deyilir. Mineral xammalın keyfiyyəti onun tərkibində olan fay
dalı komponentlərin miqdarı ilə müəyyən edilir. Bəzi faydalı
komponentlərlə yanaşı mineral xammalda iştirak edən zərərli
komponentlərin də miqdarını müəyyən etmək lazım gəlir.
Zərərli komponentlər filizlərin zənginləşdirilməsinə və istifa
dəsinə sözsüz ki, mənfi təsir göstərir və ətraf mühitə ziyan
vurur.
Faydalı qazıntı yatağını istismar etmək məqsədilə mineral
xammalın minimum ehtiyatını, faydalı komponentlərin və nə
hayət, zərərli komponentlərin istismara xələl gətirməyən miq
darını müəyyən etmək lazımdır. Bu, sənaye kondisiyası ad
lanır. Kondisiya müvəqqəti kateqoriyadır. O, sənayenin mine
ral xammala olan tələbatından, xammal bazasının ölkə üzrə eh
tiyatından və bu kimi səbəblərdən asılı olaraq dəyişə bilər.
Kondisiya sənaye üçün əlverişli olan ən kiçik göstəricidir. Kon
disiya göstəricilərinə əsasən kəşfiyyat zamanı faydalı qazıntı
218
yataqlarını sənaye əhəmiyyətli və hazırda sənaye əhəmiyyətli
olmayan qruplara bölürlər.
Faydalı qazıntı yataqlarının kəşfi, onların çıxarılması və
zınginləşdirilməsi ilə məşğul olan sənaye sahələrinə mədən
sənayesi deyilir.
Faydalı qazıntılar sırasında ən başlca yer mineral yanacaq
ehtiyatlarına məxsusdur. Mineral resurslar filiz (metallar) və
qeyri-filiz növlərinə bölünür. Qeyri-filizlər yanacaq, kimyəvi
və tikinti xammalından ibarətdir. Hər il mineral resursların
istehlakı 5% artır.
Faydalı qazıntıların yerləşməsi geoloji qanunauyğunluğa
tabedir. Yanacaq faydalı qazıntılar (neft, təbii qaz, kömür, torf,
şist), əsasən qədim platformaların kənar və daxili əyilmələri
(çökmələri) sahələrində cəmlənmişdir (İran və Mesika kör
fəzləri, Xəzər hövzəsi, Qərbi Sibir, Şimali Afrika, Şimal dənizi
və s.). Filiz faydalı qazıntılar platformaların qədim kristallik
qalxanlarında və geosinklinal - orogen qurşaqlarda, kimyəvi
xammallar (kükürd, fosforit, kalium duzları) və tikinti mate
rialları müxtəlif tektonik zonalarda geniş yayılmışdır.
Hazırda faydalı qazıntı yataqlarının axtarışı, istisman
dərininə (ehtiyatları tükənən Avropa ölkələri və ABŞ üçün
səciyyəvidir) və eninə (RF-nın Asiya hissəsi, Kanadanın şimalı,
Avstraliya, Braziliyanın Amazon hövzəsi, əksər İOÖ) isti
qamətində aparılır.
Mineral yanacaq ehtiyatları içərisində isə başlıca yeri
kömür tutur. Dünyada kömür ehtiyatı və istifadəsi 1924-cü ildə
yaradılmış və hazırda 80-dən çox ölkəni birləşdirən və dünya
nın enerji problemi ilə məşğul olan “Dünya Energetika Şurası”
sessiyalarında müzakirə edilir.
Dünyada 14,8 trln t o cümlədən, 9,4 trln t daş kömür, 5,4
trln t qonur kömür ehtiyatı vardır. Dünya kömür ehtiyatının
60%-ni daş kömür, 40%-ni qonur kömür təşkil edir. Kəşf edil
miş ehtiyatlar ümumi ehtiyatın cəmi 8%-nə qədərdir. Kömür
ehtiyatının 90%-dən çoxu Şimal yarımkürəsində cəmlənmişdir.
219
Kömür ehtiyatlarının 54%-i Asiyanın, 28%-i Şimali Ame
rikanın, 9%-i Avropanın payına düşür. Dünya ölkələri arasında
daha çox kömür ehtiyatına malik MDB, ABŞ və ÇXR-dır.
Ümumi ehtiyatın 80%-i bu dövlətlərin ərazisindədir. İnkişafda
olan ölkələrdən Hindistan, Latın Amerikasının bir çox ölkələri
də kömür ehtiyatına malikdir. Dünyanın 83 ölkəsində kömür
ehtiyatı kəşf edilmişdir. Dünyanın 10 iri kömür hövzələrinə
Tunqus, Lena, Kansk-Açinski, Kuzbas, Rur, Appalaç, Peçora,
Taymır, Qərb, Donbas aid edilir.
Mineral resurslardan neft və qaz yanacaq istehsalında xü
susi yer tutur. Neft (102 ölkədə) və qaz (85 ölkədə) ehtiyat
larının coğrafi yerləşməsi dünya dövlətlərinin həmişə maraq
dairəsində olmuşdur. Kömürdən fərqli olaraq maye və qaz ya
nacağının qiymətində hər il dəyişikliklər baş verir. Bu isə bəzi
ölkələrdə yanacaq ehtiyatlarının azalması, bəzilərində isə isteh
salın mürəkkəbliyi ilə izah olunur. Məsələn, 80-ci illərin
əvvəllərində neft ehtiyatı 95 mlrd t idisə, son illərdə bu rəqəm
800 mlrd t-dan çox hesablanmışdır.
Dünyada qaz ehtiyatlarının kəşfi 1980-1990-cı illərdə 35
trln m3, son illərdə isə 600 trln m3-ə çatmışdır. Yanacaq ehti
yatları kəşfinin belə göstəriciləri birinci növbədə yeni yataqlam
mənimsənilməsi, ikincisi isə ümumi geoloji ehtiyatların kəşf
olunub artıq istehsal astanasında dayanması ilə izah edilir. Nəti
cədə məlum olur ki, müasir dünya iqtisadiyyatında neft və qaza
olan tələbat daha üstündür. Geoloq-alimlər belə hesab edirlər ki,
neft və qaz yataqları 77 mln km2 sahəni, o cümlədən 48 mln
km2 qurunu, 29 mln km2 şelf zonasını əhatə edir.
Çoxsaylı neft (50 min) və qaz yataqları içərisində daha
əhəmiyyət kəsb edən nəhəng hövzələrdir. Həmin hövzələrin hər
birində neft ehtiyatı 500 mln t-a, hətta 1 mlrd t-a, qaz isə 1
trln.m3-ə bərabərdir. Dünyada 50-yə qədər belə iri hövzə vardır.
Onların yarıdan çoxu Yaxın Şərq ölkələrdində yerləşir. Dün
yada nəhəng qaz hövzələri 20-dən çoxdur ki, onlarda da ümumi
ehtiyatın 70%-i cəmlənmişdir. Bu növ hözələr əsasən MDB
ölkələri üçün də xarakterikdir.
Artıq isbat edilmişdir ki, dəniz dibində olan neft ehtiyat
lan Yer kürəsindəki neft ehtiyatlarının təxminən 50%-ni təşkil
edir. Dəniz və okeanların dibindən hər il 700 mln t neft çıxarılır,
bu isə dünyada istehsal edilən neftin təxminən 30%- i qədərdir.
Dənizin dibindən hər il 300 mlrd m3-dən artıq qaz çıxanlır və s.
Məlumdur ki, neft yataqlarının kəşfi və işlənməsi zamanı
kimyəvi birləşmələrin tətbiqi ilə aparılan müxtəlif əməliyyatlar
dənizi çirkləndirən mənbələr rolunu oynayır. Bu hal xüsusilə
quyuların qazılması prosesinə aid edilir. Quruda qazılan və
istismar olunan neft quyuları da torpağı çirkləndirən əsas mən-
bələrdəndir. Quyuların qazılması zamanı hər bir buruq sutka
ərzində 100-120 m3 su işlədir. Adətən quyu ətrafında kifayət
həcmdə gil, yağlayıcı maddələr, kimyəvi reagentlər, qazılmış
süxurlar və s. ilə çirklənmiş su yığnağına rast gəlmək olur. Bu
sular tullantı sulan adlandırılır. Neft və qaz quyularının istis
marı, təmiri, neft və qazın yığılması və nəqli zamanı ətraf mü
hitin çirklənməsi baş verir. Quyularm istismarı zamanı hasila
tın sabit sazlanması və ya artırılması üçün ardıcıl olaraq quyu
larda müxtəlif geoloji texniki tədbirlər həyata keçirilir. Bu əmə-
liyyatlann yerinə yetirilməsi zamanı da ətraf mühitin çirk
lənməsi baş verə bilər. Qeyd etmək lazımdır ki, ətraf mühitin
çirklənməsi yer üzərinə neftin təbii olaraq öz-özunə axması nə
ticəsində də baş verir. Bu hala Cənubi Kaliforniyada, Karib
dənizində, Meksika və İran körfəzlərində, Azərbaycan və
Komidə rast gəlmək olar.
Neft və qazın çıxarılması, hazırlanması, nəqli və saxlanıl
ması zamanı boru birləşmələrindən, siyirtmə və kipgəclərdən
sızma ətraf mühiti çirkləndirən potensial mənbə sayılır. Eləcə
də neft və qaz boru kəmərləri də ətraf mühitin çirkləndirilməsi
üçün təhlükəli sayılır. Müəyyən edilib ki, kəmərdən axan 2 t
neft 1000 m2 torpaq sahəsini əkinə yararsız edir.
220
221
Müşahidələr nəticəsində məlum olmuşdur ki, ümumiy
yətlə, faydalı qazıntıların istismarı və emalı zamanı hər il ətraf
mühitə milyardlarla ton bərk tullantı atılmasına baxmayaraq,
onlardan yalnız 10-12%-i istifadə olunur.
Yer kürəsində uran da geniş yayılmışdır. Onun potensial
ehtiyatı 10 mln t hesablanmışdır. Tərkibində 0,1% uran olan ya
taqların mənimsənilməsi iqtisadi cəhətdən səmərəli hesab olu
nur. 1 kq uran xammalının istehsalı 80 ABŞ dollarına başa gəlir.
Atom enerjisi üzrə beynəlxalq agentliyin məlumatına görə yu
xarıda göstərilən qiymətlə uzlaşan uran ehtiyatı 1,6 ml.t-a qə-
dərdir. Bu baxımdan, zəngin ehtiyata malik birinci yeddi dövlət
bunlardır: Avstraliya, CAR, Niger, Braziliya, Kanada, ABŞ və
Namibiya. Hesablamalara əsasən ümumi ehtiyatın 2/3-si Qərbin
inkişaf etmiş dövlətlərinin, 1/3-i isə inkişafda olan ölkələrin
payına düşür. MDB dövlətləri içərisində uran istehsalı və
ixracına görə Rusiya Federasiyası fərqlənir. Ümumiyyətlə,
dünyanın urana olan tələbatı tam ödənilir.
Litosfer nəinki mineral yanacaqlarla, eləcə də alternativ
enerji mənbəyi ilə, yəni geotermal enerji ilə zəngindir. Geo
termal enerji mənbələri iki tipə bölünür. Birinci tip yeraltı təbii
istilik mənbələrini - qaynar suları, buxar və ya buxar-su
qarışığını özündə birləşdirir. İsti sular və ya buxar birbaşa isti
fadə oluna bilən enerji mənbələridir. Əlverişli təbii şəraitdə
geotermal sistemlər, ənənəvi yolla alınan enerjidən 2,0-2.5 dəfə
ucuz başa gələn enerji istehsal etməyə imkan verər. Yaponiyada
XXI əsrin əvvəllərində geotermal elektrik stansiyasının
gücünün 50 mln kvt saat, ABŞ-da 400 mln kvt saata çatdırmaq
nəzərdə tutulmuşdur.
İkinci tip - dağ süxurlarının daxili istiliyidir. Həmin sü
xurlara böyük təzyiq altında su vurularsa onlardan alınan bu
xardan istilik enerjisi kimi də istifadə etmək olur.
Hər iki variantın istifadəsinin ümumi çatışmazlığı geoter-
mik enerjinin zəif konsentrasiyasından irəli gəlir. O ərazilərdə
ki, belə isti mənbələr yer səthinə yaxın yerləşir və temperaturu
222
30-40°C-ə bərabər olur, onlardan təsərrüfatda istifadə edilməsi
üçün şərait yaranır.
İsti su mənbələrindən istifadə olunması onların temperatu
rundan əsaslı surətdə asılıdır. Qeyd etmək lazımdır ki, geo
termal enerji dörd fərqləndirici xüsusiyyətə malikdir. Birinci, o,
tükənməyən sərvətlər qrupuna daxildir. Ötən əsrin 70-ci illə
rinin hesablamalarına əsasən 10 m dərinliyə qədər onların eh
tiyatı ənənəvi yanacaq ehtiyatlarından 3,5 min dəfə artqdır. Ona
görə də bəzi tədqiqatçılar hətta 5 km dərinlikdə belə geotermal
enerji ehtiyatlarının həddən artıq çox olduğunu göstərirlər, ikin
cisi, geotermal enerji mənbələri çox geniş yayılmışdır. Onun
yerləşməsi əsasən Yer kürəsi sahəsinin 1/10-ni əhatə edən aktiv
seysmik və vulkanik zona ilə əlaqədardır. Bu zona içərisində
daha perspektivli “geotermal rayonlar”, ayırmaq mümkündür.
Belə mənbələrə İslandiya, Rusiya (Kamçatka), ABŞ, İtaliya,
Meksika, Yeni Zelandiya qeyzerləri, Qafqaz və Krımın isti
suları misal ola bilər. İslandiyada geotermal resurslardan geniş
miqyasda istifadə edilir. Kamçatka, İslandiya, Yeni Zelandiya,
Yaponiyada geotermal elektrik stansiyaları (GeoES) fəaliyyət
göstərir. Təkcə keçmiş SSRİ-də 50-yə qədər yeraltı isti su
mənbələri aşkar edilmişdir. Üçüncüsü, geotermal enerji böyük
vəsait qoyuluşu tələb etmir. Çünki yer təkindən çıxan və ya çı
xarılan bu mənbələr artıq təbiət tərəfindən istifadəyə yararlı və
ziyyətə gətirilmişdir. Dördüncüsü, geotermal enerji ekoloji cə
hətdən tam zərərsiz olmaqla bərabər ətraf mühiti çirkləndirmir.
Torpaq resursları (fondu) təqribən Yer kürəsinin quru
hissəsinin sahəsinə bərabərdir. Torpaq fondunun yalnız 1/3 his
səsi kənd təsərrüfatına yararlıdır. Becərilən torpaq sahələri isə
ümumi torpaq fondunun 11%-ni təşkil edir və əsasən, meşə,
meşə-çöl, çöl zonalarında yerləşir. Otlaq və çəmənliklər ümu
mi torpaq fondunun 24%-ni, meşə və kolluqlar, az yararlı və
yararsız sahələr isə yerdə qalanını təşkil edir. Əkin üçün ya
rarsız sahələrə Antraktida, Qrenlandiya, ABŞ (Alyaska), Rusiya
223
və Kanadanın şimal, Böyük Səhra, Avstraliyanın daxili səh
raları, Amazon ovalığı və s. aiddir.
Dünya torpaq fondunun ümumi sahəsi 149 mln km2 və ya
14,9 mlrd ha-dır. Antraktida və Qrenlandiya sahələrini nəzərə
almasaq bu 135 mln kv km və ya 13,5 mlrd ha-a çatır. Ayrı-ayn
regionlar içərisində torpaq fondunun böyüklüyünə görə fərq
lənən ərazilər Afrika, MDB, Xarici Asiya, Şimali və Cənubi
Amerikadır.
Torpaq fondunun strukturu bir o qədər də əlverişli deyil
dir. Torpaq resurslarını mənimsəyən və ondan istifadə edən
insanlar planetimizin torpaq fondunun strukturuna təsir etmiş,
onu tədricən dəyişmişlər. Bu, ilk növbədə, əkilən torpaqların
genişlənməsi, otlaq və meşə sahələrinin sıxışdırılması ilə izah
olunur. Dünya torpaq fondunun 11%-i becərilir. MDB, Afrika
və Şimali Amerikada bu göstərici orta dünya səviyyəsində,
xarici Avropa və Okeaniyada qusmən yüksək səviyyə ilə xa
rakterizə olunur. Onu da qeyd etmək lazımdır ki, ABŞ (190 min
ha.), Hindistan (166 min ha), Rusiya Federasiyası (130 min ha),
ÇXR (93 min ha), Kanada (46 min ha), Qazaxıstan (35 min ha),
Ukrayna (34 min ha) daha çox becərilən torpaq sahələrinə ma
likdir.
Təbii çəmənlik və otlaq sahələri Xarici Avropa müstəsna
olmaqla bütün dünya regionlarında becərilən torpaqlardan
üstünlük təşkil edir və hətta Avstraliyada bu 10 dəfə artıqdır.
Həmçinin, MDB-də, Xarici Avropada, Şimali Amerikada meşə
otlaqları böyük sahələri, Cənubi Amerikada isə ərazinin təx
minən yarısını tutur. Yaşayış məntəqləri, sənaye və nəqliyyatın
altında olan torpaqlar həm dünya üzrə və həm də regionlar üzrə
1-2% arasında tərəddüd edir. Təkcə Xarici Avropa və Şimali
Amerikada bu göstərici bir qədər yüksəkdir.
Dünya torpaq fondunun başlıca problemi kənd təsərrüfa
tına yararlı torpaqların deqradasiyasıdır. Torpaqların deqradasi
yasına onların eroziyası, çirklənməsi, məhsuldarlığın azalması,
şoranlaşma, bataqlaşma, yaşayış məntəqələri və s. aid edilir.
224
Bəzi hesablamalara görə bəşəriyyət artıq buna görə 2 mlrd ha
məhsuldar torpaq sahəsini itirmişdir. Təkcə eroziya səbəbindən
nəinki geridə qalmış, hətta geniş torpaqlara malik iqtisadi
cəhətdən inkişaf etmiş ölkələrdə 607 mln ha kənd təsərrüfatı
torpaqları dövriyyədən çıxmışdır. Şoranlaşma və bataqlaşma
səbəbindən isə hər il 15 mln ha torpaqlar yararsız vəziyyətə
düşür.
Göstərilən neqativ hallar adambaşına düşən becərilən tor
paq sahələrinin kəskin azalmasına səbəb olur.
Ümumiyyətlə, dünya üzrə bu göstərici yüksək olaraq indi
də qalmaqdadır. ÇXR və Misirdə bu göstərici (müvafiq olaraq
0,09 və 0,05 ha) daha kəskin şəkil almışdır.
Bir çox ölkələrdə torpaq fondunun saxlanılması və onun
strukturunun yaxşılaşdırılması üçün müəyyən tədbirlər görülür.
Regional və qlobal aspektdə bu tədbirlərin həlli BMT ixtisas
laşmış orqanlarında - YUNESKO-nun təhsil, elm və mədəniy
yət bölmələrində, eləcə də ərzaq və kənd təsərrüfatı təşkilatla
rında araşdırılır.
Dünyanın quru hissəsinin 55%-nin mənimsənilməsinə
baxmayaraq torpaq resurslarının çatışmazlığı hər yerdə nəzərə
çarpır. Torpaq çatışmazlığının aradan qaldırılmasının ən mü
nasib yolu yeni ərazilərin mənimsənilməsidir. Lakin bu çox
böyük vəsait tələb edir. Ərazisi böyük olan ölkələrdə yeni tor
paqlardan istifadə etmək münasibdir. Məsələn, Kanada, Av-
starliya, Braziliya və s. ölkələrdə olduğu kimi.
Mənimsənilməsi çox da xərc tələb etməyən torpaq eh
tiyatları dünyanın quru hissəsinin təxminən 6%-ni, mənimsə
nilməsi olduqca böyük vəsait tələb edən sahələr isə 25% təşkil
edir.
Şumluq torpaqların azalmasının qarşısını almaq üçün
əkinçilik mədəniyyətini yüksəltmək, rekultivasiya işlərini ge
nişləndirmək, çoxmərtəbəli binalar tikmək, sahil ölkələrdə süni
ada-şəhərlər salmaq və s. tədbirləri həyata keçirmək lazımdır.
Məsələn, Niderlandın sahəsi Şimal dənizinin şelf zonasının
225
hesabına 1927-ci ildən bəri 40% artmışdır. Buna bənzər işlər
Yaponiya, Belçika, Fransa, Sinqapur, Bəhreyn, Qatar və s.
ölkələrdə aparılır.
Səhralaşma ekoloji problem kimi Yer kürəsində hələ in
san cəmiyyətinin formalaşdığı dövrdən əvvəl də mövcud ol
muşdur. Hal-hazırda dünyanın 1/3-ni tutan arid qurşaqda 8 mln
km2 sahəni səhralar tutur. Şimali Afrika və Asiyanın səhraları
11 min km məsafədə uzanan vahid enli zonanı təşkil edir. Bu
sahənin yarıya qədəri dünyanın böyük səhrası sayılan Saxaranm
payına düşür. Həmin zonaya 300 mln ha sahəni tutan (ərazinin
15%) MDB-nin arid sahəsi də daxildir.
Hazırda da məhsuldar torpaqların səhralara çevrilməsi
prosesi davam edir. Səhralaşmanın davam etməsinin başlıca
amillərindən biri insan fəaliyyətidir. Antropogen təsirə ilk növ
bədə, meşələrin qırılması, torpaqlardan düzgün istifadə edilmə
məsi, heyvandarlıqda torpaqlardan səmərəsiz istifadə olunması
və s. daxildir. Demək olar ki, Mərkəzi Avropada 1 ha məh
suldar otlaq 3-5 ev heyvanının yemlənməsinə xidmət etdiyi
halda, Səudiyyə Ərəbistanında 50-60 ha səhra otlaqları 1 hey
vanın yemlənməsinə xidmət edir.
Alimlər hesablamışlar ki, antropogen təsirdən yaranmış
səhralar 9 mln km2-ə (900 mln ha) çatmış və planetin torpaq
fondunun 6,7%-ni təşkil edir. Bundan başqa, 60 ölkənin ərazi
sini tutan 30-40 mln km2 sahə səhralaşma təhlükəsi qarşı
sındadır. Ona görə də səhralaşma prosesi dünyanın qlobal prob
lemlərindən biri hesab olunur. Dünyanın arid və yarim arid
rayonlarında 850 mln nəfərdən çox əhali məskunlaşmışdır.
Yer kürəsinin su balansının qiymətləndirilməsi, su təmi
natı, suya təlabat, su problemlərinin həlli bir çox coğrafi
tədqiqatlarda xüsusi yer tutmuşdur.
Su resursları. Su coğrafi təbəqədə ən geniş yayılmış
komponent olsa da, onun cəmi 3%-i (daha dəqiq 2,53%) içmək
üçün yararlı şirin sudur. Şirin su ehtiyatının əksər hissəsi is
tifadə üçün əlçatmaz buzlaqlardadır (Antarktida, Qrenlandiya).
226
Çaylarda toplanan içməli su qeyri-bərabət paylanmışdır. Əha
linin daha çox məskunlaşdığı kənd təsərrüfatı və sənaye böl
gələrində şirin su ehtiyatının 40%-dən azı yerləşir. Qurunun
1/3-ni tutan arid zonalar içməli sudan daha çox korluq çəkirlər.
Soyuq şimal və rütubətli ekvatorial ərazilərdə isə su istifadə
olunmadan okeana axır.
Hesablamalara görə Yer kürəsinin ümumi su ehtiyatı
1386 mln km3-dir. Şirin səth sularının həcmi 35 mln km3 həc
mində qiymətləndirilir. Hər nəfərə dünyada 230 mln m3 su dü
şür. Lakin, ümumi ehtiyatın 96,4%-i Dünya okeanının duzlu
sularının payına düşdüyü üçün su problemi həmişə mövcud
olub və yenə də mövcuddur. Hazırda dünyanın bir çox ölkələ
rində, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə su ilə
təmin olunmada kəskin və mühüm sosial-iqtisadi problemlər
vardır. İndi əsrin əvvəlinə nisbətən sənaye və kənd təsərrüfa
tında daha çox su işlədilir. Suyun tükənməyən sərvətlərə aid
edilməsinə baxmayaraq o, dünyada qeyri-bərabər paylanmışdır.
Çay axınları ayrı-ayrı regionlar üzrə - Avropa -3110,
Asiya -13190, Afrika- 4225, Şimali Amerika - 5960, Cənubi
Amerika-10380, Avstraliya -1965 km3/il təşkil edir. Ölkə üzrə
axım göstəricilərinə görə birinci yeri ərazisində dünyanın ən
böyük çayı olan Braziliya tutur (10 min km3).
İkinci yeri (4,7 min km3) MDB dövlətləri tutur. Bunların
içərisində Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan və Ta
cikistan adambaşına düşən su ehtiyatına görə fərqlənir.
İstehlakçının suya təlabatınm göstəricilərini də müəyyən
ləşdirmək çox vacib məsələdir. Dünyada suyun əsas istehlakçısı
kənd təsərrüfatı olmuş və yenə də qalmaqdadır (70%). İkinci
yeri sənaye (20%), üçüncü yeri məişət təsərrüfatı (10%) tutur.
Əsrimizin sonunda sürətlə inkişaf edən şəhərlərin, sə
nayenin və kənd təsərrüfatının su təminatı müəyyən texniki-iq
tisadi və ekoloji çətinliklərlə rastlaşır. Təbii resursların çirklən
məsinin əsas mənbələri qara və əlvan metallurgiya müəssi
sələri, kimya, neft, qaz, daş kömür, sellüloz-kağız sənayeləri,
227
kənd təsərrüfatı (əkinçilik və intensiv heyvandarlıq) və kom
munal təsərrüfatı hesab olunur.
Dünyada xəstəliklərin 80%-i içməli suyun kifayət qədər
keyfiyyətli olmaması ilə bağlıdır. Su mühitinin deqredasiyası
geniş vüsət almışdır. Hazırda dünya əhalisinin 1,4 mlrd nəfəri
məişətdə çirklənmiş sudan istifadə etdiyindən epidemik xəs
təliklərlə xəstələnir.
Təbii suların əsas çirkləndirici göstəriciləri aşağıda
kılardır:
- Oksigenin biokimyəvi sərfi göstəricisi. Göstərici çox
olduqda çirkləndirici maddələr də daha çox olur və suyun key
fiyyəti bir o qədər pisləşir.
- Suda mikroorqanizmlərin olması. Onun göstəricisi ba
ğırsaq bakteriyaları (kalititr) miqdarıdır.
- Suda ammonyakın, nitratların , nitritlərin, neft və neft
məhsullarının, fenolun, sintetik səthi-aktiv maddələrin, ağır
metalların miqdarı və s.
Rio-de-Janeyroda (iyun, 1991) BMT-nin konfransında
əhalinin keyfiyyətli içməli su ilə təmin olunması problemi
bəşəriyyətin dayanıqlı inkişaf strategiyasında hakim mövqe
təyin olundu. Təbiətin mühafizəsi strategiyasında qeyd edilir ki,
planetar miqyasda bəşəriyyətin sağlamlığı istifadə olunan şirin
suyun keyfiyyətindən asılıdır.
Bir çox ölkələrin iri şəhərləri üçün “su aclığı” artıq xarak
terikdir. Məsələn, Mexico, Paris, Tokio, Nyu-York, Qahirə və s.
şəhərlərdə “su qıtlığı” mühüm problemə çevrilmişdir. Səna
yenin kənd təsərrüfatının inkişafı, əhalinin sayının artımı su is-
tehlakım artırır, başqa bir tərəfdən, hidrosferin çirklənməsi “su
aclığı” problemi yaradır. Bu problemin həlli yollar:
- sudan qənaətlə istifadə, çirkab (işlənmiş) suların su höv
zələrinə axıdılmasının qarşısının alınması;
- dəniz suyunun şirinləşdirilməsi (Səudiyyə Ərəbistanı.
BƏƏ, Küveyt, Bəhreyn, Türkmənistan, Qazaxıstan, Yaponiya,
Avstraliya İttifaqı və s.);
- çay sularının bir bölgədən digərinə yönəldilməsi;
- aysberqlərdən istifadə edilməsi;
- su anbarlarının tikilməsi;
- sənaye və energetikada qapalı su dövriyyəsinin
yaradılması və s.
İnsanın gündəlik su tələbatı minimum 2 1-dır. Sənaye və
məişət tələbatı daxil olmaqla İEÖ-də sutkalıq su istehlakı 200-
300 1-dir (iri şəhərlərdə 400-500).
Dünyada mövcud olan su anbarlarının sayı 16 min,
onların ümumi sahəsi 400000 km2-dir.
Regionların su təminatının yaxşılaşdırılması üçün su
anbarlarının tikintisi böyük əhəmiyyət kəsb edir. Su anbar
larının tikilməsi, əsasən İkinci Dünya müharibəsindən sonra
daha da artmışdır. Dünyada təkcə son 30 ildə su anbarlarının
sayı 4 dəfə, ümumi həcmi isə 10 dəfədən çox artmışdır (o cüm
lədən, Latın Amerikası ölkələri, Asiya və Afrikada 35-90 dəfə).
Hal-hazırda planetimizdə 60 mindən çox su anbarları istifadəyə
verilmişdir.
Üç kateqoriyadan ibarət müəyyən olunmuş hidroenerji
potensialı mövcuddur (nəzəri, texniki və iqtisadi).
Nəzəri potensialı müəyyən etmək üçün bütün yerüstü
axım hesablanır - 46 min km3/il. Nəzərə alsaq ki, qurunun orta
hündürlüyü 800 m-dir, onda ümumi hidropotensial 1,0 mlrd.kvt
gücündə və elektrik enerjisinin illik hasilatı 50 trln kVt/saatdan
çox təşkil edər. Son qiymətləndirməyə görə texniki potensial 20
trln kVt/saatdan artıqdır.
İqtisadi potensial texniki potensialın iqtisadi cəhətdən
səmərəli hesab olunub istifadə edilən hissəsidir. Onun göstəri
cisi ilə texniki potensialdan təqribən 5 dəfə az olmaqla 10 trln
kVt/saatdan az deyildir.
İqtisadi potensialın miqyasına görə dünyanın iri regionları
- Xarici Asiya, Latın Amerikası, Şimali Amerika, MDB, Xarici
Avropa, Avstraliya və Okeaniya göstərilən qaydada sıralan
mışdır.
228
229
Ayrı-ayrı dövlətlər üzrə iqtisadi hidropotensiala görə XXI
əsrin əvvəllərində 6 ölkə fərqlənmişdir. Bunlar ÇXR, MDB.
ABŞ, Zair, Kanada və Braziliyadır. Daha sonra buraya Hin
distan, Peru, Kolumbiya, İsveç, Norveç, Fransa, İtaliya, İsveçrə
və s. dövlətləri əlavə etmək olar. Dövlətlərdə iqtisadi hidropo-
tensialdan müxtəlif səviyyədə istifadə olunur. Məsələn, İsveç.
Norveç, Fransada artıq 80%-dən çox, İtaliya və Yaponiyada -
70%, Kanadada - 60%, ABŞ-da - 50% olduğu halda Hindis
tanda 12%, ÇXR - 8%, Zair, Kolumbiya və Peruda 1%-dən
azdır.
Bioloji ehtiyatdan hazırda dünyada 500 mindən çox bitki
növü, o cümlədən 30 mindən artıq ağac və kol növləri mə
lumdur. Bitki resurslarının arasında meşələrin böyük əhəmiy
yəti var. Meşələr bərpa olunan resurslardır. 385 mlrd oduncaq
ehtiyatından minlərlə müxtəlif adda məmulatlar istehsal edilir.
Meşə oksigeni bərpa edir, yeraltı suları və torpağın məhsuldar
lığını qoruyur. Meşə xammalından müxtəlif məhsullar (kağız,
mebel, faner, tikinti materialları və s.) əldə olunur. Meşə re
surslarının qiymətləndirilməsində oduncaq ehtiyatı mühüm rol
oynayır. Oduncaq ehtiyatına görə Asiya, Şimali və Cənubi
Amerika fərqlənir. Ayrı-ayrı ölkələr arasında Rusiya, Kanada.
Braziliya, ABŞ əsas yer tutur.
Dünyanın meşə sahəsi iki qurşaqda: şimal və cənub qur
şaqlarında yerləşir. Şimal meşə qurşağının sahəsi təxminən 2
mlrd ha-dır. Bu qurşaqda ən böyük meşə sahələri RF, Kanada.
ABŞ ərazilərindədir. Bunlardan 67%-i iynəyarpaqlı, 33%-i en-
liyarpaqlı meşələrdir. Şimal qurşağında yerləşən meşələrdə
ağac növləri nisbətən azlıq təşkil edir. Xarici Avropa meşə
lərində 250 ağac və kol növü qeydə alınmışdır.
Şimal qurşağı meşələri keçmişdə intensiv istifadəyə mə
ruz qalmışdır. Qərbi Avropadada XVIII-XIX, ABŞ-da XX əsrin
əvvəllərində gedən bu proses sonralar qismən, hazırda isə tanı
stabilləşmişdir.
Cənub meşə qurşağının da sahəsi 2 mlrd ha təşkil edir və
onun 97%-i enliyarpaqlı meşələrdir. Sahənin təxminən yarısını
yüksək sıxlığa malik meşələr tutur. Cənubda yerləşən tropik
meşələr Afrikada, Latın Amerikasında, Asiya dövlətində yer
ləşmişdir. Tropik meşələrin %-ü 10 dövlətin - Braziliya, İn
doneziya, Zair, Peru, Kolumbiya, Hindistan, Boliviya, Papua-
Yeni Qvineya, Venesuela ərazisindədir. Bu meşələrdə 5000
növə qədər ağac və 20000-ə qədər bitki növü müəyyənləş
dirilmişdir.
Bununla bərabər son 20 ildə tropik meşələrə böyük ziyan
vurulmuşdur. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatlarının
məlumatına görə 1980-cı ildə 11 mln ha, 90-cı illərin sonunda
17 mln ha tropik meşə sahəsi məhv edilib. Cənub meşə qur
şağında bu proses üç əsas səbəblə səciyyələnir.
Birincisi, şəhər və nəqliyyat ehtiyatları üçün həmin tor
paqların təmizlənib, yararlı vəziyyətə gətirilməsi, ikinci odun
caqların yanacaq kimi işlədilməsidir. BMT-nin məlumatına
görə inkişafda olan ölkələrin 70%-i onlardan binaların qızdırıl-
masında istifadə edirlər. Hətta, Afrikada, habelə Nepal, Haiti
kimi tropik ölkələrdə bu 90%-ə çatır. 70-ci illərdə dünya baza
rında neftin qiymətinin bahalaşmasi ilə əlaqədar Afrika və
Cənubi Asiyanın nəinki meşə əhatəsində olaıı şəhərlərində,
hətta kənar şəhərlərdə odundan istifadə artmışdır. 1980-cı ildə
inkişafda olan ölkələrin oduncaq çatışmayan regionlarında 1,2
mlrd əhali yaşayırdısa, 2011-ci ilin sonuna bunun 2,4 mlrd-a
çatması ehtimal olunur.
Üçüncü səbəb - Asiya, Afrika və Latın Amerikasının tro
pik ölkələrində xammalın kağz-sellüloz sənayesinin inkişafı
üçün Yaponiya, Qərbi Avropa və ABŞ-a ixrac edilməsidir.
Hazırda yer səthinin 1/3 hissəsini meşəliklər tutmuşdur.
Əvvəllər bu 75 mlrd ha-dan az olmamışdır. Hələlik antropogen
təsirə az məruz qalan meşə sahəsinə Rusiyada, Kanadada,
Amazonkada təsadüf edilir və bu cəmi 15 mlrd ha hesablanır.
Yalnız 1850-1980-ci illər ərazində dünyanın meşə örtüyü 15%
231
230
azalmışdır. Xarici Avropada VII əsrdə meşə örtüyü ərazinin
80%-ni tutduğu halda hazırda 32%, Rusiya düzənliyində XVIII
əsrdə 55% olduğu halda, indi 30% təşkil edir. Bu hal ABŞ,
Kanada, Hindistan, Çin, Braziliya və Afrika dövlətlərində də
intensiv getmişdir, indi də bu vəziyyət yüksək templə get
diyindən hər il dünyada 20 mln ha-dan artıq meşə örtüyü məhv
edilir. Bunun əsas səbəbi əkinçilik, otlaq, ağac emalından iba
rətdir. Tropik meşələrin kəsilmə intensivliyi onların bərpa in
tensivliyindən 15 dəfə sürətlə gedir. Əgər bu situasiya belə
davam edərsə, 50-60 ildən sonra tropik meşələr tamam məhv
olar. Xatırlatmaq lazımdır ki. Yer kürəsinin malik olduğu
floranın (500000) və faunanın (1500000) yarıdan çoxu əsas ok
sigen mənbəyi olan bu meşələrin payına düşdüyündən, tropik
meşələrin belə istifadəsi Qlobal Ekoloji sistemin deqredasiya-
sından fikir söyləməyə imkan verir. Ətraf mühitin mühafizəsi
ilə bağlı beynəlxalq təşkilatlar (YUNEP, “Qrinpis”) tropik öl
kələrin borclarının bir hissəsini ödəməklə meşələrin qırılma
sının qarşısını almağa çalışır. Avropada “turşulu yağlarla” me
şələrin quruması (AFR, İsveçrə, İngiltərə,Avstriya) baş verir.
Meşə bərpa olunan resurs olduğuna görə onun sahəsini artırmaq
və yeni meşələr salmaq mümkündür. Səudiyyə Ərəbistanı,
BƏƏ və s. ölkələrdə süni meşələr yaradılır.
Dünya okeanının resursları. Dünya əhalisinin sürətli ar
tımı və onun tələbatının yüksəldilməsi Dünya okeanını iqtisadi
fəaliyyətə cəlb edir. Okeanın əsas sərvəti onun suyudur. Dünya
əhalisinin 1/3-i “su qıtlığı” çəkir, odur ki, dəniz suyunun şirin-
ləşdirilib istifadə edilməsi vacibdir. Okeanın bioloji resursları
əhalinin qidasında getdikcə daha mühüm rol oynayır və bəşə
riyyətin heyvan zülalına olan tələbatının 20%-ni ödəyir. Son
dövrlərdə bir çox ölkələrdə dəniz süni vətəgələr - marikultur -
yaradılır. Həm dəniz, həm də şirin su hövzələrində canlıların
yerləşdirilməsi (artırılması) akvakultur adlanır (Yaponiya.
ABŞ, Hindistan, Filippin, Fransa fərqlənir). Dünya okeanının
bioloji məhsuldar sahələri okeanın 15-20%-ni tutan şelf zo-
232
nalarıdır. Məhsuldarlığına görə Berinq, Oxot, Yapon dənizləri,
qiymətli balıq növlərinə görə Xəzər dənizi fərqlənir.
Dünya okeanının mineral ehtiyatları iki hissədə - onun
suyunda və dibində olan resurslara ayrılır. Dəniz suyunun baş
lıca resurslarından biri xörək duzudur ki, 0,1 km3 suda 20 mln t
miqdanndadır. Əgər dəniz sularırm duzunu tamam ayırıb, yer
səthinə yaymaq mümkün olsaydı, onda 150 m qalınlığında duz
təbəqəsi əmələ gələrdi.
Dəniz suyunun buxarlanması yolu ilə duz alınmasını çin
lilər hələ 4 min il əvvəl öyrənmişlər. Hazırda Çində duzun 1/3-i
bu üsulla istehsal olunur. Yaponiya da bu sahədə daha çox fərq
lənir. 1 t duz almaq üçün təqribən 120 mln t suyu buxarlan
dırmaq lazımdır.
Mühüm resurslardan biri də maqneziumdur. 1 km3 suda
9,5 mln t maqnezium vardır. Bu xammalın dəniz suyundan
alınması qurudakı istehsalından ucuz başa gəlir. Onun alınma
texnologiyası XX əsrin 40-cı illərində öyrənilmiş və hazırda
dünyada maqnezium istehsalının 40%-i bu üsulla əldə olunur.
Bundan başqa, hər km3 dəniz suyunun tərkibində kükürd,
brom, alüminium, uran, gümüş və qızıl vardır. Hazırda brom
xammalının əsas istehsal mənbəyi dəniz suyu sayılır. Dünya
okeanında qızılın ehtiyatı 10 mln t hesablanmışdır ki, bu quruda
olan ehtiyatdan dəfələrlə artıqdır.
Həmçinin, Dünya okeanının resurslarını, onun şelf zo
nasında və dərinliklərində yerləşən resurslara ayırmaq olur. Şelf
zonasının ən başlıca resursu neft və qaz ehtiyatlarıdır. Dəniz
faydalı qazıntı hasilatından gələn gəlirin 90%-i neft və qazın
payına düşür. Şelf zonasında neft ehtiyatları 120-150 mlrd t
hesablanmışdır.
Şelf zonasının faydalı qazıntılarını üç tipə bölmək olar:
birinci - dəmir filizi, mis, nikel, qalay, civə və s. Bu yataqlar
sahildən uzanan təbii və yaxud süni adaların köməyi əsasında
milli istehsal üsulu ilə mənimsənilir. Bəzən belə yataqlar 10-20
km sahildən aralı 2 km dəniz dibi süxurları altına qədər davam
233
edir. Böyük Britaniya, Kanada, Yaponiyada belə sualtı şaxtalar
vardır.
İkinci - dəniz sahillərində səpələnmiş sərvətlər. Məsələn,
İndoneziya, Tailand və Malayziyanın şelf zonasında qalay,
Avstraliya sahillərində sirkonu, Namibiya sahillərində almazı,
ABŞ sahillərində sirkonu, qızılı, Baltik dənizi sahillərində
kəhrəba və s.-ni göstərə bilərik.
Üçüncü - şelf zonasının daha dərin yerlərində, materik
ətəklərində cəmlənmiş fosforit yataqlarıdır. Bu. ən çox Sakit
Okeanda aşkar edilmişdir. Məlum olmuşdur ki, şelf sahəsinin
fosforit ehtiyatının 1/100 hissəsi bir neçə on illər fosfor güb
rəsində olan tələbatı ödəyə bilər. Lakin hələlik heç bir ölkədə
onun sənaye istehsalı təşkil olunmamışdır.
Dünya okeanının sərvətlərinə, eləcə də batmış gəmiləri
aid edirlər. Okeanoloqlar tərəfindən Dünya okeanında 1 mln-a
qədər gəminin batdığı hesablanmışdır. Belə tapıntılar daha çox
Atlantik okeanı hövzəsində aşkar edilmişdir. Bu, əsasən uzun
tarixi dövr ərzində Avropaya böyük miqdarda qızıl, gümüş və s.
sərvətlər aparan gəmilərin tufan və qasırğalar zamanı məhv
olması, batması ilə əlaqədardır. Son zamanlar müasir texni
kanın köməyi ilə okeanın dibində onlarla gəmilər tapılmış və
külli miqdarda xəzinə əldə edilmişdir.
1985-ci ildə amerikalılar 1912-ci ildə batmış “Titanik"
gəmisini tapmış və onun seyflərində milyard dollarlıq xəzinənin,
o cümlənin 26 min gümüş podnos və boşqabın olduğunu müəy
yən etmişlər. Bu yaxınlarda 4 km dərinlikdəki əşyaların sudan
çıxarılmasına nail olmuşlar.
Digər tərəfdən II Dünya müharibəsi illərində Murmansk
dan İngiltərəyə gedən “Edinburq” kravserində tərəfdaşların
hərbi sursatlarının ödənilməsi məqsədilə 465 qızıl külçə aparıl
mışdır. Krayser Barents dənizinin almaz sualtı gəmilərinin
hücumuna məruz qalmış və zədələnmişdir. Qızılın başqa əllər?
keçməməsi üçün gəminin batırılması əmri verilmişdir. 40 ildən
sonra 260 m dərinlikdəki gəmi tapılmış və qızıllar çıxarılmışdır.
234
Dünya okeanının enerji resursları tükənməzdir. Fran
sada XII əsrdə qabarma-çəkilmədən istifadə edərək dəyirman
tikilmişdir. İndi QES (Qabarma eletkrik stansiyaları) tikmək
üçün əlverişli ərazilər Rusiyanın Ağ dəniz, Barens və Oxot
dənizi sahilləri, Hindistanın Ərəbistan dənizi sahilləri, Fran
sanın La-Manş, İngiltərənin Bristol, Kanadanın Fandi körfəzi
sahilləridir. Fransa, Rusiya, Kanada, ABŞ, İngiltərədə ilk QES-
lər tikilmişdir.
Dünya okeanı istehsal və istehlak tullantılarından çirklənir.
Dəniz və okeanların ekoloji vəziyyətinə təsir göstərən
amillər bunlardır:
1)
Dənizlərin hidroloji rejiminin dəyişməsinə ora tökülən
çayların hövzəsində insan fəaliyyəti böyük təsir göstərir. Çay
hövzlərində insan fəaliyyəti (əkin sahələrinin artması, suvarma
sisteminin qurulması, meşələrin məhv edilməsi, gübrələrdən
istifadə və s.) çayların hidroloji rejiminə və oradan da dəniz
lərin, xüsusilə qapalı dənizlərin rejiminə təsir göstərir.
2)
Sahil zolaqlarda torpaqların istifadəsi - burada əsas
çirkləndirici sahələr limanlardır. Bura çirkli sular gəmilərdən
düşür, şəhər ərazisindən axır, çay gətirmələri ilə daxil olur.
3)
Sahil zonadan dənizə çirkab suların axıdılması - burada
əsas çirkləndiricilər mikroorqanizmlər, üzvi maddələr, sintetik
üzvi maddələr, ağır metallar, neft məhsulları və s. hesab olunur.
Sənaye tullantıları və təmizləyici qurğuların çöküntü
lərinin dənizə atılması isə xüsusi problem sayılır. Bu maddələr
olduqca zəhərlidir, onların dənizə atılması olduqca təhlükəlidir
(Məsələn, Böyük Britaniya tərəfindən İrlandiya dənizində,
Fransa tərəfindən isə Şimal dənizində radioaktiv tullantılar bas
dırılmışdır və s.).
Dünya Okeanı da fiziki çirklənməyə məruz qalır. Ra
dioaktiv məhsullar Okeana nüvə silahlarını sınaqdan keçirdiyi,
həmçinin, xüsusi kanteynerlərdə radioaktiv tullantıların atılması
və onların zədələnməsi zamanı baş verərək suda olduqca böyük
əraziləri əhatə edir.
235
Okeanın istilik çirklənməsi də təhlükəlidir. Elektrik stan
siyaları və digər mənbələrdən atılan isti sular sahilyanı eko
sistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin
hesablamalarına görə, hər 8-10 il müddətində okena atılan isti
suların həcmi 2 dəfə artır.
Okeanların ən zəhərli kimyəvi çirkləndiriciləri neft və
neft məhsullan hesab olunur. Hər il dəniz və okeanlara 6-10
mln t neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma
işləri zamanı neft sızması nəticəsində çirklənir. Dünya okea
nının antropogen çirklənməsinin təxminən yarısı gəmiçiliyin
payına düşür. Təkcə 1970-1985-ci illər ərzində dünyada 169
böyük tanker qəzası və 17000 t II dərəcəli neftin axması qeydə
alınmışdır (Məsələn, “Amoko-Kadis” tankerinin Fransanın sa
hillərində batması nəticəsində 220 min t neft okeana bura
xılmışdır və s.).
İqlim və kosmik resurslara oksigen, hidrogen, külək və
günəş enerjisi resursları aiddir. Kənd təsərrüfatında istifadəsinə
görə aqroiqlim - istilik, işıq-iqlim resuslarının xüsusi növünü
əmələ gətirir, iqlim resursları həm də rekreasiya (istirahət, müa-
licə-balneoloji, turizm) resurslarının əsas elementlərindəndir.
Eyni ədəbiyyatlarda günəş enerjisi müxtəlif kəmiyyət
göstəricilərinə görə qiymətləndirilir. Daha doğrusu, o müxtəlif
göstəricilərlə ölçülür - (coulla
1 , 5
x
1 0 2 2 -
c
,
kilokalori ilə -
134x1019 kkal və kilovatla - 178,6x1012 kVt). Qeyd etmək la
zımdır ki, il ərzində Yer səthinə l,56xl018 kVt saat günəş
enerjinin daxil olur. Lakin həmin enerjisinin atmosferdə əks
olunuduğu üçün yandan çoxu yer səthinə çatmır. Nəticədə quru
və okean səthinə 1014 kVt və ya 105 mlrd kVt saat radiasiya gə
lib çatır (quru və okean səthinin 1 km2-nə 0,16 kVt). Əlbəttə,
bu enerjinin çox cuzi hissəsi praktik cəhətdən istifadə oluna
bilər. Bunun əsas səbəblərindən biri günəş eneıjisinin zəif sıx
lığla malik olmasıdır. Sübut olunmuşdur ki, yüksək enliklərdə
günəş enerjisinin sıxlığı 80-130 Vt/m2, mülayim qurşaqda 130-
210, tropik səhralarda 210-250 Vt/m2-dir. Bu, o deməkdir ki.
236
inkişafda ola Ölkələrdə günəş enerjisindən istifadə üçün əsaslı
şərait vardır. MDB ölkələrində belə şəraitdə təqribən 130 mln
nəfər, o cümlədən 60 mln kənd əhalisi yaşayır.
Küləyin enerji potensialı da müxtəlif cür qiymətləndirilir.
1989-cu ildə MİRƏK-in 14-cü sessiyasında bu potensial 300
mlrd kVt/saat hesablanmışdır. Lakin bu ehtiyatdan texniki isti
fadəyə cəm 1,5% yararlıdır. Başlıca maneə külək enerjisinin
dağmıqlı və mütəmadi olmamasıdır. Lakin Yer kürəsində elə
ərazilər vardır ki, orada küləklər güclü və uzunmüddətli əsir.
Belə rayonlardan Şimal Baltik və Adriatik dənizlərinin sahil
lərini misal göstərmək olar.
Atmosferin əsas resurslanndan biri də tükənməyən sər
vətlər qrupuna aid edilən havadır. Məlumdur ki, XIX əsrin or
talarına qədər atmosferdə olan oksigen nisbətən stabil idi. Son-
ralar müxtəlif üzvi yanacaqların yanması və texnoloji pro
seslərin genişlənməsi ilə əlaqədar olaraq o tədricən azalmağa
başlamışdır. Hal-hazırda təkcə yanacağın yandınlması 10 mlrd
t sərbəst oksigenin işlədilməsinə səbəb olur. Minik avtomo
billərinin hərəkəti üçün hər 100 km-ə bir adamın ildə mənimsə
yəcəyi qədər oksigen sərf olunur. BMT ekspetlərinin hesab
lamalarına görə dövrümüzdə Yer kürəsində 40-50 mlrd nəfər
əhaliyə çata biləcək qədər oksigen işlədilir.
istirahət, müalicə-balneoloji, turizm məqsədləri üçün
istifadə olunan rekreasiya resursları nəinki mənşələrinə görə,
eləcə də istifadə olunma xüsusiyyətlərinə görə tanınır. Rek
reasiya resursları estetik və müalicə-sağlamlıq xüsusiyyətlərinə
də malikdir. Təbii-rekreasiya resurslarına okean, dəniz, göl,
habelə çay sahilləri, çimərliklər, dağlar, meşə örtüyü, mineral
bulaqlar, palçıq vulkanları və müalicəvi palçıq mənbələri aiddir.
Belə ərazilərdə istirahət edənlər və turistlər əfsanəvi təbii for
malarla, təbii landşaftla, yaxşı istirahətlə, idmanla məşğul ol
maqla, zəngin bitki örtüyü ilə, ov etməklə, balıq tutmaqla və s.
ilə rastlaşırlar. Məsələn, Aralıq dənizi, Mərkəzi Amerika,
237
Havay adaları, Krım və Qafqazın çimərlikləri, And, Himalay,
Pamir, Tyan-Şan, Alp və Qafqazın qarlı zirvələri və s.
Təbii rekreasiya ərazilərinə iri şəhərlər ətrafında salınmış
yaşıllıq zonaları, qoruqlar, milli parklar da aid edilir.
Antropogen-rekreasiya resurslarına Misir ehramları, Qə
dim Çin Səddi, Yunanıstanın, Romanın qədim abidələri,
Moskva Kremli, Sank-Peterburqdakı Peterqof, Afina Ankro-
polu, Hindistanın Aqre şəhərində yerləşən Tac-Mahal məq
bərəsi və s. misal ola bilər.
Hazırda Qərbi Avropada rekreasiyanın ərazi təşkili 4
səviyyədə həyata keçirilir: Ümumavropa (İspaniya), milli,
regional, lokal. Dünyanın ən ucuz iri turizm mərkəzi sayılan İs
paniya (Avropa Kaliforniyası) avropalıların istirahət bölgəsinə
çevrilir. “Çimərlik” turist təsərrüfatı Latm Amerikası ölkələrinə
(Karib hövzəsi) köçürülür. Beynəlxalq turizm İtaliya, İspaniya,
Fransa, İsveçrə, Türkiyə, Meksika və s. ölkələrə böyük gəlir
gətirir. Respublikamızda Şuşa, Şəki-Zaqatala, Quba-Xaçmaz,
Gəncə-Qazax, Xəzər sahillərinin bu sahədə geniş imkanları
vardır.
Məlumdur ki, elmi-texniki inqilab XX əsrin ikinci yarı
sında öz inkişafında görünməmiş dərəcədə vüsət almışdır. Dün
ya təsərrüfatı sürətlə inkişaf edərək, demək olar ki, yenidən
qurulmuş, məhsuldar qüvvələrin inkişafında tərəqqi hakim
kəsilmişdir. Bu, hər şeydən əvvəl, insanın təbii ehtiyatlardan
daha çox istifadə etməsi əsasında baş vermişdir. Əgər ətraf
mühit, təbiət antropogen təsirlərdən pozulursa, bu təbiətin
yaratdığı təbii varlıq halının - ekoloji tarazlığının pozulmasına
gətirib çıxarır. Haqlı olaraq neosfera nəzəriyyəsinin banisi sa
yılan akademik V.İ.Vernadski hələ əsrin 40-cı illərində yaz
mışdır ki, insanların təsərrüfat fəaliyyəti coğrafi mühitə heç də
yerin litosfer təbəqəsində baş verən geoloji proseslərdən az təsir
etmir.
Səmərəsiz təbii ehtiyatlardan istifadə, onun qazabəıızər.
bərk, maye tullantılarla çirkləndirilməsi, radioaktiv və digər
238
yüksək zəhərli maddələrlə “zəhərləndirilməsi” qlobal ekoloji
sistemin əhəmiyyətli dərəcədə deqradasiyasına-pozulmasına
səbəb olmuşdur. Atmosferə hər il 10 mln tonlarla tullantı atılır.
Ətraf təbii mühitin deqradasiyası ondan istifadə, meşələrin
qınlması və torpaqların həddən artıq zəiflədilməsi ilə baş verir.
Meşələrin azalması səhrəlaşma prosesinin qüvvətli getməsinə
səbəb olur. Son 50 ildə Böyük Səhra Cənuba doğru irəliləyərək
öz sahəsini 650 min km2 artırmışdır. BMT-nin veridiyi mə
lumatlara görə son 50 ildə insanların təsərrüfat fəaliyyəti nəti
cəsində Yer kürəsində təxminən Braziliyanın ərazisi qədər sahə
səhralığa çevrilmişdir.
Meşələşsizləşmə qiymətli ağac növlərinin qırılması ilə
meşə sahələrinin azaldılmasında da baş verir. Məlumatlardan
aydın olur ki, neolit inqilabı dövründə Yer kürəsində meşələrin
ümumi sahəsi 75 mlrd ha və ya 75 mln km2-dən artıq olmuşdur.
Meşələrin qırılması erroziyanm qüvvətlənməsinə, yeraltı su
ehtiyatının azalmasına, səhralaşmanın artmasına səbəb olursa,
zəhərli qazların, metallı birləşmələrin, kimyəvi tullantıların
ətraf mühitə atlması müxtəlif xəstəliklərin - xüsusilə dəri xəstə
liklərinin, zəhərlənmələrin, insan ömrünün qısalmasının möv-
cudlaşmasma gətirib çıxarır. Axırıncı onilliklərdə freon qazının,
azot oksidinin ətraf mühitə həddən artıq atılması insanları
ultrabənövşəyi günəş şüalanmasından qoruyan ozon müdafiə
qatının təxminən 5% nazikləşməsinə - azalmasına səbəb
olmuşdur. İlk baxışda bu az görünsə də nəticədə, hətta ozon qa
tının 1 % azalması hesabına ultrabənövşəyi şüalanmanın 2% art
ması halı baş verir. Bu da insan dərisində xərçəng xəstəliyinin
çoxalmasına səbəb olur.
Təbii ehtiyatların istismarı zamanı sənaye böyük xüsusi
çəkiyə malikdir. Elə bir sənaye sahəsi tapılmaz ki, o təbii
sərvətlərin təbii halının dəyişməsinə təsir etməsin. Bunlar az və
çox dərəcədə coğrafi təbəqənin bütün sferalarına təsir edir.
Sənaye təbii sərvətlərin hasilatını, onun emalını, onlardan son
məhsulların əldə edilməsini, istehsal tullantılarının ətraf mühitə
239
qaytarılmasını, müasir texnologiyanın tətbiqi nəticəsində çox
saylı komponentlərin utilizasiyasının azaldılması proseslərini
əhatə edir.
Deyilənlərdən coğrafi təbəqənin müxtəlif sferalarına çox
təsir edən “çirkli” istehsal sahələri də seçilir. “Çirkli” istehsal
sahələri (energetika, metallurgiya, əsas və üzvi kimya, sellüloz-
kağız, yeyinti sənayesi və s.), öz növbəsində, bütün təbii komp
leksə ziyan vurmaqla bərabər insanların sağlamlığının pozul
ması ilə də nəticələnir.
Sənaye tullantılarından, çirklənmədən ətraf mühiti qoru
maq üçün aşağıdakı tədbirlərin görülməsi məqsədyönlüdür.
Belə ki, monitorinqlər keçirilməli, mühafizə qurğuları təkmil
ləşdirilməli, istehsalda texnoloji proseslərin təkmilləşdirilmə-
sini təmin etməli, təşkilati-struktur tədbirlərini keçirməli, çirk-
ləndirici müəssisələri daha səmərəli yerləşdirməli, ekoloji infra
struktur sistemləri yaratmalı, ekoloji nəzarəti artırmalı, ətraf
mühitin qorunmasına dair yeni qanun layihələrini həyata ke
çirməli və s.
Bəşəriyyətin qarşısında duran əsas məsələ təbiətin cəmiy
yətə bəxş etdiyi təbii ehtiyatları olduğu kimi qoruyub sax
lamaqdır. Onun üçün münasib yollar, üsullar axtarılır. Müasir
dövrdə ekoloji təhlükəsizlik dövlət təhlükəsizlik məsələsinin
tərkib hissəsi kimi qiymətləndirilir. Bununla da hər bir şəxsin,
cəmiyyətin, dövlətin, eləcə də ətraf mühitin fövqəlada vəziyyət
dən nə dərəcədə mühafizə olunması nəzərdə tutulur. Məlumdur
ki, ekoloji təhlükəyə müxtəlif səviyyələrdə - daha doğrusu,
lokal və regional səviyyələrdə baxılır. Bu zaman həyata keçi
rilən ekoloji siyasətdən çox şey asılı olur. Ekoloji siyasətdə ic
timai istehsal prosesində təbii sərvətlərdən optimal istifadə, tə
biətin yararsız antropogen təsirlərdən qorunması, əhalinin eko
loji təhlükəsizliyinin qorunması və s. prioritet məsələlər sa
yılmalıdır.
240
Dostları ilə paylaş: |