Şəkil 10. Kontakt naqilinin planda
yerləşdirilməsi
Dəmir yollarında ziqzaqın ölçüsü düz
sahələrdə 300 mm, döngələrdə 450 mm qəbul
edilmişdir. Kontakt naqilinin dayaqların yanında
ziqzaq şəklində yerləşdirilməsi fiksator adlanan
quruluş vasitəsilə yerinə yetirilir. Belaliklə kontakt
naqili şaquli istiqamətdə aparıcı trosdan sim
sıxacları, üfüqi istiqamətdə isə fiksatorlar vasitəsilə
bərkidilir. Cərəyan qəbulunun etibarlı və fasiləsiz
olması üçün küləyin maksimum təzyiqini nəzərə
almaqla aşırımda kontak naqilinin yolun oxundan
uzaqlaşma məsafəsi 450-500 mm-dən çox
olmamalıdır.
Əks
halda
kontakt
naqili
cərəyanqəbuledicisinə toxunmur və cərəyan qəbulu
alınmır. Bunu üçün dəqiq hesablamalar aparılır,
yəni aşırımın uzunluğu düzgün təyin edilməlidir.
Eletrik
lokomotivinin
cərəyanqəbuledicisinin
kontakt naqili üzrə hərəkəti zamanı kontakt
naqilinin lövhələrə toxunan hissəsi yeyilir. Bunun
32
üçün kontakt naqilinin hündürlüyü ölçülməlidir.
Məs: МФ-100 kontakt naqili üçün en kəsiyinin
maksimum yeyilməsi 35 mm
2
-dən çox olmamalıdır.
Yəni kontakt naqilinin hündürlüyü 7,79 mm-dən az
olmamalıdır. Bu ölçülər kontakt naqilindən keçən
cərəyanla
və
mexaniki
dözümlülüklə
məhdudlaşdırılır.
Kontakt naqillərinə nəzarət onun vəziyyətinin
yoxlanılması və təftişi üçün uyğun kontakt şəbəkəsi
rayonunun işçiləri tərəfindən yerinə yetirilir.
Gərginlik
altında
qatarların
hərəkəti
dayandırılmadan izolə edilmiş qüllələr vasitəsilə
universal mikrometr vasitəsilə 0,01 mm dəqiqliklə
kontakt naqilinin hündürlüyü ölçülər və qərar
çıxarılır. Ondan əlavə kontakt naqillərinin
dartılması dinamometr vasitəsilə ölçülür. Məs:
МФ-150 naqili üçün 15 kN, МФ-100 üçün 10 kN,
МФ-85 üçün 8,5 kN olmalıdır. Kontakt naqili
yeyildikcə onun qırılmasının qarşısını almaq üçün
naqilin dartılması azaldılır. Texniki istismar
qaydalarına əsasən kontakt asması istənilən
atmosfer şəraitində qatarların yüksək sürətlə
hərəkəti üçün fasiləsiz cərəyan qəbulunu təmin
etməlidir. Belə ki kontakt şəbəkəsinin etibarlılığı
bilavasitə kontakt asmasının etibarlılığından asılıdır.
Kontakt asması açıq havada istismar olunduğundan
onun naqilləri yüksək mexaniki davamlılığa,
elektrik keçiriciliyə malik olmalı, korroziyaya
məruz qalmamalı və yeyilməyə qarşı dayanıqlı
33
olmalıdır. İstismar şəraitində naqillərin temperaturu
havanın temperaturundan əlavə naqildən keçən
cərəyanın şiddəti ilə təyin olunur. Kontakt naqilləri
üçün temperaturun dəyişməsi diapazonu 150 -yə
qədər təşkil edir. Temperaturun artması naqillərin
genişlənməsinə səbəb olur ki, bu da onların
dartılmasını azaldır yəni sallanma oxu artır. Bu isə
lokomotivin
cərəyanqəbuledicisinin
tam
açılmamasına səbəb olur. Bundan əlavə küləyin
təzyiqi və buzlaşma zamanı naqilə təsir edən
yüklərin artması nəticəsində kontakt asmasının
normal istismarı pozulur. Bütün bu amillər kontakt
asmasına qarşı tələbatı artırır. Cərəyan qəbulu
zamanı hərəkət vasitələrinin "T" əndazəsinin təmin
olunması üçün kontakt naqilindən rels başlığına
qədər olan məsafə təyin olunmuşnormalar əsasında
olmalıdır. Hündürlük səviy-yəsinin dəyişməz
saxlanması və cərəyanqəbuledicisinin kontakt
naqilinə eyni təzyiqlə sıxılması etibarlıcərəyan
qəbulunu təmin etməlidir. Bunun üçün kontakt
naqilinin şaquli sallanması az olmalı, aşırımda
kontakt naqilinin elastikliyi eyni olmalı və naqildə
sərt birləşmə nöqtələrinin sayı az olmalıdır.Bütün
bunları təmin etmək üçün yaxşı keçiriciliyə malik
olan mis naqillər tətbiq edilir.
|