TƏFSİR ÜSULU VƏ TARİXİ 84
verirdilər. Nəsimi ustadı Nəimiyə belə yazırdı: “Ərəb nitqi dutul-
muşdur dilindən, səni kimdir deyən kim türkmansan”. Yəni “sənin
ana türkcən qarşısında ərəb dili sarsılıb susmalı olmuş, amma kim
deyər ki bu dilin sahibi sən türksən”. Nəsimini bu qədər sərt ifadə
işlətməyə məcbur edən o zaman ərəb və fars dillərinin türk dilindən
üstün tutulması idi. Sonralar ana türkcənin Nəsimidəki kimi yük-
sək dəyərləndirilməsi Quranın bu dildə oxunub öyrənilməsi dü-
şüncəsini ortaya çıxardı. Faruk Sürənin apardığı tədqiqatlara görə
Ağqoyunlu sultanı Uzun Həsən Quranı Azərbaycan dilinə tərcümə
etdirib hüzurunda oxutdururdu ki, bu da müqəddəs kitabımızın
dilimizə ilk tərcüməsi sayılır.
106
Qurani-kərimin Azərbaycan dilinə tərcüməsi orta çağlarda baş-
lamış olsa da, bu tərcümələr əlyazma şəklndə qalaraq nəşr edil-
mə mişdir. Azərbaycanlı müfəssir olan Nemətulla Naxçıvani hə-
lə XV əsrdə “ Fəvatihul-ilahiyyə vəl-məfatihul-ğaybiyyə ” adlı təfsir
yaz mışdır. Lakin onun bu əsəri ərəb dilində yazılmışdır. Bundan
başqa İran, Osmanlı və s. kimi müxtəlif ölkələrdə yaşayıb-yaradan
alimlərimiz olmuşdur. Ancaq bu alimlərin tərcümə və təfsirləri
indiyə qədər araşdırlmadığı üçün onlar haqqında məlumat vermək
qeyri-mümkündür .
Quranın günümüzə qədər gəlib çatan ilk Azərbaycanca tərcü-
məsi və təfsiri Bakı qazısı Məhəmməd Kərim Ağanın “Kəşfül-hə- qayiq an nükətil-ayati vəd-dəqaiq” adlı əsəridir. Üç cilddən ibarət olan
bu əsər, “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap edilmiş-
dir. Birinci və ikinci cildi 1904 cü ildə, üçüncü cild isə 1906-cı ildə
nəşr olunmuşdur. 1908 -ci ildə isə Zaqafqaziya müsəlmanları şey-
tərcüməsi” deyil, “naqis ifadə olunan məna” anlamna gələn “məal”
deyilmişdir.
106 Süleyman Əliyarlı, “XIII-XV Əsrlərin Tarixi”, Azərbaycan Tarixi s.
333-334.