265
ictimai və dövlət insitutlarına təhdid çağırışları amillərinə
diqqət yetirilməlidir;
Terrorizmin başqa bir rəmzi aspekti – KİV
materiallarının təqdim etdikləri zorakılıq aktlarının
potensial terrorçulara təsiri məsələsidir. Kommunikativ
diqqət növbəti davranışın katalizatoru rolunu oynayır:
çoxsaylı qurbanları təsvir edən kadrlar tamaşaçılara,
xüsusilə də qəddarlığa və cinayətə meylli insanlara
qıcıqlandırıcı təsir göstərir və onları bir növ bu cür addımlar
atmağa hazırlayır. Təkəbbürlü hipertrofiya hissinə tutulmuş
insanın ürəyindən analoji süjetə baxdıqdan sonra bu cür
jurnal məqaləsinin və ya televiziya reportajının qəhrəmanı
olmaq hissi keçir. Həqiqətən də, dünyada və ayrı-ayrı
ölkələrdə olan antiterror təcrübəsi göstərir ki, siyasi
motivlərə əsaslanan terror aksiyalarını planlaşdırarkən və
həyata keçirərkən onu hazırlayan və icra edən şəxsin
məqsədlərindən biri də geniş ictimai auditoriyaya
çıxmaqdır. Belə bir şəraitdə bu cür faktları işıqlandıran
jurnalistlər bu hadisələri yalnız təsvir etmir, eyni zamanda
obyektiv olaraq onun fəal iştiraakçısına çevrilirlər. Bununla
əlaqədar olaraq, jurnalistlərin öz hərəkətlərini qiymət-
ləndirmələri və vətəndaşların onlara münasibəti terrorizm
təzahürlərinin yaranma, inkişaf, lokallaşma və qaşısının
alınması, nəticələrinin aradan qaldırılması prosesində
onların rollarının və fəaliyyət istiqamətlərinin meyarlarını
özündə əks etdirməlidir. Bundan əlavə, dramatik hadisələrin
inkişaf xronologiyasını təsvir edən və ya göstərən jurnalist
bəzən özündən asılı olmayaraq adi informasiya
mənbəyindən cinayətin iştirakçısına çevrildiyi xətti keçə
bilir;
Dostları ilə paylaş: