyri-səhih qiraətlər isə “ahad”,
“müdrəc” və “mövzu” qiraətlərdən ibarətdir.
a. Səhih qiraətlər Qiarətlərin məqbulluğu (səhihliyi) şərtlərini alimlər belə
müəyyənləşdirmişlər:
1. Qiraət gərək ərəb dilinin sintaktik kateqoriyalarından birinə
(vəch min vücuh ən-nəhv) müvafiq olsun, dilçilik qaydalarını poz-
muş olmasın.
2. Hz. Osman Müshəfinin yazılışına (rəsm) müvafiq olsun.
3. İsnadı ardıcıl olaraq (bit-təvatür) Peyğəmbərə (s.ə.s) gedib
çıxsın.
Mütəvatir qiraətlər isnadı düzgün, sübuta yetirilmiş və ardıcıl
şəkildə ötürülmüş qiraətlərdir. Bunlar “qiraət əl-səba/yeddi qiraət”
imamlarının nəql etdiyi qiraətlərdir.