30
Bu birləşdirilmə
KC markalı sıxaclar
vasitəsilə yerinə yetirilir. Ümumilikdə kontakt
asmasında sim, birləşmə, qidalanma, keçid, orta
ankerləşmə, calaq və s. tipli sıxaclar istifadə edilir.
Kontakt şəbəkəsinin qidalandırılması üçün en
kəsiyi 150 və 185 mm
2
olan aliminium naqillər
istifadə
edilir.
Cərəyanın
yarımstansiyaya
qayıtmasını təmin edən sorucu naqilləri də
aliminiumdan eyni en kəsiyində hazırlanır. Elektrik
lokomotivinin cərəyanqəbuledicisinin aparıcı trosa
toxunmasına baxmayaraq kontakt naqillərinin
aparıcı trosa birləşdirilməsi və onlara bölmə
ayırıcılarının eləcə də boşaldıcıların bərkidilməsi
üçün çoxnaqilli elastiki en kəsiyi 50, 70, 95 və 120
mm
2
olan mis troslar istifadə edilir. Həmin troslar
kontakt şəbəkəsi naqillərini paralel birləşdirərək
cərəyanın bütün naqillərdən keçməsini təmin edir.
Əgər kontakt naqilinin en kəsiyi kontakt asmasının
ümumi en kəsiyinin 50%-ni təşkil edirsə hər 200-
250 m-dən bir, az olduqda isə hər 150-200 m-dən
bir eninə elektrik birləşdirilməsi yerinə yetirilir.
Onlar naqillərin etibarlı birləşdirilməsini və
kontaktını təmin edirlər. Dəmir yollarında cərəyan
qəbulunu təmin edən kontakt naqili yolun oxuna
nisbətən paralel birləşdirilmir. Bununla elektrik
lokomotivinin
cərəyanqəbuledicisinin
xizəyi
üzərində yerləşən və kontakt naqilinə toxunan
kontakt lövhələrinin eyni səviyyədə yeyilməsi
təmin edilir, yəni kontakt naqili üfüqi müstəvidə
31
cərəyanqəbuledicisinin oxuna nisbətən ziqzaq
(çəpinə) yerləşdirilir.
Dostları ilə paylaş: