Dərs vəsaiti ali məktəblərin 050608 "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə


 Kontakt şəbəkəsinin əsas elementləri



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#48657
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
Kontakt shebekesi ve elektrik verilish xetleri fenninden elektron muhazireler

16. Kontakt şəbəkəsinin əsas elementləri 

 

1. Kontakt şəbəkəsinin izolyatorları: 

 

Kontakt 



şəbəkəsinin 

bir 


bölməsinin 

digərindən elektriki ayrılmasını və gərginlik altında 

olan  naqillərin  torpaqlanan  hissələrdən  izolə 

edilməsi  üçün  izolyatorlar tətbiq edilir. Izolyatorlar 

saxsı  və  şüşə-saxsıdan  hazırlanırlar.  Onlar  böyük 

mexaniki təsirlərə məruz qalır və yüksək dielektriki 

xassələrə  malik  olmalıdırlar.  Izolyatorların  elektrik 

dayanıqlığı  quruboşalma,  yaşboşalma  və  deşilmə 

gərginliyi  ilə xarakterizə edilir. Quru və təmiz səthi 

olan  izolyatorların  səthinin  örtüldüyü  (düşdüyü) 

gərginlik  quruboşalma,  yağış  zamanı  örtülmə 

gərginliyi  isə  yaşboşalma  gərginliyi  adlanır. 

Deşilmə  gərginliyi  zamanı  izolyator  deşiolərək  öz 

xassəsini  itirir.  Deşilmə  gərginliyi  quruboşalma 

gərginliyindən  1,5 dəfə çoxdur. 



47

 

Gərginliyi  3kV  olan  sabit  cərəyan  üçün 



izolyatorların  quruboşalma  gərginliyi  75kV-dan, 

yaşboşalma gərginliyi  isə 50kV-dan az olmamalıdır. 

25kV-luq dəyişən cərəyan üçün bu gərginlik uyğun 

olaraq 135 və 100kV  təşkil  edir. 

 

 

 



Şəkil  16. Kontakt şəbəkəsinin  izolyatorları. 

 

 



Kontakt  şəbəkəsi  qurğularında  boşqab  tipli, 

asma  mil  və  yəhər  tipli  izolyatorlar  tətbiq  edilir. 

Boşqab  tipli  asma  izolyatorları  ПФ-6  tipli 

izolyatorlardır 

və 

44kN 


mexaniki 

təsirə 


dözümlüdürlər. Sabit cərəyan kontakt şəbəkələrində 

iki ədəd ПФ-6-A  izolyatorları ardıcıl birləşdirilərək, 




48

 

dəyişən  cərəyan  şəbəkələrində  isə  3-4  ПФ-6-A 



izolyatorları 

ardıcıl 


birləşdirilərək 

(çilçıraq 

formasında) tətbiq edilirlər. 

 

Dəyişən  cərəyanla  elektrikləşdirilmiş  dəmir 



yollarında fiksatorlar  üçün ФСФ-27,5  izolyatorları, 

konsollar üçün ИКСУ-27,5kV və bölmələr üçün isə 

(seksiyalar üçün) ССФ-27,5 tipli  izolyatorlar tətbiq 

edilir.   

 

Sabit  cərəyan  dəmir  yollarında  fiksatorlar 



üçün  ИФССФ-3,3  tipli,  konsollar  üçün  ИKССФ-

3,3 və bölmə ayrıcıları üçün ИOССФ-3,3 tipli şüşə-

saxsı  izolyatorlar  tətbiq  edilir.  Həmin  yollarda 

bölmə  izolyatorları  iki  ardıcıl  birləşdirilmiş  PC-10 

izolyatorlarından  istifadə  edilir. 

 

Bölmə  izolyatorları  –  stansiyalarda  kontakt 



şəbəkəsinin  bölmələrə  ayrılması  bölmə  (seksiya) 

izolyatorları  vasitəsilə  yerinə  yetirilir.  Onlar 

bölmələri 

elektriki 

ayırırlar. 

İzolyatorların 

uzunluqları  çox  olmamalıdır.  Sabit  cərəyan  dəmir 

yollarında 3 naqilli bölmə  izolyatorları (uzunluqları 

8m olan) istifadə olunur. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin