245
11 sentyabr 2001-ci il basqınları barədə ilk məlumatı
CNN TV kanalı yaymışdır. CNN Federal Təhqiqat
Bürosunun (FBİ) terrorçuları yaxalamaq üçün Floridada
həyata keçirdiyi əməliyyatlardan sonra Ədnan Buxari və
onun qardaşı Əmir Buxarinin terrorçularla əlaqəli
olduqlarını bildirmişdi. Lakin, Ədnan Buxarinin FTB-yə
yardımçı olduğu, qardaşının isə 2000-ci ildə təyyarə
qəzasında həlak olduğu məlum olduqdan sonra CNN
məlumatların FTB-dən verildiyini və dəqiqləşdirilməsi üçün
vaxt olmadığını bildirərək, tamaşaçılarından üzr istəmişdir.
Yanlış informasiyanın yayımlanmasında suçlandırılan
media qurumlarından biri də
BBC idi. Kanal 11 sentyabr
hadisələri ilə əlaqədar verilişlərinin birində ORİX Təbii
Resurslar Şirkətinin rəhbəri Kamal Kan Fhanini Əl-
Kaidənin lideri Üsamə bin Ladenlə əlaqəsi olmaqda suçlayır
və onun 1998-ci ildə ABŞ-ın Afrika ölkələrindən birindəki
səfirliyinin bombalanmasına görə məsuliyyət daşıyan
Məhəmməd Xalfan ilə eyni adam olduğunu iddia qedir.
Lakin, həqiqətlər üzə çıxdıqdan və Kan Fhaninin nə Üsamə
bin Ladenlə
əlaqəsi, nə
də ABŞ
səfirliyinin
bombalanmasında əli olmadığı məlum olduqdan sonra BBC
oktyabrın 31-də 1 dəqiqəlik üzr mesajı yayımlayır.
BBC, eyni zamanda, sentyabrın 11-də özünün
Əfqanıstandakı müxbiri Con Simpsona istinad edərək Əl-
Kaidəni atom silahı hazırlamaqda suçlayan xəbər yayır.
Avropa Jurnalistika Mərkəzi (Europian Journalism Centre)
Dostları ilə paylaş: