auditdir. Beynəlxalq Ticarət Palatasının müəyyənləşdirməsinə
görə ekoloji audit - istehsal proseslərinin idarə olunması və
işləməsi sisteminin ekoloji tələblərə uyğun gəlməsinin, sistem
ləşdirilmiş, sənədli təsdiq olunan obyektiv qiymətləndirilmə
sindən ibarət idarəetmə alətidir.
Ümumilikdə audit (ingilis dilindən audit - yoxlama, təftiş)
- hər hansı peşəkar fəaliyyət haqqında obyektiv məlumatların
alınması, dəyərləndirilməsi və bunların müəyyən meyarlara,
normalara və standartlara uyğunluq səviyyəsinin müəyyən edil
məsi prosesidir. Adi nəzarət ilə müqayisədə, audit müəyyən
üstün cəhətlərə malikdir: mötəbərlik, müstəqillik, obyektivlik,
təkrarlanma, aydın başa düşülmə, ilkin olaraq ondan təsərrüfat
subyektlərinin maliyyə fəaliyyəti sferasında şirkətin, müəssi
sənin, idarənin mühasibat hesabatlarının və onun maliyyə-təsər
288
rüfat fəaliyyətinin digər sənədlərinin dəqiqliyinin (düzgün
lüyünün) yoxlanması üçün istifadə edilirdi. Sonradan audit
prosedurasından təsərrüfat subyektlərinin fəaliyyətinin effektiv
liyinin digər istiqamətlərdə: keyfiyyət auditi, energetika auditi,
ekoloji audit və s. təkmilləşdirilməsi üçün geniş istifadə etməyə
başlanıldı.
Müəssisələr tərəfindən fəaliyyətin ekoloji aspektlərinin
qiymətləndirilməsindən 1970-ci illərdə ABŞ-da təbiətə vurulan
zərərə görə hüquqi məsuliyyəti nəzərdə tutan, ətraf mühit sahə
sində milli siyasət haqqında federal qanunun qəbul edilmə
sindən sonra fəal tətbiq edilməyə başlanıldı. Qiymətləndirmə
prosedurası aparılma formasına görə maliyyə auditini xatırlat
dığından, o, ekoaudit adlandınlmağa başlandı. 1980-ci illərdə
ekoloji audir Avropanin sənayecə inkişaf etmiş ölkələrinin
həyatına daxil oldu ki, bu da sonralar Avropa Şurası tərəfindən
ekoaudit barədə Qətnamənin (1993) qəbul edilməsini şərtlən
dirdi. Bu proseduraya çoxlu beynəlxalq təşkilatlar maraq gös
tərir. Belə ki, Beynəlxalq Ticarət Palatası ekoauditdən istehsal
fəaliyyətinə və şirkətin strategiyasının ekoloji qanunvericilik
normalarına uyğunluğuna nəzarətin gücləndirilməsi üçün daxili
inzibati idarəetmə üsulu kimi istifadə etməyə başladı. 1990-cı
illərin əwələri üçün ekoloji auditlə, kommersiya bankları borc
alanların ssudaları üzrə ödənişlərin ödənməməsi risklərini mini
muma endirmək məqsədilə, şirkət və firmaların onların ekoloji
etibarlılıq dərəcəsindən asılı olaraq maliyyələşdirilməsi üzrə
qərarların verilməsi proseduralarında silahlandı.
Ekoaudit obyektləri kimi, fəaliyyəti ətraf mühitə təsir gös
tərə bilən, yaxud göstərən mövcud, yaradılmaqda olan müəssisə
və təşkilatlar ola bilər. Ekoaudit təsərrüfat subyektlərinin mənfi
ekoloji təsiri ilə bağlı mövcud, yaxud potensial problemlərin
üzə çıxarılmasını və onların həlli üzrə tədbirlərin işlənib hazır
lanmasını hədəfə alır. Ekoloji auditdən aşağıda göstəriln for
mada istifadə oluna bilər:
289
• təbiətimühafizə qanunvericiliyinə əməl edilməsinin
yoxlanması üçün;
• ətraf mühitin idarə olunması sistemlərinin işləməsinin
effektivliyini qiymətləndirmək;
• layihələrin sərmayələşdirilməsi, uzunmüddətli icarə
müqavilələrinin və ətraf mühitin çirkləndirilməsindən gələn zə
rərlərə görə məsuliyyətin sığortalanması müqavilələrinin səhm-
ləşdirilməsinin, bağlanmasının maliyyə risklərinin müəyyən
edilməsi;
• müflisləşmənin elan olunması prosedurasının gerçək
ləşdirilməsi;
• ekoloji sığortalanma məqsədi ilə və mülkiyyətçinin də
yişməsi prosesində keçmiş ekoloji zərərə görə məsuliyyətin
təyin edilməsi üçün ekoloji ziyanın qiymətləndirilməsi;
• lisenziya alan tərəfindən müəyyən edilmiş ekoloji
tələblərə, lisenziya razılaşmalarına əməl edilməsinin yoxlan
ması;
• özəlləşdirmə və daşınmaz əmlakın satılması zamanı
ekoloji riskin aşkara çıxarılması;
• sertifikatlaşma prosesində qoyulmuş tələblərə uyğun
olmanın yoxlanması və s.
Ekoloji auditin həyata keçirilməsi icbari və könüllü ola
bilər.
İcbari audit təşkilatlar və siyahısı ekoloji audit üzrə xüsisi
təhkim olunmuş orqan tərəfindən təsdiq edilmiş fəaliyyət növ
ləri üçün (məs., obyektin mülkiyyətçisi dəyişən zaman, obyekt
icarəyə veriləndə və ya ipoteka zamanı girov qoyulanda) apa
rılır, həmçinin təbiətimühafizə qanunvericiliyini pozanlara qarşı
iddiaların tənzinmlənməsi zamanı xüsusi səlahiyyətli dövlət
orqanları tərəfindən qaldırıla bilər.
Könüllü audit (təşəbbüslü) müstəsna olaraq ətraf mühitin
idarəetmə sisteminin yaradılması və tətbiqi, onun işləməsinin
290
effektivliyinə nəzarət edilməsi prosesində təsərrüfat subyektinin
təşəbbüsü ilə aparılır.
Auditin kim tərəfindən aparılmasından asılı olaraq daxili
(müəssisə işçiləri arasından oan audit tərəfindən aparılır) və
xarici audit (müstəqil auditorlar komandası tərəfindən aparılır)
ayırd edilir. Daxili ekoaudit təşkilatda ətraf mühitin idarəetmə
sisteminin işləməsini təmin edən vacib alətdir, lakin onun apa
rılması zamanı həmişə obyektivliyi əldə etmək olmur. Yalnız
xarici audit icbari ola bilər.
Ekoaudit prosedurası zamanı üç tərəf iştirak edir: təşəb
büskar (müştəri, sifarişçi), auditor (auditor firması), yoxlanılan
obyekt.
Ekoloji auditin aparilması təcrübəsində anketləşdirmə,
maddi balanslaşma, kartoqrafik, texniki hesablama üsulların
dan istifadə edilir.
Ekoauditin aparılmasının əsas mərhələləri:
• təbiətimühafizə fəaliyyətinin göstəricilərini əks etdirən
ilkin sənədlərin, qeydiyyat jurnallarının və digər materialların
yoxlanması;
• obyektin ekoloji təhlükəsi səviyyəsi barədə audit məq
sədlərinə müvafiq informasiyanın toplanması (personal ilə mü
sahibə daxil olmaqla);
• obyektin görünüşcə müayinə olunması, onun təftiş edil
məsi, bölmələrin ziyarət edilməsi, texniki vasitələrin vəziy
yətinin və istismarının yoxlanması;
• ətraf mühit parametrlərinin və göstərilən neqativ təsir
amillərinin alətlə təhlili;
• auditin nəticələrinə görə tövsiyyələrin hazırlanması, aş
kar edilmiş problemlərin aradan qaldırılması üzrə təkliflərin
sifarişçiyə verildiyi gəlinən nəticələr və tövsiyyələr ilə hesaba
tın tərtib edilməsi;
291
Ekoauditin aparılması sahəsində əldə olunan təcrübə onun
nəticələrindən effektiv istifadə edilməsi imkanlarını sübut edir
ki, bunlar da aşağıdakılara imkan verir:
• əvvələr nəzərə alınmayan ətraf mühitə təsir mənbələ
rinin eyniləşdirilməsi (fərqləndirilməsi, ayırd edilməsi);
• təbii resursların istehlakını optimallaşdırmaq;
• əlavə araşdırmaların aparılmasının məqsədəuyğunlu-
ğunun əsaslandırılması;
• əlavə məhsul, xidmətin istehsalının, ikincili xammaldan
istifadənin, enerji resurslarına qənaətin inkanlarını aşkara çı
xartmaq;
• yeni texnikanın, təbiətimühafızə və ehtiyatları qoruyan
texnologiyaların alternativ variantlarının əsaslandırılması;
• ekoloji fəaliyyətin maliyyələşdirilməsinin ehtimal edi
lən (əlavə) mənbələrini təyin etmək;
• dəymiş zərərin və ekoloji-iqtisadi məsuliyyətin ödənmə
sində cərimə sanksiyalarının risklərini azaltmaq və ya tam
istisna etmək;
• monitorinq və istehsal nəzarəti sisteminin inkişafına
əlavə xərclərin müəyyən edilməsi;
• istehsal məsrəflərini azaltmaq və əlavə məhsulun əmələ
gəlməsi hesabına gəlirin artımına nail olmaq və s.
Respublikamızın “Ətraf mühitin mühafizəsi” haqqında
Qanununa müvafiq olaraq ekoloji audit - hüquqi şəxslər və
fərdi sahibkarlar tərəfindən ətraf mühitin mühafizəsi sahəsində
tələblərə, beynəlxalq standartların tələblərinə riayət edilmə
sinin müstəqil kompleks sənədləşdirilmiş yoxlanması və belə
fəaliyyətin ətraf mühitə zərərli təsirinin aşağı salınması (qarşı
sının alınması) üzrə tövsiyyələrin hazırlanmasıdır. Bütün dün
yada olduğu kimi, Azərbaycanda da ekoaudit ekoloji təhlükə
sizliyin təmin edilməsi, təsərrüfat və digər fəaliyyətin ətraf mü
hitə zərərli təsiri riskinin azaldılması yollarının və üsullarının
təyin edilməsi məqsədilə aparılır. Onu icbari və ya könüllü
292
qaydada hüquqi şəxslərin, yaxud fərdi sahibkarların öz və
saitləri hesabına həyata keçirirlər.
Ekoloji auditin aparılması qaydası Azərbaycan Respub
likası qanunvericiliyi müəyyən edir. Ətraf mühitə zərərli təsir
göstərən müəssisələrin özəlləşdirilməsi, habelə hüquqi şəxsin
müflisləşməsi və ya fərdi sahibkarın fəaliyyətinin dayandı-
nlması zamanı ekoaudit icbari qaydada aparılır.
293
MÖVZU 11. ƏTRAF MÜHİTİN MONİTORİNQİ
VƏ EKOLOJİ SIĞORTA
Ətraf mühitin monitorinqini dövlət idarəçiliyinin bir
funksiyası, hüquqi institutu və ətraf mühiti mühafizə tədbiri
kimi səciyyələndirmək olar. Monitorinq uzunmüddətli müşahi
də sistemidir və ətraf mühitin hazırki vəziyyətinin qiymətlən
dirilməsi, onun dəyişməsi istiqamətinin proqnozunu əhatə edir.
Monitorinq ətraf mühitin hərtərəfli analizi, ekoloji və
ziyyətinin qiymətləndirilməsi, ona təbii və antropogen təsirlərin
öyrənilməsi məqsədini daşıyır. Bu təsirlər özünəməxsus xüsu
siyyətə malikdir. Antropogen və təbii təsirlərin məhdudiyyət
səviyyəsinin göstəricisi buraxıla bilən ekoloji yükdür (BBEY).
Ekosistemin və biosferin normal fəaliyyəti yalnız BBEY sə
viyyəsində mümkündür.
Adətən təbii faktorların təsirindən vəziyyətini ardıcıl də
yişmiş biosfer bir müddətdən sonra əvvəlki vəziyyətinə qayıdır.
Məsələn, havanın və torpağın temperaturu, təzyiqi, nəmliyi
müəyyən sabit həddə dəyişir. İri ekosistemlər təbiətdə gedən
proseslər tərəfindən çox kiçik, zəif dəyişməyə məruz qalır.
Dünya miqyasında belə dəyişikliklərin gedişatma nəzarət edən
xüsusi ekoloji xidmət mövcuddur.
Bir çox ölkələrdə təbiətin bir çox ünsür və amilləri üzə
rində monitorinq aparılır. Məsələn, Torpaq və Xəritəçəkmə Ko
mitəsi torpaq ehtiyatları üzərində, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi təbii ehtiyatlar, atmosfer, səth suları, su hövzəsi və s.
üzərində monitorinq aparır. Bu cür məlumatların toplanması
ətraf mühitdə baş verən həm təbii, həm də texniki proseslərin
proqnozlaşdırılmasma imkan verir.
Biosferin antropogen faktorların təsirindən dəyişməsi
daha qısa müddətdə baş verir. Buna görə də biosferin abiotik
hissəsində antropogen təsirdən baş verən dəyişikliyin ölçül
məsi, qiymətləndirilməsi, proqnozlaşdırılması və bütün bu
294
dəyişikliklərə reaksiyasının öyrənilməsi üçün ekoloji monito
rinqin informasiya sistemi yaradılır.
Ekoloji monitorinq biosferin kompleks monitorinqidir.
Buraya təbii və antropogen təsirdən ətraf mühitdə baş vermiş
dəyişikliklərə nəzarət aid edilir.
Antropogen təsir üzrə ekoloji monitorinqin əsas məsə
lələri aşağıdakılardan ibarətdir:
- Antropogen təsir mənbələrinə nəzarət;
- Antropogen təsir faktorlarına nəzarət;
- Antropogen faktor təsirindən ətraf mühitdə yaranan
dəyişikliklərə nəzarət;
- Təbii mühitin fiziki halının qiymətləndirilməsi;
- Antropogen faktorlar təsirindən təbii mühitin vəziyyə-
tindəki dəyişikliklərin proqnozlaşdırılması və bu proqnozun
qiymətləndirilməsi.
Monitorinq antropogen təsirdən biosferdə və yaxud onun
ayrı-ayrı elementlərində baş vermiş dəyişikliklərə nəzarət, on
ların qiymətləndirilməsi və proqnozlaşdırılmasmdan ibarətdir.
Monitorinq aşağıdakı praktiki istiqamətlərdən ibarətdir:
- ətraf mühitin vəziyyətinə və ona təsir edən faktorlara
nəzarət etmək;
- ətraf mühitin faktiki vəziyyətini və çirklənmə səviyyə
sini qiymətləndirmək;
- çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək
vəziyyətin proqnozu və bu vəziyyətin qiymətləndirilməsi.
Monitorinqin obyekti atmosfer (atmosferin yerüstü qatı
və yuxarı qatı), atmosfer çöküntüləri, yerüstü sular, okeanlar,
dənizlər, yeraltı sular, kriosferadan (iqlim sistemi) ibarətdir.
Monitorinq sistemi təsir faktoruna, mənbələrinə və miq
yasına görə də siniflərə ayrılır.
Monitorinqin təsir faktoru dedikdə, müxtəlif kimyəvi
çirkləndirici və müxtəlif cür təbii və fiziki təsir faktorları (elek
tromaqnit şüaları, günəş radiasiyası, səs-küy, titrəyiş) başa dü
şülür.
295
Çirkləndirici mənbələrin monitorinqi dedikdə, stasionar
mənbəyin (zavod tüstü borusu), hərəkətdə olan nəqliyyat
vasitələrinin və müəyyən bir sahənin monitorinqi başa düşülür.
İnformasiyaların ümumiləşdirmə xarakterinə görə aşa
ğıdakı monitorinq sistemləri mövcuddur:
- Qlobal monitorinq sistemi. Dünyada baş verən proses
lərə və Yer kürəsinin biosferində bütün ekoloji komponentlərə
nəzarətlə yanaşı ekstremal vəziyyətlərin yaranacağı barədə
xəbərdarlıq etmək rolunu yerinə yetirir;
- Baza monitorinq sistemi. Təbiətdə baş verən hallara
nəzarət etməkdən ibarətdir. Bu zaman regional antropogen
təsirlər nəzərə alınmalıdır;
- Milli monitorinq sistemi. Ölkə miqyasında aparılan
monitorinqdir;
- Regional monitorinq sistemi. Hər hansı bir region
daxilində gedən proseslərə nəzarəti həyata keçirir;
- Lokal monitorinq sistemi. Konkret antropogen mən
bəyin təsiri ilə məşğul olur;
- İmpakt monitorinq sistemi. Regional və lokal antropo
gen təsirlərə məruz qalan xüsusi təhlükəli zonalann moni
torinqidir;
- Kimyəvi monitorinq. Atmosferin, atmosfer çöküntülə
rinin, yerüstü və yeraltı suların, okean və dəniz sularının, tor
pağın, dib çöküntülərinin, bitkilərin kimyəvi tərkibinə nəzarət
və kimyəvi çirkləndiricilərin yayılma dinamikasına nəzarətdən
ibarətdir.
Kimyəvi monitorinq əsasən ətraf mühiti çirkləndirən
aşağıda göstərilən komponentlərə nəzarət edir (cədvəl 19).
j
296
Cədvəl 19
Üstünlük
sinifi
Çirkləndirici maddələr
Mühit
Ölçü
proqramının
növü
1
2
3
4
I
Kükürd iki oksid və asılı
vəziyyətdə olan hissəciklər
Havada
İ, Я, B,Q
Radioaktiv maddələr (Sr-90,
Cs-197)
Qidada
İ,R
II
Ozon
Havada
i,в
(stratosferdə)
D D T və başqa üzvü xlor bir
ləşmələri
Biot, insan
İ,R
Kadmium və onun birləş
mələri
Qida, insan,
su
İ
III
Nitratlar, nitritlət
İçməli su,
qida
i
Azot oksid i
Havada
i
IV
Civə və onun birləşmələri
Qida, hava
İ,R
Qurğuşun
Hava, qida
İ
Karbon iki oksid
Hava
в
V
Karbon oksidi
Hava
i
N eft karbohidrogenləri
Dəniz
suyunda
R,B
VI
Flor birləşmələri
İçməli su
İ
VII
Azbest
Hava
İ
Arsen
İçməli su
i
VIH
Mikrotoksinlər
Qida
İ.R
Mikrobioloji zəhərlənmə
Qida
İ,R
Reaktiv karbohidrogenlər
Hava
İ
Qeyd: İ - impakt; R - regional; B- baza; Q - qlobal.
Fiziki monitorinq - ətraf mühitə təsir edən fiziki proseslərə
nəzarət (sel, vulkan, zəlzələ, quraqlıq, torpağın eroziyası və s.);
Bioloji monitorinq - bioindikatorlar vasitəsilə aparılan
monitorinq (mühitdə dəyişikliklərə nəzarət).
297
Ekobiokimyəvi monitorinq - radiometrik aparatlarla
təchiz olunmuş uçan aparatlarla kosmosda və istənilən sahədə
aparılan monitorinq.
Kompleks ekoloji monitorinq - bu universal monitorinq
hesab edilir. Burada ətraf mühit obyektlərinin vəziyyətinə,
onların faktiki çirklənməsinə nəzarətlə yanaşı gözlənilən kritik
situasiyalar, onların insanlara, heyvanlara, bitkilərə zərərli təsiri
haqqında məlumat hazırlanır. Bu monitorinq lokal, regional və
fon üzrə aparılır.
Kompleks ekoloji monitorinq sistemi konkret olaraq
aşağıdakı məsələlərlə məşğul olur:
- Nəzarət obyektinin seçilməsi;
- Ayrılmış nəzarət obyektinin müayinəsi;
- Nəzarət obyekti üçün informasiya modelinin seçil
məsi;
- Ölçmə işlərinin planlaşdırılması;
- Nəzarət obyektinin vəziyyətinin dəyişməsinin proq
nozlaşdırılması;
- Alman nəticələr haqqında informasiyaların başa düşü
ləcək şəkildə istehlakçıya təqdim edilməsi.
Əldə edilmiş informasiyalar əsasında kompleks ekoloji
monitorinqin əsas vəzifəsi aşağıdakılardır:
1) Ekoloji sistemin və insanların yaşadığı sahələrin fəa
liyyəti və vəziyyətlərinin qiymətləndirilməsi;
2) Göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbə
bini müəyyən etmək, bu dəyişikliklərin nə ilə nəticələnəcəyini
qiymətləndirmək, ekoloji və yaşayış sahələrinin diaqnostikasını
keçirmək;
3) Yaranmış neqativ halların ləğvi və ya təsir dairələrinin
azaldılması üçün tədbirlər hazırlamaq. Neqativ hallar haqqında
vaxtında xəbərdarlıq etmək.
Son dövrlər ekoloji qəza və fəlakətlərin sayı artdığından
iqtisadi zərər də artır. Buna görə də ekoloji fəlakətlərin nəticə
lərinin aradan qaldırılması üçün çoxlu maliyyə vəsaiti tələb
298
olunur. Yüksək risk şəraitində bu vəsaitin yüngülləşməsi üçün
təminat lazımdır. Ekoloji cəhətdən gözlənilməz nəticələr ol
duqda və preventiv (qabaqlayıcı) təbiəti-mühafizə tədbirləri ke
çirilərkən əhalinin və hüquqi şəxslərin əmlak maraqlarını qo
rumaq baxımından ekoloji sığorta mühüm rol oynamalıdır.
Qeyd etmək lazımdır ki, ümumi çirklənmənin tərkibində plan-
laşdmlmamış və gözlənilməz çirklənmə hallarının payı 1/3 -ə
çatır.
Ekoloji sığorta - sığortanın xüsusi kateqoriyası olub, sı
ğorta təşkilatı tərəfindən ətraf mühitin gözlənilməz çirklənməsi
vaxtı sığorta obyektinə dəyən zərərin əvvəlcədən razılaşdırıl
dığı kimi tam və ya bir hissəsinin ödənilməsinə zəmanət verilir.
Ekoloji sığorta aşağıda qeyd olunan bütün tərəflərin ma
raqlarını birləşdirir:
- sığorta təşkilatlan vasitəsilə bütün əhalinin maraqlarını
təmsil edən dövlətin;
- gözlənilməz qəza hallarında ətraf mühitin çirklən
məsində müəyyən ziyan çəkə biləcək üçüncü şəxslərin (hüquqi
və fiziki);
- öz günahları üzündən baş vermiş qəza nəticəsində
çirklənməni törədən müəssisə - təbiətdən istifadəçilərin
(sığorta olunanların).
Bu prosesdə əhalinin marağını belə fəaliyyət növü üçün
lisenziya almış sığorta təşkilatı təmsil edir.
Ekoloji sığorta üçüncü tərəfə zərərin ödənilməsi üçün
icbari (məcburi) ola bilər, sığorta olunan təşkilatın çirklən-
diricinin maraqları nəzərə alınaraq könüllü də ola bilər.
Ekoloji sığortanın məqsədi həm qəza və təsadüfi çirklən
mədən dəyən ziyanın ödənilməsi üçün təminatdır, həm də
təbiəti mühafizə tədbirlərinin maliyyələşdirilməsi üçün əlavə
vəsaitlərin səfərbər olunmasıdır. Bununla da ekoloji sığorta ilə
ödənişli (pullu) təbiətdən istifadə sistemi arasında qarşılıqlı
əlaqə və təsirin olduğu aydınlaşır.
299
Ekoloji sığortanın əsasını aşağıdakı əsas prinsiplər təşkil
edir: üçüncü tərəfə (şəxsə) dəyən zərərin maksimum ödə
nilməsi, sığorta olunan tərəfin də iqtisadi maraqlarının qorun
ması (öz resurslarının saxlanmasına və sonrakı fəaliyyət imkan
larına təminat); sığortaçının sığorta ödənişinin həcminin mini-
mumlaşdırılmasında maraqlan və yaradılmış maliyyə vəsaitin
dən təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsində mak
simum istifadəsi.
Sığortanın könüllü növündə sığorta şirkəti sığorta olunan
tərəfin üçüncü tərəfə vurduğu zərərin vətəndaşlıq (əmlak)
məsuliyyətinin müdafiəsini öz üzərinə götürür. Sığorta obyekti
- sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə
məsuliyyət riskinin həcmidir.
Ekoloji sığorta sistemində aşağıdakı göstəricilər əsasdır:
- sığorta riski;
- sığorta ödənişinin həcmi;
- sığorta haqqı;
- sığorta tarifləri.
Ekoloji risk - sığorta hadisəsinin və itkisinin yaranma eh
timalı ilə bağlıdır. Bu ehtimal nəzəriyyəsinin köməkliyi ilə qə
zalar haqqında məlumatların əsasında müəyyən olunur. Sığorta
halı - qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə
vurduğu iqtisadi-sosial ziyanın baş verdiyi prosesdir. Sığorta
halının və çirklənmə maddələrinin baş vermə səbəbi bütün
konkret hallarda sığorta müqaviləsində öz əksini tapır. Sığorta
ödənişi sığortaçı şirkət tərəfindən tarif cədvəlinə görə ödənilir.
Tarif cədvəli müəssisənin illik dövriyyəsindən asılı olaraq onun
müəyyən faizi kimi hesablanır.
Sığorta hadisəsi aşağıdakıları özündə birləşdirir:
- əmlakın korlanması və məhv olması üzündən zərərin
kompensasiyası (ödənilməsi);
- ətraf mühitdə həyat şəraitinin pisləşməsi ilə əlaqədar
ziyan;
300
- çirklənmiş ərazinin təmizlənməsi və oranın abad
laşdırılması ilə əlaqədar məsrəflər;
- sığorta hadisəsi baş verən zaman insanların həyatlarının
və əmlaklarının xilas edilməsi üçün lazım olan məsrəflər;
- ilkin tədqiqatlar və məhkəmə prosesləri ilə əlaqədar
məsrəflər.
Ekoloji sığorta kimi müəyyən olunan sığorta qiyməti -
müəssisənin illik dövriyyəsinin həcmi qədər təşkil edir. Sığorta
ödənişləri - müəssisənin illik dövriyyəsinin tarif əmsalına vu
rulması yolu ilə hesablanır. Tarif əmsalı istehsal sahələrindən
asılı olaraq dəyişilir. Tarif əmsalı istehsal proseslərinin risk
dərəcələrindən və preventiv tədbirlərin həyata keçirilməsindən
asılı olaraq sahə daxilində də diferensiasiya olunur (fərqlənir).
Tarifin həcmi aşağıdakı hissələrdən ibarətdir:
- sığorta təminatının ödənilməsi üçün ehtiyat fonda
köçürmələr;
- sığorta hadisələrinin xəbərdarlıq və qarşısının alınma
sının maliyyələşdirilməsi fonduna köçürmələr;
- sığorta təşkilatının məsrəflərinin ödənilməsi;
- sığortaçının normativ gəliri.
Sığorta şirkəti zərərçəkənlərə sığorta təminatını aşağıdakı
şəkildə həyata keçirə bilər:
- əmlakın zədələnməsi və sıradan çıxmasına görə kom
pensasiya;
- ətraf mühitin və həyat şəraitinin pisləşməsi ilə əlaqədar
ziyan;
- çirklənmiş ərazinin təmizlənməsi ilə əlaqədar məsrəflər;
- insanlann əmlak və həyatlarının xilası üçün lazım olan
məsrəflər;
- məhkəmə prosesləri ilə əlaqədar məsrəflər.
Sığorta təminatının ödənilməsi sığorta təşkilatının gü
cündən çox asılıdır. Sığorta şirkətinin gücü ilkin kapitaldan, sı
ğorta olunanların sayından, lazımi ödənişlərin həcmindən
asılıdır.
301
Sığorta heç vaxt bütün çirklənmə növlərini əhatə etmir,
lakin gözlənilməz və təsadüfi çirklənmədən dəyən zərərin
riskindən sığortalanır. Bəzi sığortaçılar ətraf mühitin pisləşmə
sindən də sığortalanma təklif edirlər. Onlar hesab edirlər ki,
çirklənmə ilə əlaqədar vəziyyətin təxminən 80%-dən sığorta
lanmaq lazımdır.
Sığorta müqaviləsi aşağıdakı əsas hissələri əhatə edir:
- müəssisənin ünvanı, adı, ekoloji riskin xarakteri;
- illik dövriyyənin həcmi, manatla;
- müəssisənin istehsal fəaliyyəti haqqında məlumatlar;
- istehsal prosesinin xarakteri haqqında məlumatlar:
xammal, materialların və istehsal olunan məhsulun növləri;
- ətraf təbii mühit haqqında məlumatlar (əhalinin sıxlığı,
istifadə olunan ərazinin, torpağın, suların səciyyəsi);
- havaya, suya, torpağa atılan tullantılar haqqında məlu
mat, ətraf mühitin vəziyyətinə nəzarət metodları və normativlər
haqqında məlumat;
- tullantıların risk dərəcəsi (səviyyəsi), onların qarşısının
alınması tədbirləri və s.
Müqavilə bir illiyinə imzalanır, lakin sığorta olunan
müəssisənin razılığı ilə uzadıla bilər. Müqavilələr fasiləsiz 2 il
və daha çox imzalanırsa, güzəştli (10-30%) sığortalanma nə
zərdə tutulur.
Ekoloji məsuliyyətin sığortalanması prosesi sığorta şirkə
tinin iştirakı olmadan da həyata keçirilə bilər. Sənaye müəs
sisələri öz risklərini qarşılıqlı şəkildə sığortalayır. Onlar birgə
fondlar da yarada bilər.
Ümumiyyətlə, ekoloji sığorta ekoloji təhlükəsizlik üçün
cəlbedici bir vasitədir, çünki burada ekoloji və iqtisadi maraqlar
birləşirlər. Ekoloji sığortanın geniş tətbiqi aşağıdakı səbəb
lərdən ləngiyir:
1) hərtərəfli normativ-hüquqi bazanın olmaması;
2)
müəssisələrin çətin iqtisadi vəziyyəti imkan vermir ki,
sığorta haqqını ödəsinlər;
302
3)
ekoloji risklərə görə yüksək tarif dərəcələrinin olma
ması. Bu onunla bağlıdır ki, avadanlıqlar çox köhnədir və
sığorta halı və hadisələrinin olması ehtimalı yüksəkdir.
Ümumiyyətlə, ekoloji sığorta hələ də qanunvericilikdə öz
əksini tam olaraq tapmamışdır. Bu mənada ayrı-ayrı ərazilər və
ya müəssisələr üçün əvvəl-cədən könüllü surətdə ekoloji sığorta
vəsaitinin toplanması daha məqsə-dəuyğun hesab edilir. Müəs
sisələr tərəfindən ətraf mühitin çirklənməsi, iqtisadi zərərin və
qəzaların həcminə görə 3 qrupa ayırmaq olar:
1) xüsusi təhlükəli - qrup “A” - burada daha çox qəzalara
məruz qala bilən müəssisələr məcburi sığortalanmalıdır;
2) təhlükəli - qrup “B” - mütləq sığortalanma qərarı
regional təbiəti mühafizə orqanları tərəfindən aparılır;
3)
az təhlükəli - qrup “C” - müəssisələr ekoloji qəza təh
lükəsini könüllülük əsasında sığortalayır.
Beləliklə, ekoloji təhlükəsizliyin təmin olunması gələcək
də təbiəti mühafizə tədbirlərinin elmi- metodiki və normativ-
hüquqi qanunlar əsasında ekoloji sığorta sisteminin yaradıl
masını tələb edir.
303
|