I. ULUMUL-QURANIN (QURAN ELMLƏRİNİN) MEYDA-
NA ÇIXMASI VƏ TƏDVİNİ
“Ulumu-l Quran” ifadəsini ilk dəfə hicri V əsrdə yaşayan Əli
İbn İbrahim əl-Hufi (vəfatı-430/1038) “
əl-Bürhan fi ulumil-Quran”
adlı əsrində işlətmişdir. Ancaq Adnan Zarzur ilk dövr alimlərinin
bu məfhumu “ulumut-təfsir” mənasında işlətdiklərini söyləyir.
Buna görə də alimlər “Ulumul-Quran” ifadəsinin bu gün bilinən
mənasıyla ilk dəfə Zərkəşinin (vəfatı-794/1391) “
əl-Bürhan fi ulu-
mil-Quran” adlı əsərində işlədildiyi qənaətinə gəlmişlər. Hufinin
əsərindən fərqli olaraq bu əsər Quran elmlərinin bütün şöbələrini
əhatə edir.
Beləliklə deyilə bilər ki, “Ulumul-Quran” ifadəsindən qavram
kimi hicri IV əsrin əvvəllərində istifadə olunmağa başlansa da, bu
ifadə tam mənası ilə hicri VIII əsrdə işlənmyə başlanmışdır.
Dostları ilə paylaş: