Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

2  ixrac  edilir.  Hər  1000  t  mis  piriti 
emalından  atmosferə 600 t sulfid anhidridi tullanır.
Qara  metallurgiyada  sənaye  qəzaları  zamanı  region­
da ekoloji  vəziyyət daha da kəskinləşir.
253

Git  -   torpaq,  alüminium  oksid,  alüminium,  mis. 
qurğuşun,  qalay,  sink,  nikel  və  digər  metalların  peçdə  əri­
dilməsi  zamanı,  materialın  yüklənməsi,  boşaldılmsı  zamanı 
quruducu  aqreqatlarda,  açıq  anbarlarda  zərərli  maddələr 
əmələ  gəlir.  Əlvan  metallurgiya  atmosfer  havasını  əsasən 
kükürd anhidridi (75%), karbon qazı (10,5%)  və  tozla çirk- 
ləndirir.
Elektroenergetika  sənayesinin  də  özünəməxsus  eko­
loji  problemləri  mövcuddur.  Bu  problemlər  əsasən  müxtəlif 
üsullarla  elektrik  enerjisinin  istehsalı  zamanı  özünü  büruzə 
verir.
Bildiyimiz  kimi,  Azərbaycanda  istehsal  olunan 
elektrik  enerjisinin  təxminən  88%-i  -   istilik  elektrik  stan­
siyalarının  (İES),  12%-i  isə  su-elektrik  stansiyalarının  (SES) 
payına  düşür.  Bunlardan  ətraf  mühiti  ən  çox  çirkləndirən 
İES-lərdir.
İES-lərin  ətrafı  həmişə ziyanlı  aerozolla  daha  zəngin 
olur.  Pirogen 
mənşəli  aerozolların  miqdarı  sərf  olunan 
yanacaq  növündən  asılı  olaraq  həm  keyfiyyət,  həm  də  kə­
miyyətcə  dəyişir.  Azərbaycanın  böyük  İES-ləri  Abşeron 
iqtisadi rayonunda, Mingəçevir şəhəri yaxınlığında və  Şirvan 
şəhərinin  10-15  km-do  yerləşir.  Azərbaycanın  bütün  İES-ri 
yanacaqla  işləyir.  Mazutun  kükürdlülük  dərəcəsi  2%  təşkil 
edir.  Tüstü  borularından  atmosferə  sutkada  700-1000  t 
kükürd  və  azot  oksidləri  atılır.  Azərbaycan  İES-i  ətrafında 
3-5  km  radiusunda  havada  CCh-in  qatılığı  yüksək  həddə 
çataraq  0,4-0,6 mq/m3 təşkil edir.
Məlumdur  ki,  kükürd  qazının,  azot  2-oksidin  və  to­
zun  qatılığınm  zonal  yayılması  qanunauyğun  olaraq  stan­
siyanın  yerləşdiyi  mənbədən  2,5-3  km  məsafədə  maksimum 
çirklənmə  müşahidə  edilir.  Azərbaycan  İES-də  qaz  işlə­
dilərsə,  adambaşına  ildə  təqribən  250-300  kq  his  düşər, 
mazutdan istifadə zamanı bu rəqəm 5 dəfə yüksək olar.
254
Azərbaycan  İES-də  əsas  yanacaq  kimi  qazdan  (80- 
87%),  ehtiyat  yanacaq  şəklində mazutdan  istifadə  (13-20%) 
nəzərdə  tutulur.  Təəssüf  ki,  1986-cı  ildən  bəri  yüksək 
kükürdlü mazutdan istifadə edilir.
Müasir  energetika  atmosferdə  istixana  qazlarının 
toplanmasında  mühüm  faktor  sayılır  və  iqlimin  antropro- 
gen dəyişməsində əsas rol oynayır.
Atom  elektrik  stansiyalarının  qəzası  nəticəsində 
ekosfer  təbəqəsinə  radioaktiv  izotoplar  ayrılaraq  böyük 
fəlakətlər  törədir.  Çernobıl  AES-nin  yalnız  bir  atom  reak­
torunun  partlaması  nəticəsində  insanların  ölümünə,  sağal­
mayan  xəstəliklərinə  səbəb  olmuş,  təbii  və  aqroekoloji  sis­
temləri  zəhərləmiş,  Belarus,  Rusiya  və  Ukraynanın  geniş 
ərazilərinin normal istifadəsini dayandırmışdır.
Atom  energetikasında  AES-lərin  fəaliyyətinin  radio­
aktiv  tullantılarının  saxlanması  və  təkrar  işlənməsi  həll 
olunmamış  problem  kimi  qalır.  İlk  elektrik  stansiyaların 
işlənmə  müddəti  qurtardığına  baxmayaraq  hələ  də  istismar 
olunur.  Bu  stansiyalar  konservasiya  olunmalıdır,  işin  təhlü­
kəsiz  və  effektli  həyata  keçirilməsi  hələ  də  öz  həllini  tap­
mamışdır.
Energetikanın  ekoloji  problemlərini  azaltmaq  strate­
giyasının  əsas  istiqaməti  -   bərpa  olunan  və  ekoloji  baxım­
dan  daha  təmiz  enerji  mənbələrinin  rolunu  artırmaqdır. 
Lakin  mütləq zərərsiz mənbələr praktik olaraq yoxdur.
Yuxanda qeyd edildiyi kimi,  SES-lər də özünəməxsus 
ekoloji  problemlər  yaradır:  subasar  qiymətli  torpaq  sahələ­
rinin  itirilməsi,  yaşayış  məntəqələrinin  subasar  ərazidən  kö­
çürülməsi,  su  və  yerüstü  ekosistemlərin  və  onların  mün­
bitliyinin  dəyişməsi,  tropik  və ekvatorial  rayonlarda həm də 
su ilə əlaqədar bir çox ciddi xəstəliklərin güclənməsinə səbəb 
olur.
Günəş  enerjisindən  bilavasitə  istifadə  edilməsi  də 
ekoloji  baxımdan  tam  özünü  doğrultmağa  qadir  deyil:
255

müxtəlif tipli  günəş  enerjisi  akkumlyatorları  çox  vaxt  geniş 
ərazi  tutur.  Günəş  enerjisini  toplamaq  meteroloji,  deməli, 
fiziki-coğrafi  amillərdən  asılıdır.  Odur  ki,  o  əksərən  günəş 
şüası  uzunmüddətli  olan  tropik  rayonları  üçün  effektli 
sayılır.
Enerji almaq üçün külək, dalğa, qabarmadan istifadə 
etdikdə  belə  ekoloji  problemlərdən  yan  keçilmir.  Məsələn, 
külək elektrik stansiyaları qəbul olunmayan səs effekti yara­
dır,  ona görə yaşayış məntəqələrindən uzaqda yerləşdirilmə­
lidir;  dəniz  dalğalarının  enerjisi  böyükdür,  lakin  ondan 
elektrik  enerjisi istehsal etmək üçün konsentrasiyası məsələsi 
texniki cəhətdən sadə deyildir.
Geotermal  enerjidən  istifadə  etdikdə su,  hava  və  tor­
paq  xeyli  çirklənir.  1000  mVt  gücü  olan  geotermal  elcktro- 
stansiyalar atmosferə il ərzində  104-1051 qaz buraxır.  105-10x 
m3 suyu çirkləndirir və böyük sahə tələb edir.
Enerji  sistemlərinin  texniki  xüsusiyyətləri  və  ya  kifa­
yət  dərəcədə  səmərəli 
olmayan  insan  fəaliyyətinin  nəti­
cəsində gündəlik  istehsal  olunan  enerjinin yarıdan  çoxu  itir. 
Vahid  məhsula  sərf olunan  enerjiyə  qənaət  olunması  ener­
jiyə  qənaətin  strategiyasının  bir  hissəsi  olmalıdır,  lakin  bu 
zaman  əhalinin  sosial -  iqtisadi  inkişafı,  yaxud  ilkin  yaşayış 
tərzi  pisləşməməlidir.  1970-ci  ildə  iki  dəfə  enerji  böhranın­
dan  sonra  inkişaf  etmiş  ölkələrdə  enerjidən  istifadə  səmə­
rəliliyi xeyli yüksəlmişdir.  Məsələn,  83% idxal yanacağından 
asılı  olan  Yaponiya  öz  təsərrüfatında  enerji  həcmini  50% 
azaltmış  və  enerjiyə  qənaət  iqtisadiyyatında  dünya  lideri 
olmuşdur.
Sement  və  digər  bərkidici  materiallar,  azbest,  sement 
tikinti keramika və saxsı  materialları,  istilik  və səs  izoləedici 
materialları,  tikinti  və  texniki  şüşələr istehsalında  atmosferə 
atılan  tullantıların  57,1%-ni  toz  və  asılı  maddələr,  21,4%-ni 
karbon  qazı,  10,8%-ni  kükürd  anhidridi  və  9%-ni  azot 
oksidi  təşkil  edir.  Bundan  başqa,  tullantılarda  hidrogen
256
sulfid  (0,03  %),  formaldehid  (0,02  %),  toluol  (0,02  %), 
benzol (0,01  %),  vanadium 5-oksid (0,01 %),  ksilol (0,01  %) 
da  olur.  Seient,  azbest  və  digər  tikinti  materialları  istehsal 
edən  zavodların  ətrafında  havada  benzopirin,  toz  və  digər 
zərərli maddələrin yüksək tərkibi müşahidə olunur.
Dağ  -   mədən  sənayesinin  özünə  məxsus  mürəkkəb 
ekoloji  problemləri  və  bunları  yaradan  obyektiv  səbəbləri 
vardır.  Bunlardan  ən  çox  diqqəti  cəlb  edəni  dağ-mədən  iş­
lərinin yerinə yetirilməsində bərk tullantıların yaratdığı eko­
loji  problemlərdir.  Avropa  ərazilərinin  7  %-i  lazımsız  dağ- 
mədən  tullantıları  ilə  zəbt  edilib.  Bərk  tullantılar  yer  sət­
hində  daha  çox  yer  tutur.  Bunlar  üçün  qazılan  xəndəklər 
münbit  torpaq  sahəsini  azaldır.  Hesablanmışdır  ki,  hər  il 
faydalı  qazıntıların  istismarı  və  emalı  zamanı  ətraf mühitə 
8,5 mlrd  t bərk  tullantı maddələr atılır.  Bu qədər tullantının, 
təxminən  10%-i  istifadə  edilir  və  çox  böyük  torpaq  sahə­
lərini  yararsız  hala  salır.  Digər  tərəfdən,  həmin  tullantıların 
tərkibində  olan  qiymətli  komponentlər  fayda  vermədən 
tullantıya çevrilir.
Məlumdur  ki,  bərk  tullantılar,  bir  qayda  olaraq, 
geoloji  kəşfiyyat  işlərində  və  ən  çox  faydalı  qazıntıların 
istismarı  zamanı  əmələ  gəlir.  Bunun  nəticəsində  də  külli 
miqdarda  torpaq  fondu  istifadəsiz  qalır  və  ətraf  mühit 
tullantılarla korlanır,  bu da, öz növbəsində, ekoloji sistemdə 
müxtəlif pozulmaların baş verməsinə səbəb olur.
Geoloji  -   kəşfiyyat  işlərinin  aparılması  nəticəsində 
yaranan  xəndəklər,  bir  tərəfdən  torpaq  fondunu  azaldır, 
digər  tərəfdən  həmin xəndəkləri  doldurmadıqda əmələ gələn 
yarğanlar  torpaq  erroziyasına  səbəb  olur,  xəndəklərin  dərin 
qazılması yeraltı suların səviyyəsinə də təsir edir.  Xəndəkləri 
doldurmadıqda  və  təhlükəsizlik  texnikası  qaydalarına  düz­
gün əməl  etmədikdə onlar insan və heyvanlar üçün  təhlükəli 
quyulara çevrilir.
257

Bərk  tullantıların  digər  mənbələrindən  sement,  gips 
və  əhəng  zavodlarını  göstərmək  olar.  Məsələn,  Qaradağ 
Sement  zavodunda  bərk  tullantı  sement  tozu,  Bakı  Gips 
Məmulatı  zavodunda  isə  gips  tozudur.  Texniki  hesablama­
lara  görə,  normal  iş  zamanı  itki  hesab  edilən  sement  tozu­
nun  miqdarı,  orta  hesabla  hər  il  49  min  t,  gips  tozunun 
miqdarı isə  1,5 mlrd t təşkil edir.
Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  dağ-mədən  səna­
yesinin  digər  sahələrində  də  çox  qiymətli  xammal  itkisi  baş 
verir.  Məsələn,  hesablanmışdır  ki,  ahəngdar  iş  zamanı 
Daşkəsən  Mərmər  zavodunda  mərmər  itkisi  hər  il  orta  he­
sabla  3,7  min  m3,  Xankəndi  İnşaat  Materialları  Kombina­
tında  8,7 min  m3,  əhəng  itkisi  57,4  min m3,  qranit  itkisi  0,5 
min m3-dən çox olmuşdu.
Məlum  olmuşdur  ki,  qara  metallurgiya  şlamlarınm 
tərkibindəki  dəmir,  təzə  dəmir  filiz  xammalında  olan  dəmir­
dən  çoxdur.  Bu,  belə  bir  nəticəyə  gəlməyə  imkan  vermişdir 
ki,  yeni  faydalı  qazıntılar  axtarmaq,  külli  miqdarda  vəsait 
qoymaq,  ətraf  mühiti  korlamaq  əvəzinə,  həmin  tullantı­
lardan  istifadə  etmək  iqtisadi  cəhətdən  daha  sərfəlidir.  Sü­
but  olunmuşdur  ki,  tullantıdan  istifadə  olunma  xərci,  yeni 
xammal əldə edilməsi xərcindən 2-3 dəfə azdır.
Belə  olan  halda  metallurgiya  zavodları,  filiz  zəngin­
ləşdirmə  kombinatları,  istilik  elektrik  stansiyaları  və  digər 
müəssisələr  öz  işlərini  tullantılardan  təkrar  istifadə  etmək 
istiqamətində  deyil,  yeni  tullantı  yataqları  yaratmaq  isti­
qamətində  qurmaları  yalnız  təəssüf  doğurur.  Belə  vəziyyət 
müəssisələrə  həm  iqtisadi,  həm  də  ekoloji  cəhətdən  böyük 
zərbə  vurur,  tullantıları  müəssisələrdən  nəqliyyat  vasitəsilə 
zibilxanalara daşımaq üçün əlavə vəsait tələb edilir və s.
Yuxarıda  qeyd  olunan  misallardan  aydın  olur  ki, 
artıq  sənaye  tullantılarından  təkrar  xammal  kimi  istifadə 
etmək  məsələsi  iqtisadi  və  ekoloji  cəhətdən  öz  səmərəsini 
göstərmişdir.  Beləliklə,  bərk  tullantı  maddələri  və  onlardan
258
səmərəli  istifadə  sahələri  kifayət  qədərdir.  Bu  da,  öz 
növbəsində,  dağ-mədən  sənayesinin  ekoloji  problemlərinin 
həllində mühüm rol oynamalıdır.
Qeyd  edək  ki,  Azərbaycan  Respublikasında  neft  və 
qazdan başqa 450-dən artıq qara, əlvan metal filizləri, qeyri- 
filiz xammalı,  tikinti  materialları,  yeraltı  mineral,  termal və 
yodlu-bromlu  sənaye  suları  və  s.  yataqları  vardır.  Qara 
metallurgiyanın  mineral  xammal  bazası,  Daşkəsən  dəmir 
filizi  yataqları,  Daş-Salahlı  bentonit  gilli və  Xoşbulaq  flyuz 
əhəngdaşı  yataqları  olub,  dəyərlərinə  görə  respublikanın 
potensial  ehtiyatının  10,4  %-ni  təşkil  edir.  Əlvan  metallur­
giyanın  mineral-xammal  bazası  əsasən  alunit,  mis,  qur­
ğuşun,  sink,  molibden,  kobalt,  civə,  sürmə,  qızıl  və  s.  ya­
taqları  kəşf  edilmiş  ümumi  ehtiyatların  dəyərinə  görə  res­
publikanın  mineral-xammal bazasının əsasını (43,7 %) təşkil 
edir.
1991-ci  ildən  sonra  başqa  ölkələrlə  əlaqələr  zəiflə­
diyindən  respublikamızda  filiz  üzrə  dağ-mədən  sənayesi  tə­
nəzzülə  uğramışdır.  Lakin  yeni  sənaye  sahələrinin  yaran­
ması  ilə  əlaqədar  mülki  və  sənaye  obyektlərinin  tikintiləri 
üçün  vacib  olan  qeyri-filiz  və  inşaat  materiallarına  tələbat 
artdığından  belə  yataqların  geniş  istismarına  başlanmışdır. 
Hazırda  bu  yataqlarda  300-ə  yaxın  təşkilat  və  firmalar 
istismar işləri aparır.
Əvvəllər  geniş  həcmli,  istismar  işləri  aparılan  Daş­
kəsən  rayonunda  istismar  sahələrində  və  filiz  saflaşdırma 
kombinatı  yerləşən  ərazidə,  həmçinin  Zəylik  alunit  yata­
ğının  istismarı  sahəsində  və  Gəncə  Gil-Torpaq  Kombinatı 
ərazilərində  100  mln  m3~lə  ölçülən  istehsalat  tullantılarının 
ətraf mühitə neqativ təsiri davam etməkdədir.
Dağ-mədən  sənayesinin  ətraf  mühitdə  yaratdığı 
problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:
a) 
ətraf  mühitdə  baş  verən  dəyişmələr,  torpaq  və 
bitki  deqradasiyası  və  çirklənməsi,  atmosfer  havasının,  səth
259

sularının,  yeraltı  suların  çirklənməsi,  əsaslı  landşaft  dəyiş­
mələri;
b) geoloji mühitdə baş verən dəyişmələr:  təbii-texniki 
şəraitin,  hidroloji  rejimin  və  tektonik  rejimin  pozulması, 
geokimyəvi dəyişmələr;
c)  törəmə problemlər:  tədrici landşafı dəyişiklikləri,  ek­
zogen geoloji proseslərin aktivləşməsi, seysmik aktivləşmə və s.
Müşahidələr  göstiərir  ki,  ətraf  mühiti  çirkləndirən 
sənaye  binalarının arasındakı məsafə normaya uyğun  olma- 
dıqda  çirkləndirici  maddələr  binalararası  boşluğa  hopur  və 
oradan  yayılar.  Ona  görə  də  bu  binalararası  məsafə  bina 
hündürlüyündən 8-10 dəfə çox olmalıdır.
Sənaye müəssisələrinin layihələndirilməsinə olan  tələ­
bata  əsasən zərərli və iyli  müəssisələrlə  yaşayış  binaları  ara­
sında  sanitar-müdafiə  zonaları  dövlət  standartlarına  uyğun 
gəlməlidir.  Bu  zonaların  ölçüləri  istehsal  müəssisələrinin 
gücündən,  atmosferə  atılan  tullantıların  xarakterindən 
asılıdır.
Maddi  istehsalın  sənayedən  sonra  ikinci  mühüm 
sahəsi  kənd  təsərrüfatıdır.  Bu  sahə  əhalini  ən  zəruri  ərzaq 
məhsulları  və  sənayenin  bir  sıra  sahələrini  xammalla  təmin 
edir.  Sənayedən  fərqli  olaraq  kənd  təsərrüfatı  istehsalı 
bütünlüklə  təbii  mühitlə  bağlıdır.  Bu  səbəbdən  də  kənd 
təsərrüfatının  inkişafının  özünə  məxsus  ekoloji  problemləri 
vardır. Bu baxımdan, əsas  yeri bitkiçilik tutur.
Bitkiçiliyin  inkişafı  üçün  müəyyən  miqdarda  biogen 
maddələrə  (üzvi  maddələr)  ehtiyac  vardır  və  bu  maddələr, 
adətən  torpaqdan  mənimsənilir.  Təbii  ekosistemlərdə  bitki 
tərəfindən  assimilyasiya  olan  biogenlər,  toxumlar,  bitki 
töküntüləri,  ölmüş  tumurcuqlar,  köklər  və  s.  maddələrin 
mübadiləsində  destruksiya  prosesləri  nəticəsində  torpağa 
qayıdır.
Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə 
atmosferdən fiksasiya olunur.  Biogenlərin  bir hissəsi  yağın­
260
tılar vasitəsilə torpağa  düşür.  Balansın  mənfi tərəfləri infil- 
trasiya  həll  olmuş  biogenlərin  səthi  axını,  onların  eroziya 
prosesi  zamanı  torpaq  hissəcikləri  ilə  aparılması,  həmçinin 
azot  birləşmələrinin  qaz  şəklinə  düşərək  atmosferə  keçməsi 
hesab olunur.
Dünyada  dənli  bitkilərin  məhsulu  vasitəsilə  ildə  40 
mln t-a qədər, yaxud  1  ha dənli bitki sahəsindən 63  kq  azot 
mənimsənilir.
Buna  görə  torpağın  münbitliyini  saxlamaq  və 
məhsuldarlığı  yüksəltmək  üçün  gübrələrdən  istifadə  etmək 
lazım gəlir.  İntensiv əkinçilikdə gübrəsiz torpağın münbitliyi 
elə  sonrakı  ildə  aşağı  düşür.  Yerli  şəraitdən  asılı  olaraq, 
adətən  azot,  fosfor  və  kalium  gübrələrindən  müxtəlif 
formada və birləşmələr şəklində istifadə edilir.
Qeyd  edək  ki,  dünyanın  bütün  torpaqlarının  tərki­
bində  150 mld  t  azot  vardır.  Hətta  ən  kasıb  torpaq  sayılan 
çimli-podzol  torpaqlar  tərkibində  20  sm-lik  şum  qatında 
hektarda 2-41 azot saxlayır.  Qaratorpaqda isə bu rəqəm 20- 
30 t-a çatır.
Tarlaya  azot  gübrələri  verildikdə  onun  miqdarı  elə 
hesablanmalıdır  ki,  gübrələr  məhz  bitki  tərəfindən  mənim­
sənilsin,  ətraf mühitə  və  insanlara  ziyan  yetirməsin.  Çünki 
biogen  maddələrin  çoxluğu  ətraf  mühiti,  saf  suları  çirk- 
ləndirir, hətta atmosferin ozon qatını təhlükə altma alır.
Nitratlar  normadan  artıq  yalnız  suda  deyil,  həm  də 
ərzaq  və  yem  bitkilərində  toplamr.  Öz-özlüyündə  insan  və 
heyvanların  sağlamlığına  təhlükə  yaratmasa  da,  onlardan 
asanlıqla  əmələ gələn  nitritlər  yüksək  dərəcədə  zəhərli  olub 
qanda  ağır  xəstəliklər  törədir.  Nitritlərdən  nitroaminlər 
əmələ gələ bilir.
Müasir  əkinçiliyi  aqrokimyəvi  vasitələrsiz  təsəvvür 
etmək  mümkün  deyildir.  Bitkiçilikdən  alman  məhsulların 
yarısı  aqrokimyəvi  vasitələrin  hesabına  əldə  edilir.  Bəzi  he­
sablamalara görə məhsulun 50-60, bəzən isə  70%-ni xəstəlik
261

və zərərvericilərdən qoruyur.  Digər hesablamalara  görə  Yer 
kürəsi  əhalisinin  30%-i,  yəni  dörddə  birdən  də  bir  qədər 
çoxu  mineral  gübrələrin  hesabına  ərzaqla  təmin  edilir. 
Hazırda dünyada 300 mln t-dan artıq gübrə istehsal  olunur. 
Bununla  belə,  yenə də dünyanın  bir  çox  ölkələrində,  əsasən 
də Afrikada  bir  çox  səbəblərdən,  o  cümlədən,  qeyri-üzvi  və 
üzvi  mineral  gübrə  qıtlığı  səbəbindən  kənd  təsərrüfatı  bit­
kilərinin məhsuldarlığı olduqca aşağıdır.
YUNESKO-nun  məlumatına  görə  hər  il  Yer  k ü rə­
sində  milyonlarla  insan  aclıqdan  ölür,  on milyonlarla  insan 
isə  ərzaq  qıtlığından  daim  əziyyət  çəkir.  Bu  ona  görə  baş 
verir  ki,  planetimizin  əhalisi  durmadan  artır.  Adambaşına 
düşən kənd təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən- 
ilə  azalmaqda  davam  edir.  Yaşayış  məskənlərinin  daim  ge­
nişlənməsi,  torpaqların  eroziyası,  şorlaşma  və  bataqlıq- 
laşması dünyanın hər yerində müşahidə edilir.
Mineral  gübrələri,  həmçinin  mikrogübrələri  tətbiq 
etmədən  əkinçilikdə  qida  maddələrinin  müsbət  balansını 
yaratmaq mümkün deyildir.  Mineral və mikrogübrələr əkin­
çilikdə  biogen  elementlərin  davranışını  yaxınlaşdırmaqla 
yanaşı,  ətraf  mühitdə  də  bu  maddələrin  müvazinətini  q o ­
ruyub  saxlayır.  Əkinçilikdə  qida  elementlərinin  balansının 
pozulması  nəticəsində  torpaq,  bitki  və  təbii  su  hövzələrinin 
kimyəvi  tərkibinin  pisləşməsi  baş  verir,  bu  isə,  öz  növbə­
sində, kənd təsərrüfatı və yem bitkilərinin keyfiyyətinə mənfi 
təsir  göstərməklə  insanların  və  ev  heyvanlarının  xəstələn­
məsinə gətirib çıxarır.
Respublikamızda  kənd  təsərrüfatında  aqrokimyəvi 
vasitələrindən  geniş  miqyasda  istifadəyə  XX  əsrin  50-ci 
illərində  başlanmışdır.  Həmin  əsrin  90-cı  illərinə  kimi  bu 
artım  yüksələn  xətt  üzrə  getmişdir.  Əgər  1957-ci  ildə  bütün 
respublika  üzrə  133,9  min  t,  1971-ci  ildə 495,5 min  t,  1973- 
cü  ildə  662,9  min  t,  1975-ci  ildə  963,3  min  t,  1976-cı  ildə
1074,2  min  t,  1979-cu ildə  1210 min t,  1986-cı ildə  1800  min
262
t  olmuşdur.  90-cı  illərdə  bu  göstərici  respublikamızda 
yaranmış ağır iqtisadi çətinliklərlə əlaqədar azalmağa doğru 
getmişdir. Azərbaycanda mineral gübrələrdən intensiv şəkil­
də  istifadə  edilən  dövrlərdə  onların  hektar  üzrə  göstəricisi 
200-250  kq-dan  çox  olmamışdır.  Halbuki  həmin  dövrdə  bu 
göstərici  Böyük  Britaniyada  376  kq,  Fransada301  kq, 
Yaponiyada 386  kq, Almaniyada 420  kq olmuşdur.  Həmin 
ölkələrdə  1,5 -  2,0 dəfədən də çox mineral gübrə tətbiq edil­
məsinə  baxmayaraq,  kəskin  fəsadlar  törətməmişdir.  Bura­
dan  belə  görünür  ki.  mineral  gübrələrdən  istifadənin  tö­
rətdiyi  fəsadlar  onların  miqdarı  ilə  deyil,  onlardan  istifadə 
mədəniyyəti və ya ekoetikası ilə bağlıdır.
Gübrələrdən istifadə torpağın deqradasiyasına səbəb 
olur,  təbii  münbitlik  əsasən  kimyəvi  maddələrə  əsaslanan 
münbitliklə əvəz olunur.
Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji 
problemlər də yaradır.
Gübrələrdən  çox  miqdarda  və  uzun  müddət  istifadə 
etdikdə səthi və yeraltı sulara daha çox nitratlar daxil olaraq 
onu  içmək  üçün  yararsız edir.  Əgər  azot gübrəsi  1  ha-a  ildə 
150  kq-a  qədər  istifadə  edilərsə,  onun  həcminin  10%-i  təbii 
sulara daxil olur və ciddi problemlər yaradır.
Onu  da qeyd  edək ki,  gübrələrlə  torpağa verilən  fos­
for  praktiki  olaraq  torpaqdan  yuyulmur.  Su  hövzələrinin 
fosforla  çirklənməsinin  əsas  mənbəyi  kənd  təsərrüfatı  deyil, 
sənaye  və  məişət  suları  sayılır.  Suların  fosforla  kənd  tə­
sərrüfatı vasitəsilə çirklənməsinin payına  10-15% düşür.  Son 
vaxtlar  fosforla  çirklənmənin  böyük  mənbəyi  tərkibində 
polifosforlar olan yuyucu vasitələrdir.
Fosfor  gübrələrinin  spesifik  xüsusiyyətlərindən  biri 
də  onların  böyük  dozalarla  istifadəsinin  torpaqda  digər 
arzuolunmaz  elementlərin  toplanmasıdır:  stabil  stronsium, 
ftor,  uranın təbii radioaktiv birləşmələri, radium, torium.
263

Bitkinin  üçüncü  əsas  qida  elementi  sayılan  kalium 
ətraf  mühitə  əhəmiyyətli  dərəcədə  təsir  göstərmir.  Lakin 
kalium  gübrəsi  ilə  bərabər  çoxlu xlor  da  verilir,  onun  qrunt 
sularına daxil olması arzu olunmazdır.
Bütün  bitki  əkinlərinin  məhsuldarlığının  gübrədən 
istifadədən  asılılığı  bir-birinə  oxşardır:  gübrələrin  təsirindən 
ilk  illər  bitkinin  məhsuldarlığı  artır,  sonrakı  illər  məhsul 
artımı azalır,  sonra isə artım müşahidə olunmur, bəzən hətta 
azalmağa doğru da gedir.
Bitkiçilik  məhsullarının  çox  hissəsi  tarlada  və  ya 
sonra anbarlarda zərərvericilər tərəfindən və xəstəliklər nəti­
cəsində məhv olur.  Kənd təsərrüfatı zərərvericilərlə,  həşərat, 
gəmiricilər,  göbələk,  alaq  otları  ilə  əsas  mübarizə  istiqa­
mətindən  biri  pestisidlər  adlanan  kimyəvi  maddələrdən 
istifadə  etməkdir.  Pestisidlər  təbitə  də  ciddi  təsir  göstərir. 
Adətən,  istifadə  olunan  pestisidlərin  yalnız  bir  faizindən 
istənilən  məqsəd  əldə  etmək  olur,  qalan  99%-i  ətraf mühitə 
düşərək  torpağı,  havanı  çirkləndirirərək  çox  vaxt  göz­
lənilməz  nəticələr  verir.  Hesablanmışdır  ki,  əsasən  istifadə 
olunan  pestisidlərin  çoxu  həşaratları  məhv  etməyə  sərf 
olunur.  Məsələn,  son  25  ildə  dünyada  istehsal  olunmuş  4,5 
mln  t  DDT-nin  1  mln  t-u  Yer  kürəsində  parçalanmadan 
paylanmışdır.  Pestisidlərdən  istifadə  olunmayan  ərazilərdə 
də  hətta  ona  rast  gəlinir,  məsələn,  Antarktidada  morjların 
piy qatında.
Atmosfer havasından torpağın səthinə DDT-nin çök­
məsi  üçün  4  il  lazımdır.  Torpaqda  isə  o,  20  ilə  qədər  qala 
bilir.  Bu,  DDT-nin suda pis həll olması, yüksək temperatura 
davamlılığı,  yağlarda  və  lipidlərdə  yaxşı  həll  olması  ilə  əla­
qədardır.
Respublikamızda  1980-ci  ilin  ortalarına  qədər  pesti­
sidlərdən  istifadə  olunmuşdur,  hələ  indiyə  kimi  Göyçay  və 
Türyançay  hövzəsində  torpaqlarda  qalıq  pestisidlərə  rast 
gəlinir.  DDT-nin  1945-ci  ildən  tətbiqindən  sonra  əvvəllər
264
pambıq  bitkisində  müşahidə  olunmayan digər pambıq biti, 
pambıq sovkası, gənə,  mənənə və s.  cücülərin çoxalması baş 
verdi.
Yüksək  və sabit məhsul əldə etmək məqsədilə  suvar­
madan  çox  qədimdən  istifadə  olunur.  Dünyada  suvarılan 
torpaqların  sahəsi  250  mln  ha-a  çatır.  Bu  əkin  sahələrinin 
yalnız  17%-ni təşkil etməsinə baxmayaraq əkinçiliyin bütün 
məhsulunun  '/з-ni təmin edir.
Qədim  sivilizasiyanın  əksəriyyəti  suvarılan  əkinçiliyə 
əsaslanmışdır.  Lakin  irriqasiya  işləri  XX  əsrdə  genişlənmiş 
və suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxalmışdır.
Təcrübələr  göstərir  ki,  suvarma  təsiri  altında  olan 
bütün  ərazilərə -  su hövzəsi,  suvarma  sistemi və ya  tarlalar 
deqradasiyaya  məruz  qalır,  ona  görə  daim  onların  davam­
lılığına yönəldilən tədbirlərin aparılması nəzarət tələb edir.
Sudan  effektsiz  istifadənin  bir  çox  səbəbləri  var. 
Onlardan  ən  əsası  sudan  istifadə  qiymətinin  onun  sosial 
qiymətindən  çox  aşağı olmasıdır.  Bir çox ölkələrdə suvarma 
üçün  istifadə  olunan  su  pulsuzdur  və  ya  suvarma  sistemini 
saxlamaq  üçün  sərf olunan dəyərdən dəfələrlə azdır.  Bunun 
nəticəsində  su  resursu  qorunmur  və  dünyanın  bir  çox 
suvarma sistemində sudan hədsiz istifadə edilir.
Bitki  üçün  sudan  tələb  olunan  qədər  deyil,  qeyri- 
mütənasib  yüksək  istifadə  olunması əlverişsiz  ekoloji  prob­
lemlər  yaradır.  Bunun  əsas  səbəbi  drenajın  kifayət  qədər 
effektli  olmaması  və  ya  yoxluğu  şəraitində  həddən  artıq 
suyun  verilməsi  nəticəsində  qrunt  suyunun  səviyyəsinin 
qalxmasıdır.  Bu  isə  ərazini  su  basmasına  və  ya  bataqlaş- 
maya  səbəb  olur.  Bundan  başqa,  torpaqdan  yuyulub  aşağı 
qatlara aparılan duzlar qrunt suyunun tərkibindəki duzlarla 
birlikdə torpaq  profili boyu qalxaraq əkinçilik üçün olduqja 
əlverişsiz  proses  sayılan  -   torpağın  təkrar  şorlaşmasına 
gətirib çıxarır.
265

Azərbaycanda  suvarma  çox  qədim  tarixə  malikdir. 
Yunan  coğrafiyaşünası  Strabon  yazırdı  ki,  Albaniyada 
suvarma  Mesopotamiya  ıə  Misirə  nisbətən  yüksək  inkişaf 
etmişdir.  Şirvan  düzündə  suvarma  işləri  Girdiman  döv­
lətinin vaxtında daha geniş ərazilərdə aparılırdı.
Dünyanın  torpaq  resurslarından  son  min  illikdə  is­
tifadə  olunmasının  əsas xarakterik  cəhəti  əhalinin  və ərzağa 
olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır.
Dünya  əhalisinin  artması  insanların  yerləşməsi  və 
onların xidmət sahələri ilə təmin  olunması,  məsələn, zibilxa­
nalar  və  onların  işlənməsi  yerləri,  yollar,  avtomobil  daya­
nacaqları,  kollektiv  nəqliyyat  yerləri  və  s.-nin  sahələrinin 
artırılması  lazım  gəlir.  Bir  qayda  olaraq,  şəhər  kateqoriyası 
üçün yaşayış məntəqələri salmaq daha əlverişli olan ən yaxşı 
kənd təsərrüfatı sahələri, o cümlədən əkin yerləri ayrılır.
Torpaq  eroziyası  təbii  geomorfoloji  proses  olub  yer 
relyefinin  əmələ  gəlməsində  böyük  rol  oynayır.  Təbii  su 
eroziyası,  adətən  torpağın  bütöv  bitki  örtüyü  ilə  mühafizə 
olunduğu  landşaft  zonalarında  müşahidə  olunur.  Dünyada 
torpağın  təbii  su  eroziyasının  yayılması  coğrafi  zonallıq 
qanununa tabedir.
Təbii  külək  eroziyası  əsasən  arid  zonalarda  (yarım­
səhra  və  səhra)  baş  verir.  Təbii  eroziya  prosesi  zəif getdiyi 
üçün  müşahidə  olunmur,  belə  ərazilərdə  torpaqəmələgəlmə 
prosesi nəticəsində torpaq bərpa olunur.
Eroziya  prosesinin  əmələ  gəlməsinin  və  inkişafının 
əsas  səbəbi kənd  təsərrüfatı hesab  olunur.  İnsanın  təsərrüfat 
fəaliyyətilə  əlaqədar  olaraq  yamacların  kənd  təsərrüfatı 
bitkiləri  altında istifadə olunması otlaq  və örüşlərin  intensiv 
otarılması,  meşələrin  məhv  edilməsi  torpağın  yamac  boyu 
şumlanması eroziya prosesinin güclənməsinə səbəb olur.
Eroziya prosesi dedikdə  torpağın  üst münbit  qatının 
yağış  və  qar  suları  vasitəsilə  yuyulub  aparılması,  həmçinin 
külək  tərəfindən  sovrulub  dağılması  başa  düşülür.  Deməli,
266
torpaq  eroziyasının  əsas  iki  tipi  ayrılır  -   su  və  külək  ero­
ziyası.  Su  eroziyası  da,  öz  növbəsində,  səthi  və  xətti  ero­
ziyasına  bölünür.  Torpaq  eroziyası  zamanı  torpaqda  azot, 
fosfor  və  kaliumun  mənimsənilən  formaları  bir  çox  mik- 
roelementlər  (yod,  mis,  sink,  kobalt,  marqans,  nikel,  mo- 
libden)  də  azalır.  Bununla  da  həm  məhsuldarlıq,  həm  də 
kənd təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür.
Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan 
axıb  getdiyindən,  həm  də  eroziyaya  uğramış  torpaqların 
fiziki  xassələri  pisləşdiyindən  torpaq  səthindən  buxar­
lanmaya  və  transpirasiyaya  çox  su sərf olunur,  bununla  da 
torpaqda  quraqlıq  yaranır.  Çox  vaxt  eroziya  gedən  rayon­
larda baş verən quraqlığı «eroziya quraqlığı» adlandırırlar.
Eroziya  prosesi  intensiv  getdikdə  şırımlar,  yarğanlar 
əmələ gələrək  kənd təsərrüfatı sahələrini əlverişsiz hala salır, 
torpağa qulluq işləri çətinləşir.
ABŞ-da  son  200  il  ərzində  torpaq  örtüyünün  */з 
hissəsi  yuyularaq  təbii  məhsuldarlıq  10-15%  aşağı  düşmüş 
və  ABŞ-da  əkin  sahələrinin  yarısının  eroziyaya  qarşı  təd­
birlərə ehtiyacı vardır.
Bütün  dünyada  torpağın  eroziyası  böyük  bədbəxt 
hadisə  hesab  olunur.  Onun  qarşısının  alınması  üçün  müx­
təlif tədbirlər həyata keçirilsə də istənilən nəticə əldə edilmir. 
Lakin  eroziya  prosesinin  qabaqcadan  qarşısının  alınması 
onunla  mübarizə aparmaqdan  və törətdiyi  nəticələri aradan 
qaldırmaqdan asandır.
Torpaqdan  düzgün  istifadə  edilmədikdə  arid  iqlim 
olan  rayonlarda  səhralaşma  prosesi  də  baş  verir.  Bu  rayon­
larda  səhralaşma  əsasən  suvarma  ilə  əlaqədardır.  Dünyada 
suvarılan  torpaqların  30%-ə  qədəri  şorlaşmaya  və  şorakət­
ləşməyə  məruz  qalmasıdır.  Dünyada  hər  ilə  suvarılan  tor­
paqların  1,5  mln  h-ı  şorlaşaraq sıradan  çıxır.  Şimali  Ameri­
kada  deqradasiyaya  uğrayan  suvarılan  torpaqlar  28%,  Av­
ropada  16%,  Avstraliyada  13% təşkil edir.  Rusiyada  deqra­
267

dasiyaya  uğrayan  suvarılan  torpaqların  sahəsi  inkişaf etmiş 
ölkələrdən çox olub 35%-ə çatır.
Səhralaşma  prosesi  Kür-Araz  ovalığı  üçün  daha  sə­
ciyyəvidir.  Burada  son  illər  əhalinin  artması  ərazidə qaçqın 
və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən 
heyvandarlığa  olan  tələbatın  çoxalması,  həmçinin  təbii  qaz 
və  elektrik  enerjisinin  çatışmazlığı  ilə  əlaqədar  torpaq  və 
bitki  örtüyünün  ekstensiv  istifadəsi  nəticəsində  antropogen 
səhralaşma prosesi güclənmişdir.
Azərbaycanda  səhralaşma  prosesi,  əsasən  dağətəyi, 
düzənlik  və  ovalıq  ərazilərdə  təbii,  xüsusən  antropogen 
amillərin  təsiri  nəticəsində  baş  verir.  Bu  ərazilərdə  yağın­
tıların  orta  illik  miqdarı  150-300  mm  arasında  tərəddüd 
edir,  səthi  buxarlanma  yağıntının  miqdarından  3-4  dəfə  ar­
tıqdır. İqlim yarımsəhra və quru bozqır у arım tipinə aiddir.
Müasir texnikanın,  mineral gübrələr, pestisidlər,  her- 
bisidlərin  tətbiqi  şəraitində  insanların  torpağa  təsiri  çoxsa­
həlidir.  Bir  tərəfdən  torpağın  əkin,  çoxillik  bitkilər  altında 
uzun  müddət  istifadəsi  xüsusilə  suvarma  əkinçiliyi  zona­
larında  monokultura  şəraitində  onların  məhsuldarlığına 
mənfi  təsir  göstərir,  şorlaşmanı,  su  və  külək  eroziyasını 
qüvvətləndirir,  digər  tərəfdən  əvvəldə  deyildiyi  kimi,  kənd 
təsərrüfatına  yararlı  torpaqların  başqa  məqsədlər  üçün 
ayrılması,  onları  geniş  sahələrdə  məhsul  istehsalı  mübadi­
ləsindən çıxarır.
Uzun müddət fasiləsiz olaraq üzüm, pambıq, tərəvəz, 
taxıl altında istifadə edilən bu torpaqların 65-70%-i müxtəlif 
dərəcədə  şorlaşmaya  məruz  qalmışdır.  Kənd  təsərrüfatında 
iş prosesinin mexanikləşdirilməsi, əkinçiliyin intensivləşdiril- 
məsi,  torpaqların  kimyalaşdırılması,  onların  məhsuldar­
lığının  artırılması  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsini 
tələb edir:  ilk  növbədə,  istifadədə  olan  torpaqların  aqrotex­
niki  üsullarla  becərilməsi,  torpaq  eroziyasına  qarşı  təd­
birlərin  həyata  keçirilməsi,  torpaqəmələgətirici  orqanizm­
268
lərin normal inkişafına şərait yaradılması,  müxtəlif mülkiy­
yət  formalarında  özəlləşdirilmiş,  kiçik  əraziyə  malik  sahə­
lərdə  müvafiq  texnikanın  tətbiqi,  əkinə  yararlı  torpaq  fon­
dundan  səmərəli  istifadəsi  onun  quruluşunun  təkmil­
ləşdirilməsi,  müxtəlif səbəblər  üzündən  korlanmış,  zibillən­
miş, mazuta batmış torpaqların məhsuldarlığının təbii və sü­
ni  yollarla  bərpası,  qazılmış,  korlanmış  torpaqların  rekul­
tivasiyası,  torpaq-iqlim  şəraitinə  uyğun  növbəti  əkin  sis­
teminin  geniş  tətbiq,  eləcə  də  torpaq  israfçılığının  aradan 
qaldırılması ən zəruri tədbirlər kimi həyata keçirilməlidir.
Suvarma  əkinçiliyi  şəraitində  inkişaf etdirilən  pam­
bıqçılıqda  və  üzümçülükdə  aqrotexniki  qaydalara  tam  ria­
yət  edilməməsi  mühəndis  -  suvarma  qurğularının  çatış­
mazlığı  və  narazılığı,  strukturundan,  rütubət  tutumundan 
asılı  olmayaraq  torpağın  dərin  şumlanması,  əkin  sahələ­
rində, bağlarda ağır maşınların, traktorların tətbiqi suvarma 
kanalları  divarlarının  və  diblərinin  bərkidilməsi  torpağa 
çoxlu  miqdarda  su  hopmasına  şərait  yaradır,  torpağın  ero­
ziyasını,  şorlaşmasını sürətləndirir,  faydah su əmsalım aşağı 
salır.  Başqa mənfiliklərlə yanaşı  bütün  bunların  nəticəsində 
respublikada  kənd  təsərrüfatına  yararlı  torpaqların  geniş 
sahəsi  müxtəlif dərəcədə torpaq,  su  eroziyasına,  şorlaşmaya 
məruz qalmışdır.
Uzun  müddət  gübrələnən  əkin  və  çoxillik  əkmə  sa­
hələrindən  yuyulan  torpaqların  tərkibində  sink,  qurğuşun, 
kobalt,  molibden, mis və s.  metallarla zəngin olan torpaqlar 
su  mənbələrini  korlayır,  su heyvanlarına zərər yetirir.  Pam­
bıqçılıq,  üzümçülük,  tütünçülük  rayonlarında  ətraf  təbii 
mühitin,  xüsusilə  torpağın  və  suyun  çirklənməsi  üzündən 
meydana  çıxan  iqtisadi  zərər  bilavasitə  mineral  gübrələrin, 
zərərli  kimyəvi  maddələrin  torpaqda  toplanmasından,  su 
mənbələrinə daxil olmasından irəli gəlir.
Şorlaşma  və  şorakətləşmə  torpaqda  gedən  təbii 
proseslər olsa da, vaxtında lazımi tədbirlər görülməyəndə, o,
269

arealım genişləndirərək,  həm  kənd  təsərrüfatı məhsullarının 
istehsalına,  həm  də  təbii  biosenozlara,  o  cümlədən  düzən 
ərazilər üçün səciyyəvi olan qış otlaq formasiyalarına və dü­
zən  meşələrinə  mənfi  təsir  göstərir.  Odur  ki,  belə  torpaqlar 
həm  mellioraitiv,  həm  də  ekoloji  cəhətdən  əlverişsiz  sahələr 
hesab  edilir,  onların  mənfi  dinamikasının  xəbərdarlıq  edil­
məsi,  qarşısının  alınması  və  onların  yararlı  hala  salınması 
üçün müvafiq ekoloji  tədbirlərin  (drenaj  tətbiqi,  yuma  aparıl­
ması,  kimyəvi  meliorasiya,  müəyyən inzibati  və  hüquqi  və  s.) 
görülməsi zəruridir.
2010-cı  ildə  ölkənin  təbii  su  mənbələrindən  11425,0 
mln  m3  su  götürülmüşdür.  Onun  1742  mln  m3-i  istehsal 
ehtiyacları üçün istifadə edilmişdir.
Ölkədə  istehlak  edilən  7715  mln  m3  suyun,  51,0  %-i 
istehsalın ehtiyaclarına yönəlmişdir.
Sənaye  müəssisələri  tərəfindən  əraf  mühitə  atılan 
çirkab  sularının  miqdarı  onların  istifadə  etdiyi  şirin  suyun 
miqdarından  çoxdur.  Belə  ki,  2010-ci  ildə  kənara  atılan 
çirkli suların həcmi 6037 mln m3 təşkil etmişdir .
Kənd  təsərrüfatı  sudan  istifadə  edilməsində  əhəmiy­
yətli  yer  tutur.  Ölkədə  təbii  mənbələrdən  götürülən  suyun 
əsas  hissəsi  kənd  təsərrüfatının  payına  düşür.Ölkənin  dü­
zənlik  və  dağətəyi  zonalarında  kənd  təsərrüfatı  məhsul­
larının  becərilməsi  yalnız  suvarma  şəraitində  mümkündür. 
Ona  görə  bu  ərazilərdən  axan  Kür  və  Araz  çayları,  onlara 
tökülən  qollar  şirin  su  mənbəyi  kimi  istifadə  edilir.  Bu  çay­
lar  üzərində qurulan su  anbarları,  onlardan çəkilən  kanallar 
vasitəsilə  torpaq  sahələri  suvarılır.  Əkin  sahələrinə  gətirilən 
sular  torpaqlara  verilən  mineral  gübrələr,  ziyanvericilərə 
qarşı mübarizə vasitələrilə ciddi şəkildə çirklənir.
Kür-Araz  ovalığında  suvarma  nəticəsində  yaranmış 
şor  sular  Mil-Muğan  və  Baş  Şirvan  kollektorları  vasitəsilə 
Xəzər  dənizinə  axıdılır.  Onlar  Xəzərin  çirklənməsinə  ciddi 
təsir göstərir.
270
Kənd  təsərrüfatında  sudan  istifadə  edilməsi  zamanı 
mövcud  olan  problemlərdən  biri  də  suyun  nəqli  zamanı 
itməsidir.  Ölkə miqyasında təsərrüfatın müxtəlif sahələrində 
istifadə  edilən  suyun  miqdarı  artdıqca  onun  daşınması 
prosesində  itkiyə  verilən  suyun  miqdarı  da  artır.  Respub­
likada 2000-ci ildə 3053,0 mln m3,  2010-cu ildə 3852 mln m3 
su  itkiyə  getmişdir.  2010-cu  ildə  bu,  ölkədə  istifadə  edilən 
suyun  49,9%-nə  bərabərdir.  Nəql  prosesində  itirilən  suyun 
əsas hissəsi kənd təsərrüfatının payına düşür.
Kənd  təsərrüfatında  suyun  itməsi  suvarma  kanalları 
boyu  yeraltı  suların  səviyyəsinin  qalxmasına,  torpaqların 
şoranlaşmasına,  onların  sahəsinin  daim  artmasına  səbəb 
olur.  Nəticədə  nisbətən  məhsuldar  olan,  suvarılması  asan 
olan  ərazilər  istifadə  üçün  yararsız  hala  düşür.  Onların 
rekultivasiyası  uzun  vaxt və  xeyli miqdarda  maliyyə  vəsaiti 
tələb edir.
Kənd  təsərrüfatında  suvarma  işlərinin  düzgün  təşkil 
edilməməsi  eyni  zamanda  kanallar  və  kollektorlar  boyu 
bataqlıqların əmələ gəlməsinə səbəb olur.
Nəqliyyat  vasitələrinin  ətraf mühiti  normadan  artıq 
çirkləndirməsinin  qarşısını  almaq  üçün  onların  işlətdiyi 
yanacağın  keyfiyyətini  yaxşılaşdırmaq,  köhnəlmiş,  texniki 
normativlərə  cavab  verməyən  avtomobillərin  istismarının, 
köhnəlmiş  avtomobillərin  ölkəyə  gətirilməsinin  qarşısını 
almaq,  avtomobillərin  texniki  vəziyyətinə  ciddi  nəzarəti 
təşkil etmək zəruridir.
Avtomobillərin  törətdiyi  zəhərli  qazları  azaltmaq  və 
bunun  qarşısını  almaq  üçün  dünya  səviyyəsində  təxirəsa­
lınmaz  tədbirlərin  həyata  keçirilməsi  vacib  sayılır.  Bu  təd­
birlər sırasına, əsasən aşağıdakıları aid edirlər.
Avtomobil  nəqliyyatı  tərəfindən  ətraf  mühitə  atılan 
tullantıların zəhərlilik  dərəcəsi mütləq qiymətləndirilməlidir; 
bundan  ötrü  avtomobillərin  vəziyyətinə  gündəlik  texniki 
nəzarət  keçirilməlidir;  xəttə  buraxılan  maşınların  sazlığını
271

yoxlamaq  bütün  avtomobil  təsərrüfatlarının  vəzifəsi  və 
borcudur.  Texniki  xidmətin  aşağı  səviyyədə  olması,  nəza­
rətin  olmaması  atmosfer  havasının  zərərli  maddələrlə  çirk­
lənməsini artırır.
Zəhərlilik  dərəcəsini  azaltmaq  məqsədilə  avtomobil­
lərin  konstruksiyasını  təkmilləşdirməklə  yanaşı  onlara 
texniki  xidmətin  səviyyəsini  artırmaq  və  avtomobillərin 
vəziyyətinə  nəzarəti  təkmilləşdirmək  günün  aktual  məsələsi 
hesab olunur.
Hazırda  dünyada  avtomobillərin  havaya  buraxdığı 
tullantıların  normaya  uyğun  miqdarı  3  əsas  standartla 
tənzimlənir:
1.  1993-cü  ildə  təsdiq  olunmuş  Avropa  beynəlxalq 
standartı,  bütün  Avropa  dövlətlərində  fəaliyyət  göstərir, 
həm də bütün dünyada etibarlıdır.
2.  Daha  sərt  Amerika  standartı,  son  vaxtlar  nəzarət 
üsulunu  sadələşdirmək  üçün  onu  Avropa  standartı  ilə 
birləşdirməyi planlaşdırır.
3.  Yaponiyada  işləyən  ən  ciddi  standart,  həmçinin 
bütün dünyada etibarlıdır.
Ətraf  mühitin  avtonəqliyyat  tərəfindən  çirkləndiril- 
məsinin  qarşısını  almaq  üçün  daxili  yanma  mühərriklərinin 
təkmilləşdirilməsinin ön plana çəkilməsi vacib hesab edilir.
Son  illər  dünyanın  iri  avtomobil  kompaniyaları 
ekoloji  təhlükəsiz  avtomobil  mühərriklərinin  istehsalı  üzrə 
çalışırlar.  İşçi  mühərriklərini daim təkmilləşdirərək yeni, ya­
nacağın  tam yanmasını təmin etmək istiqamətində işlər apa­
rılır.  Avropa  və  ABŞ-in  qabaqcıl  firmalarının  avtomobilləri 
80-ci  illərə  nisbətən  atmosferə  10-16  dəfə  az  zərərli  qaz 
buraxır. Bu mühərriklərin zəiflədilmiş qarışıqla işləməsi çox- 
komponentli  sistem,  elektron  işəsalma  nəticəsində  əldə 
edilir.
Beləliklə,  dünya  avtomobil  parkında  avtomobil  yana­
cağının  keyfiyyətinin  artırılması,  etil  benzinindən  imtina
272
edilməsi,  neytrallaşdırıcılardan  istifadə  olunması,  qazla, 
elektriklə  işləyən  avtomobillərdən  istifadə  edilməsi  və  s. 
ətraf mühitin  avtonəqliyyat  vasitələri  tərəfindən  mühafizəsi 
sahəsində əhəmiyyətli nailiyyətlərdən sayılmalıdır.
Avtomobillərin  qaz  yanacağına  keçməsi  atmosferə 
kanseroqen  maddələrin  100  dəfəyə  qədər  azalmasına  şərait 
yaradır.  Neft  məhsullarına  çəkilən  xərc  də  azalır:  hər  min 
ədəd  qaz  balonlu  avtomobillər,  yükdaşıyan  ildə  12  min  t; 
taksimotor  avtomobilləri  -   6  min  t;  sərnişindaşıyan 
avtobuslar -  30 min t neftə qənaət edir.
Hidrogen -  XXI əsrin yanacağıdır. Hidrogendən əsas 
yanacaq  kimi  istifadə  olunması,  işlədilməsi  gələcək  texniki 
sivilizasiyanı  kökündən  dəyişə  bilər,  bununla  da  müasir 
dövrün  mühüm  problemi  sayılan  ətraf  mühitin  çirklən- 
diricilərdən mühafizəsi  praktiki olaraq həll oluna bilər.
Dünyada ildə 50 mln t-a qədər hidrogen istehsal olu­
nur:  XXI  əsrin  ilk  25  ilində  hidrogenin  istehsalı  və  ondan 
istifadənin  bu  günə nisbətən  bir  neçə dəfə çox  olması  proq­
nozlaşdırılır.
1973-cü  ildə,  xüsusilə  kəskin  enerji  böhranından 
sonra  elektromobillərin  kütləvi  istehsalına  maraq  artdı.  Bu 
yalnız  elektrik  problemi  ilə  deyil,  həmçinin  ciddi  ekoloji 
problemlərlə əlaqədardır.  Belə ki,  elektromobil  havanı çirk- 
ləndirmir, qızdırmır, həm də o qədər də səs-küylü deyil.
1993-cü  ildə  ABŞ-da  Kaliforniyada  verilən  qanunda 
milli istehsalçıların buraxdığı avtomobillərin mütləq 2%-dən 
az  olmayaraq  «sıfır  qazlarla»  işləyən,  xüsusən  elektromo­
billərin olması göstərilir.
İsveçdə  buraxılan  15  tonluq  yük  maşını  gələcəyin 
maşım  adlandırıldı.  Onun  mühərrikinə  elektromühərrik  və 
qaz  turbini  birləşdirilir.  Elektromotordan  şəhərin  küçə­
lərində  istifadə  olunur  ki,  atmosfer  çirklənməsin,  turbin  isə 
şəhərdən kənar şosselərdə birləşdirilir.
273

Bütün  ölkələri  növbəti  dəfə  geridə  qoyan  Yaponiya 
elektromobil  erasına  daxil  olur.  Osaka  şəhərində  planetdə 
ilk  dəfə  sürət  yarımstansiyası  şəbəkəsi  fəaliyyət  göstərir. 
Burada  30  dəqiqə  ərzində  ekoloji  təmiz  avtomobilə  enerji 
doldurmaq  olar.  İndiyə  qədər  batareyanı  doldurmağa  10 
saatdan  artıq  vaxt  sərf  olunurdu,  bu  isə  dünyada  elektro­
mobilin  geniş  yayılmasına  mane  olan  əsas  səbəblərdən  biri 
sayılırdı.  Elektrmobillərin  son  modellərinin  sürəti  75 
km/saat  təşkil  edir.  Ətraf mühitin  mühafizəsi  marağını  nə­
zərə  alaraq  avtonəqliyyatın  elektriklə  işləməsinə  keçmək 
məqsədə uyğundur.
Elektromobillərin  inkişafının  sonrakı  mərhələsində 
onların  kütləvi  serial  istehsalı,  buraxılması  və  avtomobil 
nəqliyyatında onların payının artırılması qarşıda durur.
Bu  istiqamətdə  aparılan  işlərə  verilən diqqət  2025-ci 
ilə  qədər  dünyadakı  avtomobillərin  15%-nin  elektromobil 
olacağını  proqnozlaşdırır.  Belə maşınlar  artıq yaradılmış və 
dünyanın  bir  sıra  ölkələrində  kütləvi  qaydada  istehsal 
olunur.  Belə  maşınlarda  yanacaq  əvəzinə  elektrik  enerjisin­
dən  istifadə  edildiyi  üçün  ekoloji  fəlakətlə  qarşılaşdığımız 
bir zamanda irəliyə doğru atılan bir addım hesab edilir.
İstənilən müasir  maşınlarda 90 % benzin,  10 % metil 
spirtinin qarışığından,  yəni  qazoxoddan  istifadə etmək  olar. 
Bu zaman  etilləşdirilmiş  benzindəki  kimi  effekt  alınır,  lakin 
çirkləndirici maddələr az olur.
İri  şəhərlərdə  avtomobil  «tıxacları»  ciddi  problem 
yaradır.  Atmosferə  ayrılan  toksik  maddələrin  miqdarı 
yanacaq  sərfindən,  bu  isə  avtomobilin  sürətindən  asılıdır. 
Çox yüklənmiş  küçələrdə nəqliyyat «çox  ləng» hərəkət edər­
kən  yanacaq  3-4  dəfə  çox  işlənir,  bunun  da  nəticəsində 
atmosferə buraxılan zərərli maddələr çoxalır.
Avtomobil  nəqliyyatında  ekoloji  təhlükəsizliyin 
proqramında yol  tikintilərinin  həçminin  artırılması və möv­
cud  avtomaqistralların  rekonstruksiyası  nəzərdə  tutulur.
274
Əsas  məqsəd  -   avtomobillərin  hərəkət  sürətini  50  -  60 
km/saata çatdırmaqdır.
Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azalt­
maq  üçün  effektiv  tədbirlərdən  biri  də  şəhərlərdə  piyada 
zonaları  təşkil  etmək  və  ora  nəqliyyat  vasiitələrinin  get­
məsini  qadağan  etməkdir.  Nəqliyyat  tunelləri  intensiv 
nəqliyyat  axını  istiqamətində  tikilməli,  nəqliyyat  və  piyada 
hərəkətlərini müxtəlif səviyyədə bölüşdürməlidir.
Xüsusi  avtomobillər  yaşayış  evlərinin,  xiyabanların, 
uşaq  meydançalarının  yanında  yerləşdirilir,  bu  isə  şəhər 
əhalisinin  şəraitini  pisləşdirir.  Xüsusi  avtonəqliyyatın 
saxlanması  problemini  həll  etmək  məqsədilə  çoxmərtəbəli 
qarajlar,  mehmanxanalar  tikilir.  Çoxmərtəbəli  qarajlar 
fəaliyyət  göstərən  rayonlarda  yer  haqqı  alınması  da  həyata 
keçirilir.  Moskvanın bir neçə mikrorayonunda çoxmərtəbəli 
qarajların  tikilməsi  üçün  yerlər  ayrılmışdır.  Hal-hazırda 
Bakı şəhərində də yeraltı və çoxmərtəbəli qarajların tikintisi 
aparılır.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
avtomobil  nəqliyyatı sahəsində ekoloji baxımdan  dayanıqlı, 
ekoloji inkişaf proqramında aşağıdakı tədbirlər irəli sürülür:
-  avtomobil  nəqliyyatının  ətraf  mühitə  zərərli 
təsirinin  səviyyəsini  tənzimləyən  normativ-hüquqi  aktların 
qəbul edilməsi;
-  nəqliyyat sahəsində harmonik siyasətin həyata keçi­
rilməsi  üçün  nəqliyyat  sektorunda  qanunvericilik  sisteminin 
təkmilləşdirilməsi;
-  avtomobil  nəqliyyatında istifadə edilməsi üçün eko­
loji  baxımdan  təmiz yanacaq növlərinə keçiriləməsi (sıxılmış 
maye qaz, bioqaz və s.);
-  tələblərə  cavab  verməyən  köhnə  nəqliyyat  vasitə­
lərinin utilizə edilməsinin təşkili;
-  ekoloji  təmiz  sərnişin  nəqliyyat  növlərinin  tətbiqi, 
şəhər daxilində «piyada» zonalarının genişləndirilməsi;
275

-  avtomobil  və  dəmiryollarının  müasir  dünya  stan­
dartlarına uyğun rekonstruksiya olunması;
-  ölkəyə  daxil  olan  avtomobillərin  mühərriklərinin 
qaz  nçytrallaşdırıcıları  ilə  təmin  olunmasına  və  Avropa 
ölkələri  üçün  müəyyənləşdirilmiş  toksiklik  normalarının 
uyğunluğuna nail olmaq;
-  avtomobil  yanacaqlarının  keyfiyyətinin  yaxşılaşdı­
rılması.  Bu  məqsədlə  benzinin  oktan  ədədini  qaldırmaq 
üçün istifadə olunan etil mayesindən imtina edilməsi;
-  nəzarət  orqanlarının  avtomobillərin  zəhərlilik  və 
tüstüləşmək səviyyəsini ölçən cihazlarla təmin olunması;
-  benzinlə  işləməyən  maşınlardan  -   elektromobil­
lərdən istifadə edilməsi;
- respublikada ekoloji avtomüfəttişliyin yaradılması.
Belə  dövlət  strukturunun  təşkil  edilməsinin  bu və  ya
digər mühüm ekoloji əhəmiyyəti ola bilər.
276
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin