Dərs vəsaiti ali məktəblərin 050608 "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#48657
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   30
Kontakt shebekesi ve elektrik verilish xetleri fenninden elektron muhazireler

20. Kontakt şəbəkəsinin istismarı 

 

 

Kontakt  şəbəkəsinin  istismarı  qış  vaxtı 



çətinlikləşir. 

Temperaturun 

aşağı 

düşməsi, 



buzlaşma və küləyin təsiri cərəyan qəbulu şərtlərini 

pisləşdirir,  qəzalar  baş  verir  və  bəzi  vaxtlar 

qatarların hərəkətinin dayandırılması ilə nəticələnir. 

Kontakt şəbəkəsinin  istismarı elə təşkil olunmalıdır 

ki,  fasiləsiz  cərəyan  qəbulu  bütün  hallarda  təmin 

edilsin.  Kontakt  şəbəkəsinə  texniki  xidmət 

göstərilməli  cari  və  əsaslı  təmir  aparılmalıdır. 

Kontakt  şəbəkəsinin  istismarını  elektrik  təchizatı 

sahələri  təşkil  edir.  Hər  bir  distansiyanın  xidmət 

sahəsi  150-250km-dir.  Bu  sahədə  bir  neçə  kontakt 

şəbəkəsi  distansiyaları  təşkil  edilir  (hər  birinin 

xidmət  sahəsi  50km-dən  120km-ə  qədərdir).  Iri 

stansiyalarda 

müstəqil 

kontakt 

şəbəkəsi 

distansiyaları  və  ya  növbətçi  məntəqələri  təşkil 

edilir.  Hər  bir  kontakt  şəbəkəsi  distansiyasında 

avtodrezin  və  ya  platforması  olan  avtomatris  ГАЗ-

63А  və  ya  ЗИЛ-151  markalı  avtomobil,  TD-5  tipli 

avtodrezin  və  8-10  ədəd  izoləedilmiş  qüllələr 

olmalıdır. 

Kontakt 

şəbəkəsi 

distansiyasının 

işçilərinin  sayı  20-35  nəfərdir.  Ümumi  rəhbərlik 

distansiya  rəisi  və  onun  müavini  elektromexanik 

tərəfindən  yerinə  yetirilir.  Müstəqil  işləyən  bir  və 

ya  iki  briqada  işləyir.  Hər  briqada  8-10  elektrik 

mantyorundan,  işarə  verənlərdən  təşkil  olunur. 

Onlara  briqadirlər  təyin  olunur.  kontakt  şəbəkəsi 



62

 

distansiyasında  dövrü  növbətçilik  təşkil  olunur. 



Bütün  işlərin  yüksək  hündürlükdə  və  gərginlik 

altında görüldüyündən bütün işçilər texniki  istismar 

qaydalarından  (ПТЭ)təhlükəsizlik  texnikasından 

imtahan  verdikdən  sonra  müstəqil  işə  buraxılırlar. 

Gərginlik 

altında 


işlərin 

görülməsi 

üçün 

izoləedilmiş 



qüllələrdən 

və 


avtodrezinin 

izoləedilmiş  səhəsindən  istifadə  edilir.  İzoləedilmiş 

qüllələrdən  istifadə  olunduqda  qatarların  hərəkəti 

dayandırılmır.  Sabit  cərəyan  kontakt  şəbəkəsinin 

torpaqlanmış hissələrdən 0,8m-dən az olan yerlərdə 

gərginlik  altında  işləməsi  qadağandır.  Dəyişən 

cərəyanda  bu  məsafə  1,5m-dən  az  olmamalıdır. 

Yağış,  şimşək  və  qar  zamanı  gərginlik  altında 

işləmək  qadağandır.  Kontakt  şəbəkəsi  dartı 

yarımstansiyalarından 

ayrıldıqdan 

sonra 


torpaqlanma  aparılır.  Yəni  kontakt  şəbəkəsi  işçi 

relslərlə mis en kəsiyi 50mm

2

 olan elastiki naqilləri 



olan  torpaqlanma  ştanqları  ilə  birləşdirilir.  Dəyişən 

cərəyanda  25mm

2

-lik  naqillər  istifadə  edilir.  Bu 



torpaqlanma  təsadüfən  gərginlik  verilərsə  işçilərin 

qorunması  üçündür.  Eyni  zamanda  elektrovozun 

cərəyanqəbuledicisinin  bölmə  izolyatorlarını  və 

hava aralığını bağlaması zamanı da işçilər gərginlik 

altındadüşə  bilərlər  və  bunun  üçün  qorunma 

torpaqlanma vacibdir. 

 

İşçilər  enerqodispetçerin  göstərişinə  əsasən 



işə  göstəriş  yazılmaqla  ən  azı  iki  nəfər  tərəfindən 

görülür.  İşçi  qrup  iş  yerindən  hər  iki  istiqamətdə 




63

 

300m-dən  (sabit  cərəyanda)  məsafədə  torpaqlanma 



ştanqları ilə çəpərlənməlidir. Dəyişən cərəyanda bu 

məsafə 100m-dən az olmamalıdır. 

 

Kontakt  şəbəkəsində  işin  təhlükəsizliyi 



müdafiə  vasitələrinin  vəziyyət  və  keyfiyyətindən 

asılıdır.  Ancaq  sınaqdan  çıxarılmış  müdafiə 

vasitələrindən  istifadə  olunmasına icazə verilir. 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin