kütləvi informasiya vasitələrinin problemin həllində
yerinin və rolunun müəyyən edilməsini tələb edir. Bu isə,
qlobal demoqrafiya probleminə yeni mövqe və normalardan
yanaşmaqla, KİV-də aidiyyəti ekspertlərin, mütəxəssislərin,
dövlət məmurlarının və kütləvi auditoriyanın iştirakı və
müasir televiziyanın texniki imkanlarından (rəqəm, peyk,
NLP) istifadə edərək geniş müzakirələrin keçirilməsi yolu
ilə mümkündür. Buna nail olmaq üçün peşəkar jurnalist-
iqtisadçının, jurnalist-demoqrafın hazırlanması, onun
problemə bələdlilik səviyyəsi, öz peşəsinə və müzakirə
olunan problemə konkret mövqeyinin olması, jurnalist
sənəkarlığı amillərindən yararlanma bacarığı əsas
şərtlərdəndir. Jurnalist-demoqraf nələri bilməlidir?