10. Kontakt asmalarının təsnifi
Təyinatlarına və quruluşlarına görə kontakt
asmaları iki yerə bölünür:
1. sadə kontakt asmaları
2. zəncir kontakt asmaları
Dəmir yollarının texniki istismar qaydalarına
əsasən kontakt asmaları istənilən atmosfer
şəraitində dəmir yollarının fasiləsiz və etibarlı
elektrik enerjisi ilə təmin etməlidir. Sadə kontakt
asmaları tramvay, troleybus yəni şəhər elektrik
nəqliyyatında və hərəkət sürəti 35-40 km/saat olan
dəmir yol stansiyalarınınikinci dərəcəli yollarında
tətbiq edilir. Yüksək sürətli dəmiryol sahələrində
isə zəncir (mürəkkəb quruluşlu) kontakt asmaları
bir birindən 30-40 m məsafədə yerləşən saxlayıcı
quruluşlarda bərkidilən bir kontakt naqilindən
ibarətdir. Kontakt asmalarının növündən asılı
olmayaraq onların quruluşu aşağıdakı tələbləri
ödəməlidir:
1. İstənilən atmosfer şəraitində cərəyan
qəbulunu təmin etməli;
2. Sadə quruluşa malik olmalı;
3. Zədələnmə zamanı tez bir zamanda bərpa
oluna bilməli;
4. Az zədələnmə zonasına malik olmalı;
5. Az isrismar xərcləri tələb etməli;
6. Uzun müddətli xidmət quruluşuna malik
olmalıdır.
25
Dəmiryollarında istifadə olunan hava kontakt
asmasıdır.
Ümumiyyətlə
kontakt
şəbəkələr
quruluşuna görə iki sistemdə hazırlanır:
1. hava asma sistemi
2. kontakt relsi
Kontakt relsi – yeraltı, yəni metropolitendə
istifadə olunan sistemdir. Cərəyan sisteminə görə
kontakt şəbəkəsi 3 kV-luq sabit və 25 kV-luq
dəyişən cərəyan kontakt şəbəkələrinə bölünür ki,
bunlarda bir-birindən izolyasiyanın səviyyəsinə
görə fərqlənir. Dəyişən cərəyanla elektrikləşdirilmiş
yollarda qatarların qəbul etdikləri cərəyanların az
olması ilə əlaqədar kontakt şəbəkə naqillərinin en
kəsik sahəsi azdır. Kontakt şəbəkəsinin asması ağır
atmosfer şəraitində istismar olunur, yəni iqlim
təsirinə məruz qalır. Eyni zamanda kontakt
şəbəkəsinin ocümlədən kontakt asmasının ehtiyatı
yoxdur. Buna görədə onun da ehtiyat əmsalı 2-4
götürülür bundan əlavə kontakt şəbəkəsi bölmələrə,
seksiyalara bölünür. Yəni mexaniki və elektrik
cəhətdən bir-birindən asılı olmayan, izolə edilmiş
bölmələrə ayrılır ki, bu da istismarı asanlaşdırır.
Kontakt şəbəkəsinə sərf olunan xərclər dəmir
yollarının
elektrikləşdirilməsinə
sərf
olunan
xərclərin 30-35%-ni təşkil edir.
26
Şəkil 8. Sadə kontakt asması.
1- konsol 2- izolyator 3- fiksator
4- sim
5- kontakt naqili 6- aparıcı tros
Şəkil 9. Zəncir kontakt asması.
Kontakt
şəbəkəsi
hava
asmalardan,
dayaqlardan və saxlayıcı quruluşlardan ibarətdir.
Zəncir kontakt asmasında kontakt naqilləri aparıcı
troslardan simlər vasitəsi ilə asılır. Aparıcı tros
kontakt şəbəkə dayaqlarda quraşdırılan saxlayıcı
27
quruluşlarda izalyator vasitəsi ilə bərikidilir. Külək
zamanı kontakt naqilinin cərəyanqəbuledicisinin
üfüqi istiqamətdə uzaqlaşmasının qarşısını almaq
üçün
və
elektrik
lokomotivinin
cərəyan
qəbuledicisinin
xizəkləri
üzərində
kontakt
löhvələrinin eyni səviyyədə yerləşməsini təmin
etmək üçün kontakt şəbəkə dayaqlarda finsatorlar
adlanan qurğular yerləşdirilir. Onların vasitəsi ilə
kontakt naqili tələb olunan vəziyyətdə bərkidilir,
yəni fiksasiya edilir. Zəncir kontakt asmaları bir
neçə əlamətlərinə görə fərqləndirilir:
1. Kontakt naqilinin aparıcı troslardan asılma
üsuluna görə - tək və ikiqat asma. İkiqat asmada
kontakt naqili aparıcı trosdan əlavə tros vasitəsilə
asılır;
2.Naqillərin
dartılma üsuluna görə -
kompensasiya edilməmiş, yarım kompensasiya
edilmiş və kompensasiya edilmiş;
3. dayaqların yanında yerləşən simlərin
növünə görə - sadə və ressor;
4.Asma naqillərin planda yerləşməsinə görə.
Kontakt şəbəkələrdən cərəyan lokomotivinin
cərəyanqəbulediciləri vasitəsilə alınır. Cərəyan
qəbulunun
keyfiyyətiasmanın
növündən
və
vəziyyətindən,
cərəyanqəbuledicisinin
xarakteristikasından, iqlim şəraitindən, qatarların
hərəkət sürətindən və digər amillərdən asılıdır.
Cərəyanqəbuledicisininkontakt
naqili
üzrə
sürüşməsi zamanı (cərəyan qəbulu zamanı) kontakt
28
naqilinin
rels
başlığından
olan
hündürlük
səviyyəsini,
lookamativin
özünün
cərəyan
qəbuledicisinin hündürlük vəziyyətinin dəyişməz
qalması və onun kontakt naqilinə eyni təzyiqlə
sıxılması təmin edilərsə cərəyan qəbulu etibarlı və
fasiləsiz olar. Bunun üçün aşağıdakı tələblər yerinə
yetirilməlidir:
- kontakt naqilinin şaquli sallanması az
olmalıdır (naqildən rels başlığına qədər olan məsafə
təsdiq olunmuş normalara əsasən olmalıdır).
- iki dayaq arasında yəni aşırımda kontakt
asmasının naqilinin elastikliyi olarsa.
- kontakt naqilində sərt nöqtələrin sayı az
olduqda.
- lokomativin cərəyanqəbuledicisinin çəkisi
az olduqda.
- cərəyanqəbuledicisinin kontakt naqilinə
sıxılması elə olmalıdır ki, cərəyan qəbulu zamanı
qığılcım (elektrik qövsü) yaranmasın.
Sadə kontakt asmaları yuxarıdakı tələbləri
ödəmir, buna görə də qatarların yüksək sürətlə
hərəkətini və etibarlı cərəyan qəbuluna nail olmaq
üçün zəncir asmalar tətbiq edilir. Hal-hazırda
naqillərin dartılmalarının dəyişilməzliyini təmin
edən ikiqat asmalar tətbiq edilir. Sabit cərəyanla
elektrikləşdirilmiş yollarda iki kontakt naqilinin
tətbiqi nəticəsində kontakt naqillərinin çəkisi artır
və cərəyan qəbuledicisinin etibarlı işi təmin edilir.
Ressor sistemlərinin tətbiqi kontakt asmasının
29
elastikliyinin bərabərliyini, yəni eyni olmasını
təmin edir.
Dostları ilə paylaş: |