QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 87
şəmsi təqvimi ilə 1369-1371-ci illər arasında İranda ərəb əlifbası ilə
çap olunan Quran tərcüməsidir.
C. Avropada Quran tərcümələri Qeyri-müsəlmanların Qurana olan marağı çox əvvəllərə ge-
dib çıxır. Həbəşistan kralı Nəcaşinin və Bizans kralı Heraklisin
Quran ayələrini dinlədikləri zaman ona necə hörmət göstədikləri
ta rixdən bizə məlimdur. Ancaq daha sonrakı dövrlərədə onla-
rın Qurana baxışları daha çox onu rədd edərək xristianlar ara-
sında hörmətdən salmaq istiqamətində olmuşdur. Bunu Quran
tər cümələrinin ilklərindən olan sürayinicə tərcümədə görmək
müm kündür. Avropa dillərində ilk tərcümə hesab edilən Rober-
tus Ketenensislə Hermanus Dalmatanın latın dilindəki tərcüməsi
(1143) də eyni mahiyyətdədir. Belə ki, bu Quran tərcüməsi islami
iddiaları çürütmədə yetərsiz qaldığı üçün bir neçə əsr onun yayıl-
masına icazə verilməmiş, bu nöqsanlar aradan qaldırıldıqdan sonra
1543-cü ildə çap edilmişdir. Latın dilindəki bu tərcümə əvvəlcə ita-
layan dilinə, sonra bu dildən alman dilinə, alman dilindən də hol-
land dilinə tərcümə edilmişdir.
Quranın Avropa dillərindəki digər tərcümələrinə gəldikdə,
Andre du Riyer, C. E. Savari, B. Kazimirski, E. Montet, D. Masson
kimi orientalistlər Quranı fransız dilinə, Corc Seyl, Edvard Hen-
ri Palmer, Riçard Bel, Artur Con Arberi, N. J. Davood kimi ingilis
orientalistlər isə ingilis dilinə tərcümə etmişlər. Rus dilindəki ilk
tərcümələr də fransız dilindən rus dilinə olan tərcümələrdir. Ərəb
dilindən rus dilinə ilk tərcümə isə Qoril Sablukova aid olub 1878-ci
ildə Qazanda çap edilmişdir.
Quran, XIX əsrdən etibarən əvvəllər tərcümə olunmayan di-
gər dillərə də tərcümə edilmişdir. İspan, polyak və yunan dillərinə
edilən tərcümələri bu tərcümələrə misal verə bilərik. Bundan başqa