V MÖVZU Jurnalistika və müasir dövrün qlobal demoqrafiya problemləri
Müasir dövrün qlobal problemlərindən, bəşəriyyəti
əsaslı surətdə ciddi narahat edən məsələlərdən biri də
demoqrafik proseslər və bu proseslərlə əlaqədar sosial
sahədə yaranan irimiqyaslı dəyişikliklərdir. Demoqrafik
problemlər dünya ölkələrinin sosial-siyasi həyatının
göstəricisinə və xarici siyasətinin uğurla həyata keçirilməsi
faktoruna çevrilmişdir. Əvvəllər beynəlxalq ictimaiyyətdə o
qədər də narahatlıq doğurmayan əhalisakinliyi problemi,
xüsusilə də onun cəmiyyətdə baş verən digər sosial-siyasi
proseslərə təsiri və bunun da nəticəsində həmin proseslərin
neqativliyinin artması bu məsələlərə demoqrafik aspekt verilməsini, onları doğuran səbəblərin, həlli yollarının və
cəmiyyətin ayrı-ayrı sosial-siyasi institutlarının, xüsusilə də