44
- Qalxma zamanı xizəyin kontakt naqilinə
təzyiqi – 8 kq q-dan az olmamalıdır,
- Enmə zamanı təzyiq – 12 kq q-dən çox
olmamalıdır,
- Qalxma və ya enmə müddəti – 4-7 saniyə,
- Qalxmaqdan ötrü havanın təzyiqi – 5 atm.
təz.
Cərəyanqəbuledici - gövdə, boruşəkilli 2 baş
val, 2 qaldırma yayı, endirmə yayı, hava silindri,
aşağı çərçivə, yuxarı çərçivə, karetka, xizəkdən
ibarətdir. П5 tipli cərəyanqəbuledici aşağı çərçivə
konus şəkilli borudan hazırlanmışdır. Bunun
nəticəsində cərəyanqəbuledicinin çəkisi azalmış və
eyni zamanda sərtliyi də normallaşmışdır. Aşağı
çərçivə baş vallara qaynaq vasitəsilə bərkidilmişdir.
Yuxarı çərçivə aşağı çərçivə ilə oynaq vasitəsilə
birləşdirilmişdir.
Yuxarı çərçivə 27 mm-lik
diametrə bərabəryan borulardan yığılır. Onun
üstündə koretka qoyulmuşdur. Koretka yuxarı və
aşağı oturacaqlardan, yay və boltlardan ibarətdir.
Karetkanın üstündə xizək bərkidilmişdir. Xizək 1,5
mm qalınlığında metal vərəqədən hazırlanır.
Onun səthinə kontakt mis lövhələri bərkidilir.
Son zamanlarda bu lövhələr qrafit lövhələrə əvəz
olunmağa
başlamışdır.
Baş
vallara
cərəyanqəbuledicinin yayları birləşdirilir. Cərəyan-
qəbuledicini
aşağı endirmək üçün silindri
atmosferlə təmin edirlər. Bu halda endirmə yayı
açılır və cərəyanqəbuledici aşağı enir.
45
Şəkil 14. Cərəyanqəbuledicinin açılması.
Cərəyanqəbuledici
qaldırıldıqda
xizəyin
kontakt naqilinə təzyiqi 8 kq q-dən az olmamalı,
endikdə isə 12 kq q-dən çox olmamalıdır.
Şəkil 15. Cərəyanqəbuledicinin kontakt
naqilinə toxunması.
46
Cərayanqəbuledicinin gövdəsi, yəni oturacaq
hissəsi 4 ədəd dayaq izolyatoruüzərində quraşdırılır.
Bu
izolyatorlar
lokomotivin
damına
birləşdirilmişdir və onun damını gərginlikdən
mühafizə edir. Cərəyan kontakt şəbəkəsindən
xizəyə, xizəkdən şunt vasitəsilə yuxarı çərçivəyə,
sonra aşağı çərçivəyə və daha sonra yüksək
gərginlikli dövrəyə dolaqşəkilli misdən hazırlanmış
şin vasitəsilə verilir.
Dostları ilə paylaş: