Demoqrafik proseslər dünya və insan
inkişafının göstəricisi kimi:
jurnalist-demoqrafın bilik dairəsi
“Demoqrafiya” (latınca demos – xalq, qrapho isə –
yazıram) əhalinin yazılması, daha dəqiq desək, əhalinin
siyahıya alınması deməkdir. Bu termin altında əhali, onun
strukturunu və dinamikasını öyrənən elm nəzərdə tutulur.
Müasir dövrdə demoqrafik proseslərin kəmiyyət xarakteris-
tikaları, yəni əhalinin sayı, onun tərkibi (yaş, peşə, etnik və
s.) coğrafi yerləşməsi və miqrasiyası, doğum, ölüm, ömrün
uzunluğu və s., o cümlədən, bu göstəricilərin siyasi, sosial-
iqtisadi və mədəni amillərdən asılılığı dünyada baş verən
qlobal proseslərin göstəricisi kimi nəzərdən keçirilir.
Məsələ burasındadır ki, son iki yüz ildə Yer kürəsi
əhalisinin sayının əvvəlki dövrlərə nisbətən çox sürətlə
artması müəyyən yeni və daha mürəkkəb problemlərin
yaranmasına gətirib çıxarır. 2011-ci il noyabr ayının 1-nə
olan məlumata görə, dünya əhalisinin sayı artıq 7 milyardı
keçmişdir.
72
XXI əsrin ortalarına bu rəqəmin 9 milyarda,
2075-ci ildə isə təxminən 12-15 milyarda çatacağı
proqnozlaşdırılır. Mütəxəssislərin fikirləri və kütləvi
informasiya vasitələrinin çıxışları ilə tanışlıq göstərir ki, bu
cür əhali artımı Yer kürəsinin biosfer şəraitinə uyğun
gəlməyə və ekoloji, məskunlaşma, ərzaq, tibbi xidmət
təminatı və s. sarıdan onun imkanları xaricində ola bilər.
Ümumiyyətlə, əhalinin sayının kəskin şəkildə artması və ya
azalması cəmiyyətin sosial-iqtisadi (o cümlədən, siyasi) və
demoqrafik inkişafı sahəsində müəyyən əlavə problemlər
yarada bilir. Bu, nəsillər arasındakı əlaqələrin pozulmasında
və insanların yeniliklərə, cəmiyyətdə yeni yaranan
72
http://ru.euronews.net/2011/10/31/population-s-uneven-boom/
172
institutlara adaptasiyasında özünü daha qabarıq şəkildə
büruzə verir.
Qlobal demoqrafiya problemi kütləvi informasiya
vasitələrinin tez-tez müraciət etdiyi mövzulardan biridir və
özündə bir-biri ilə sıx bağlı olan üç əsas problemi
birləşdirir:
əhali problemi,
ərzaq problemi
bərpa olunmayan resurslar (minerallar və enerji
resursları) problemi.
Kütləvi informasiya vasitələri bu prosesləri, eyni
zamanda dünyada baş verən sosial-təbii proseslərin əsas
göstəricilərindən biri kimi təhlil edir və işıqlandırır. Həm
sahə elmi, həm də KİV belə bir ortaq nəticəyə gəlir ki,
bəşəriyyətin müasir vəziyyəti və onun gələcəyi, hətta ən
inkişaf etmiş ölkələrin perspektivləri demoqrafiya
problemlərinin vaxtında həllindən çox asılıdır və əhalinin
keyfiyyəti anlayışı və bu anlayışa daxil olan komponentlərlə
müəyyən olunur. Əhalinin keyfiyyəti dedikdə, insanların
həyatının tibbi-genetik və sosial-psixoloji xarakteristikaları-
nın kompleksi, başqa sözlə desək, insanın fiziki sağlamlığı,
həyat komfortu, intellektual qabiliyyətinin inkişaf səviyyəsi
və bu qabiliyyətin reallaşdırılması mexanizmləri nəzərdə
tutulur. Ancaq bu gün nə sahə elmi, nə də jurnalistika bu
proseslərin nə ilə tənzimlənməsi haqqında suala dəqiq cavab
verə bilimirlər. Amma, belə bir hal dəqiq məlumdur ki,
əhalinin keyfiyyəti bir nəsildən başqa bir nəslə doğru dəyişə
bilir. Bu onunla izah olunur ki, müəyyən genotiplər
(orqanizmin irsi əsasları, xromosomlardakı genlərin
məcmusu) digərlərinə nisbətən daha intensiv şəkildə
çoxalır. Məsələn, zehni əməklə məşğul olan şəxslərin ailə
üzvlərinin (uşaqların) sayı fiziki əməklə məşğul olan
şəxslərin ailə üzvlərinin sayından az olur.
173
Əhali keyfiyyətini adətən aşağıdakı üç kəmiyyət
göstəricisinə görə müəyyən edirlər:
sağlam həyat tərzinin yaxşılaşması –
uzunömürlülüyə görə;
həyat komfortunun yaxşılaşması – adambaşına
düşən ümumi (xərci çıxmamış) məhsula görə;
mənəvi və zehni keyfiyyətlərin artması – təhsilin
səviyyəsinə, təhsil müəssisələrinin sayına, intellektual
məhsula (kitab, ixtira və s.), cinayətkarlığın aşağı düşməsinə
və s. görə.
Lakin, bütün bunlarla yanaşı ilkin əhali göstəricisi
onun kəmiyyəti hesab olunur. Məhz bu rəqəmin fasiləsiz
olaraq artması istiqamətində baş verən dəyişikliklər
bəşəriyyət tərəfindən böyük narahatlıqla qarşılanır. Qlobal
problemlərin öyrənilməsi məqsədi ilə yaradılmış ilk elmi-
tədqiqat mərkəzi olan Roma klubu (1968-ci ildə
yaradılmışdır) keçən əsrin 70-ci illərində təbiət, cəmiyyət və
insanlar arasında razılaşdırılmamış fəaliyyətləri təhlil
edərək belə nəticəyə gəlmişdi ki, iqtisadi, sosial və digər
istiqamətlərdə əldə olunan uğurlar və ya yol verilən
nöqsanlar son nəticədə İnsan İnkişafı ilə mütənasiblik təşkil
edir.
73
İnsan İnkişafı beynəlxalq ictimaiyyətin, o cümlədən,
hər bir cəmiyyətin milli sərvəti kimi qiymətləndirilir.
Müasir dövrdə artıq kütləvi informasiya vasitələrinin
birbaşa iştirakı ilə inkişaf etmiş ölkələrdə insan iqtisadiyyat
üçün deyil, iqtisadiyyat insan üçündür fikri
formalaşdırılmışdır. Eyni zamanda, BMT İnkişaf
Proqramının dəstəyi ilə hazırlanan və 1990-cı ildən İnsan
İnkişafı Hesabatının birinci nəşrinin epiqrafı kimi işlənən və
hər il bu nəşrin başladığı “Hər bir dövlətin həqiqi sərvəti
73
Лейбин Б.М. Модели мира и образ человека. М.: Поитиздат,
1982, стр. 179.
174
onun insanlarıdır” sözləri KİV-in köməyi ilə bütün
dünyada inkişaf haqqında düşüncə tərzinə çevrilmişdir.
1990-cı ildən bəri 140-dan artıq ölkə bu sahədə tədqiqatların
aparılması və milli siyasətin formalaşdırılması məqsədi ilə
İnsan İnkişafı Hesabatı çərçivəsini qəbul etmişdir.
74
2010-cu il üçün İnsan İnkişafı İndeksi 0.713 olan və
169 ölkə arasında 67-ci yerdə duran Azərbaycan “orta insan
inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı”
qrupuna keçmişdir. Bu faktın özü Azərbaycanda insan ami-
linə yüksək qiymət verilməsinə, “Biz Azərbaycan deyəndə,
onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin
bütün bunlarla yanaşı, respublikanın ən başlıca
sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa
bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad
edən adamlardır”
75
sözlərinin reallığı əks etdirməsinə və
strateji fəaliyyət istiqaməti olmasına sübutdur.
2005-2010-cu illər ərzində Azərbaycan İnsan İnkişafı
sahəsində ən sürətli inkişafa nail olmuşdur: 2005-ci ildə
101-ci yerdə olan Azərbaycan 2010-cu ildə artıq 67-ci
yerdədir. 2000-2010-cu illər dövründə orta illik artım
tempinin 1.77 olması ilə keçmiş Sovet İttifaqı məkanında
qabaqcıl ölkə olmuşdur. 1990-cı illərin ortalarından etibarən
Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək
yoxsulluğun azaldılması, ömür uzunluğu və təhsil
səviyyəsinin artması kimi sahələrdə böyük nailiyyətlər əldə
etmişdir. 1995-ci ildən 2010-cu ilə kimi Azərbaycan İnsan
İnkişafı İndeksi 27 % artaraq 0.563-dən bugünki səviyyəyə
(0.713) qalxmışdır. Bu müddət ərzində Azərbaycanda
74
İnsan İnkişafı Hesabatı 2010. Human Development Report 2010.
UNDP Azerbaijan. Bakı, 2010, səh. 5.
75
Heydər Əliyev. Azərbaycanda yaşayan milli azlıqların və etnik
qrupların nümayəndələri ilə görüşündə nitqi. “Azərbaycan” qəzeti, 7
oktyabr 1993-cü il.
175
doğulanda gözlənilən ömür uzunluğu 5 il, gözlənilən təhsil
illəri 3 il və adambaşına düşən ümummilli gəlir 338 %
artmışdır. Bütün sahələrdə olan irəliləyişlər Azərbaycan
İnsan İnkişafı İndeksinin hər bir komponentinin ildən-ilə
daha yüksək dəyərlərlə ölçülməsinə səbəb olmuşdur.
76
İnsan İnkişafı sahəsində qazanılan nailiyyətlərin
qorunub saxlanılması və artırılması məqsədi ilə həm sahə
elmi, həm də KİV demoqrafiya məsələlərinə retrospektiv
aspektdə yanaşmalı, bu məsələlər yoxsul ailələrin
vəziyyətlərinin yaxşılaşdırılması prizmasından təhlil
edilməli, onların həlli yollarının müəyyən edilməsi
sahəsində transmilli tarixi təcrübə nəzərə alınmalı və müasir
vəziyyətə tətbiq edilməlidir. Bu vəzifəni yerinə yetirmək
üçün jurnalist-demoqraf əhalisakinliyi ilə bağlı bütün
anlayış və terminlər, təcrübələr barədə mütəxəssis-demoq-
rafdan heç də az olmayan ətraflı biliyə malik olmalıdır.
Dostları ilə paylaş: |