Dərs vəsaiti ali məktəblərin 050608 "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#48657
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
Kontakt shebekesi ve elektrik verilish xetleri fenninden elektron muhazireler

 

 

14. Anker sahələrin quruluşu 

 

 



Kontakt  asmasının  etibarlı  işini  tamin  etmək 

üçün  və  qəza  vaxtı  onun  tez  bərpa  edilməsi  və 

quraşdırılma  işlərinin  asanlaşdırmaq  üçün  kontakt 

asmaları  anker  sahələrinə  bölünür.  Bu  sahələrin 

sonunda  anker  dayaqlarda  naqillər  bərkidilir  yəni 

ankerləşdirilir. Anker dayaqlar adlanan bu dayaqlar 

digər  dayaqlara  nisbətən  davamlı  olmalıdır,  çünki 

naqillərin 

çəkisindən, 

külək 


və 

buzlaşma 

yüklərindən əlavə onlar bütün ankerlənən naqillərin 

dartılma yüklərini  də qəbul edirlər. 

 

Naqillərin 



ankerləşməsi 

kompensasiya 

edilmiş  və  kompensasiya  edilməmiş  ankerləşməyə 

ayrılır. Kompensasiya edilməmiş ankerləşmə yarım 

kompensasiya  edilmiş  troslar  üçün  hazırlanır. 



40

 

Uzunluğu  az  olan  qısa  anker  sahələrdə  kontakt 



naqilləri 

üçün  də  kompensasiya  edilməmiş 

ankerləşmə 

tətbiq 


edilir. 

Elektrik 

cəhətdən 

ankerləşmə  yerlərinin  gücləndirilməsi  məqsədilə 

izolyatorların  sayı  artırılır.  Kontakt  naqilinin 

kompensasiya  edilmiş  ankerləşməsi,  kompensasiya 

edilmiş  asmada  isə  həm  kontakt  naqilinin,  həm 

aparıcı  trosun  dartılmasının  tənzimlənməsi  üçün 

yəni 

kompensasiya 



edilməsi 

üçün 


yük 

kompensatorları  istifadə  edilir.  Kompensator 

blokları vasitəsilə naqillərin  dartılması tənzimlənir. 

Dəyişən  cərəyanla  elektrikləşdirilmədə  kontakt 

asması  naqillərinin  en  kəsiyi  sahəsinin  az 

olduğundan  aparıcı  tros  və  kontakt  naqili  bir 

kompensatorlarda ankerləşdirilir. 

 

Sabit  cərəyan  yollarında  isə  aparıcı  tros  və 



kontakt  naqili  üçün  ayrı  kompensatorlar  tətbiq 

edilir.  Əgər  yarım  kompensasiya  edilmiş  kontakt 

asmalarında kompensatorlar anker sahəsinin hər  iki 

tərəfində  quraşdırılarsa,  kontakt  naqilinin  yol 

boyunca yerdəyişməsinin qarşısını almaq üçün orta 

ankerləşmə  tələb  edilir.  Yəni  kontakt  naqili  bir 

yerdə  mayilli  troslarla  aparıcı  trosa  bərkidilir. 

Bunun  üçün  en  kəsiyi  50-70  mm

2

  olan  bimetal 



troslar  tətbiq  edilir.  Kompensasiya  edilmiş  kontakt 

asmalarında 

orta 

ankerləşmənin 



quruluşu 

mürəkkəbdir, belə ki konsollardan biri əlavə tros və 

iki  anker  dayağı  vasitəsi  ilə  bərkidilir  və  kontakt 

naqili  mayilli  naqillərlə  aparıcı trosa bərkidilir. 




41

 

 



Dəmir  yol  sahələrində  3  və  2  aşırımlı  anker 

sahələrinin qovuşması tətbiq edilir. Düz dəmir yolu 

sahələrində  kompensasiya  edilmişnaqillərin  anker 

sahələrinin  uzunluğu  1600  m-ə  qədər  təşkil  edir. 

Yolun  əyri  sahələrində  əyrilərin  radiusundan  və 

uzunluğundan  asılı  olaraq  anker  sahələrinin 

uzunluğu  azaldılır. 

 

Yarı  kompensasiya  edilmiş  anker  sahələrinin 



quruluşu  (elastiki  qovuşması)  aşağıdakı  şəkildə 

verilmişdir: 

 

 

                        l                        l



n

l                       l 

 

Şəkil  12. 3 aşırımlı yarımkompensasiya edilmiş 



anker sahəsinin  quruluşu. 

 

 



Yarım kompensasiya edilmiş anker sahəsinin 

elastiki  qovuşmasında: 

 

1-4 – anker dayaqları, 



 

2,3 – keçid dayaqları, 

 

5,6 – (aparıcı tros və kontakt naqili)  naqillər, 



 

7 – uzununa  birləşmə, 

 

8 – konsol. 




42

 

 



Iki  qonşu  anker  sahələri  öz  aralarında  elə 

birləşdirilir ki, cərəyan qəbuledicisinin xizəyi biri o 

birinə  sərbəst  keçə  bilsin.  Belə  birləşmə  anker 

sahələrinin 

qovuşması 

adlanır. 

Qovuşma 

cərəyanqəbuledicisinin  təyin edilmiş hərəkət sürəti 

ilə etibarlı  işini və  kompensatorların maneəsiz  işini 

təmin  etməlidir.  Quruluşlarına  görə  qovuşmalar 

elastiki  (üç  aşırımlı)  və  sahə  (iki  aşırımlı) 

qovuşmalara  ayrılır.  Adatən  anker  dayaqları 

arasında  iki  keçid  dayağı  olan  3  aşırımlı  elastiki 

qovuşmalara  tətbiq  edilir.  Cərəyanqəbuledicisinin 

xizəyi  bir  kontakt  naqilindən  digərinə  orta  keçid 

aşırımında keçir. Bu aşırımda hər bir kontakt naqili 

onun 

keçid 


dayağına 

yaxınlaşma 

yerində 

ankerləşməyə ayrılma hissəsində tədricən qalxızılır, 

yəni simləri qısaldaraq keçid dayağının yanında işçi 

səviyyəsindən  200 mm yuxarıda yerləşdirilir. 

 

Stansiya yollarında (hərəkət sürəti 70 km/saat 



olan)  sadə  iki  aşırımlı  qovuşmalar  tətbiq  edilir. 

Şəkil  ?. 

 

 

 



Şəkil  13. 2 aşırımlı yarımkompensasiya edilmiş 

anker sahəsinin  quruluşu. 




43

 

 



Keçid  dayağının  yanında  2  anker  sahəsinin 

kontakt  naqilləri  cərəyanqəbuledicisinin  oxuna 

nisbətən  lazımi  vəziyyətdə  saxlanılır  (iki  fiksator 

vasitəsilə). 

 

Kontakt  naqillərinin  kəsişməsi  yerlərində 



məhdudlaşdırma  borusu  quraşdırılır  və  onun 

vasitəsi  ilə  kontakt  naqilləri  də  əlaqələndirilir  ki, 

onlardan  istənilən  birinin  qalxması  o  birisinin  də 

eyni  zamanda qalxmasını təmin  edir. 

 

Anker  sahələri  mexaniki  ayrılmadan  əlavə 



elektriki  ayrılmalıdırlar.  Bu  anker  sahələrinin  izolə 

qovuşmaları  vasitəsi  ilə  yerinə  yetirilir.  Neytral 

calaqlar  vasitəsi  ilə  anker  sahələrinin  qovuşmaları 

izolə  edilir. 

 

 

 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin