TƏFSİR ÜSULU VƏ TARİXİ 86
Ali İmran və Nisə surəsinin doqquz ayəsini tərcümə etmişdir.
109
Bu
dövrdə ümumiyyətlə Quranın rusca tərcümələri yayılmış və xalq
Quranı anlama ehtiyacını bu tərcümələrlə qarşılamağa çalışmışdır.
110
1991-ci ildə Azəbaycan yenidən öz müstəqilliyinə qovuşduq-
dan sonra Azərbaycan xalqı Qurani-kərimi öz dilində anlamaq
istəmiş və bu sahə ilə məşğul olan bəzi elm xadimləri da onların
bu istəklərini qarşılamaq üçün Quranı Azərbaycan dilinə tərcümə
etmişlər.
Belə ki, 1991-ci ildə akademik Ziya Bünyadov və Vasim Məm-
mədəliyevin kiril əlifbası ilə hazırladığı Quran məalı nəşr edildi.
Bu məal müstəqillikdən sonra Azərbaycanda ilk Quran tərcüməsi
olaraq tarixə keçmişdir. Məal 1996-cı ildə təkrar latın əlifbası ilə çap
edilmişdir. Bu məaldan təxminən bir il sonra isə Nəriman Qası-
moğlunun kiril əlifbası ilə hazırladığı tərcümə işıq üzü görmüşdür.
1990-cı illərdən sonra tərcümə edilən digər bir Quran tərcümə-
si də Rəsul İsmayılzadə Duzalın tərcümə etdiyi tərcümədir. Azər-
baycan dilində olmasına rəğmən ərəb əlifbası ilə çap edilmişdir.
Ərəb əlifbası ilə çap edilməsinin ən önəmli səbəbi isə Cənubi Azər-
baycanda yaşayan azəri türkləri üçün nəzərdə tutulmuş tərcümə
olmasıdır.
2000-ci ildə İranın Beynəlxalq “Əlhuda” Nəşriyyatının tərcü-
məçilər qrupu tərəfindən yeni bir Quran məalı dilimizə qazandı-
rılmışdır. Həmçinin həmin ildə Məhəmmədhəsən Qənioğlu və Ta-
riyel Bilaloğlunun latın qrafikasıyla hazırladıqları Quran tərcüməsi
Türkiyə Diyanət Vəqfi tərəfindən nəşredilmişdir. Azərbaycan di-
lində yazılan Quran təcümələrindən biri də Əhməd Kayvanpurun
109 Erdoğan Pazarbaşı, Azerbaycanda Yaygın Kuran Tercümeleri, s. 116.
110 E. a. ə., s. 103.