lar. Bu baxımdan ekologiyanın əsas məsələlərindən biri işıq
ilə ekosistem arasında olan əlaqəni öyrənməkdən ibarətdir.
Yer üzərinə günəş işığının 47%-i gəlib çatır. Bu işıq axını
nın təxminən yarısı fotosintezin əsasını təşkil edən enerjidir.
Bu dalğaların uzunluğu 380-750 nm təşkil edir. Bu enerji
Fo-
tosintetik Aktiv Radiasiya adlanır. Günəş radiasiyasının
40%-ə yaxınını məhz bu radiasiya təşkil edir. Qalan spektr
ultrabənövşəyi və infraqırmızı radiasiyalara aid edilir ki,
bunlar da istilik effekti ilə əlaqədardır.
Adətən bitkilər fotosintez üçün günəş radiasiyasının
1%-ə qədərindən istifadə edirlər. Bəzi ekosistemlərdə bu rə
qəm 3-5%-ə qədər çatır (tropik meşələr, qarğıdalı tarlaları).
Bitkilər digər orqanizmlərin enerji ilə təminatçısı hesab
edilir. Enerji bir trofiki səviyyədən digərinə qida vasitəsilə
keçir. Konsumentlər tərəfindən qəbul edilən qida şəklindəki
enerji onun həyatı üçün sərf olunur. Qəbul olunan enerjinin
bir hissəsi orqanizmlər tərəfindən ifraz olur, digər hissəsi isə
orqanizmin tələbatına uyğun onun özündə cəmləşir.
Qida və enerji balansı heyvanat aləmi üçün belə ifadə
olunur.
Eq =
E
n
+ Ein +Exo
burada Eq - qida ilə alınan enerji;
E
n
- nəfəs alma, hərəkət, ürək döyünməsinə sərf
olunan enerji,-
Ein - inkişafa (orqanizm tərəfindən saxlanılan)
sərf olunan enerji;
Exo xaric olan maddələrə sərf olunan enerji.
Orqanizm tərəfindən sərf olunan enerji müxtəlif period-
larda müxtəlif olur. O, bəzən orqanizmdə toplanır, bəzən isə
tam sərf olunur. Enerjinin bir trofıki səviyyədən digərinə
keçidi qəbul edilən qida enerjisinin 10%-ni təşkil edir. Bu
ekologiyada «on faiz qaydası» adlandırılır.
Ekosistem və biosfer bütünlükdə termodinamikanm qa
nunlarına tabe olaraq onlarla tənzim olunurlar. Canlı alə
50
min bu baxımdan cansız aləmdən fərqi ondan ibarətdir ki,
canlı orqanizmlər «özünübərpa» xassəsinə malikdirlər.
Ekosistemdə enerji çevrilməsini yaxşı anlamaq üçün ter-
modinamikamn birinci və ikinci qanunlarına nəzər salaq.
Termodinamikanm birinci qanunu və yaxud enerjinin
saxlanılması qununu:
Enerji bir formadan digərinə keçə bilər,
o, nə yox olur nə də yenidən yaranır. Termodinamikanm
ikinci qanununda deyilir:
Öz-özünə çevrilmədə kinetik ener
jinin potensial enerjiyə çevrilməsi 100%-dən aşağı olur. Başqa
sözlə desək enerjinin öz-özünə çevrilməsi prosesi mərkəz
ləşdirilmiş
şəkildə yox, səpələnmiş şəkildə olur.
Termodinamikanm ikinci qanunu «entropiya» ilə əla
qədardır. «Entropiya» latınca «entrofa» - çevrilmə, dönmə
deməkdir. Entropiya dedikdə əlaqəli enerjinin yayılaraq
istifadə üçün əlçatmazlığının ölçüsü kimi başa düşülür.
Ekosistem enerji çevrilməsini tənzimləmə qabiliyyətinə
malikdir. O, həmişə bu prosesdə entropiyanın minimal həd
də saxlanılmasına çalışır.
Hər bir ekosistem xarici mühitin dəyişməsinə uyğun
laşmaq üçün daima dinamiki vəziyyətdə olur. Bu dinamiki
vəziyyət ekosistemin ayrı-ayrı bölmələrinə və yaxud bütün
lükdə sistemin özünə aid edilə bilər. Bu zaman dinamika
ekosistemə təsir edərək onun dəyişməsinə və ya yenisinin ya
ranmasına təsir edən faktorlara uyğunlaşma ilə əlaqədar ola
bilər.
Dinamikanın ən sadə növü sutkalıq dinamikadır. Bu
bitki aləminin fotosintezi və suyun buxarlanmasının sutka
ərzində dəyişməsi ilə əlaqədardır. Dəyişmələr mövsüm xa
rakterli olduqda orqanizmlər dəyişmələrə daha aktiv meyl
göstərirlər. Dinamika vaxtaşırı təkrar olunduğu üçün o,
dövri dinamika adlanır. Ekosistemin inkişafına təsir edən
dinamika istiqamətlənmiş dinamika adlandırılır.
Dövri təkrar olan dinamika, tsiklli, dəyişən və ya «fuluk-
tuasiya» adlandırılır. İstiqamətlənmiş dinamika ekosistemin
51
maddə insana və onun nəslinə birbaşa və ya bilavasitə təsir
etdikdə onlarda mənfi dəyişikliklər yaranmır.
Suda, torpaqda və qida məhsullarında çirkləndirici mad
dələrin BBQ aşağıdakı cədvəllərdə verilmişdir.
Cədvəl 1.
Su hövzəsində, mq/m3 suda
Maddə
Sanitar məişət
Balıq təsərrüfatı
Civə
0,0005
0,001
Qurğuşun
0,03
0,1
N eft məhsulları
0,001
0,001
Benzol
0,5
0,5
Anilin
0,1
0,5
Xlorofos
0,05
0,0
Cədvəl 2.
Torpaq və qida məhsullarında, mq/kq məhsulda
Maddələr
Torpaq
D ənli bitkilər
Çörək
Tərəvəz
Çivə
2,1
0,03
0,02
0,05
Mışyak
2,0
0,2
0,2
0,2
Qurğuşun
32,0
0,3
0,3
Dostları ilə paylaş: