Narkomaniyaya qarşı mübarizədə KİV-in rolu
nədən ibarətdir? Dünya mətbuatının bu sahədə hansı
təcrübəsi vardır?
Xarici mətbuatın təhlili aşağıdakı tendensiyaları üzə
çıxarır:
Bildiyimiz kimi, KİV materialları cəmiyyətin əhval-
ruhiyyəsini özündə əks etdirir. Bu narkomaniya sahəsində
də belədir. Narkotiklərin qəbulunun səviyyəsi artdıqca
publikasiyaların da sayı artır. Sonra ictimaiyyətdə
narkotiklərin leqallaşdırılması ideyası əmələ gəlir. Çox
sayda KİV narkotiklərin leqallaşdırılmasını fəal şəkildə
müdafiə edirlər. Bu cür siyasətin nəticəsində narkomanların
sayı kəskin şəkildə artır.
Keçən əsrin 90-cı illərində bu rəqəm böhran
vəziyyətinə çatır və KİV narkotiklərin leqallaşdırılmasının
əleyhinə çıxış edir, qadağan siyasətinə tərəf meyl göstərir.
Son on beş-iyirmi ildə məhz KİV-in səyləri sayəsində
bəşəriyyət narkotiklərin qadağan olunması ideyasına gəlib
271
çatmışdır. Antinarkotika siaysəti üç əsas istiqamət üzərində
qrulur: qadağan, nəzarət və yeniyetmələr arasında
profilaktik tədbirlərin həyata keçirilməsi və təbliğat. Dünya
mətbuatında bu sahədə çap olunan məqalələrin əksəriyyəti
problemi bilmək və kompetentlik baxımından yüksək
səviyyədədir. Lakin, burada biz iki problemlə qarşılaşırıq:
1. KİV-in geniş auditoriyaya təsirinin aşağıdakı belə
bir qanunauyğunluğu bizə məlumdur ki, qəzet yazıları daha
çox qərar qəbul edən şəxslərə (siyasətçilərə, məmurlara,
deputatlara və s.) təsir göstərir. Çünki, onlar adətən baş
məqalələri, analitik və diskussiya xarakterli materialları
oxuyurlar. Televiziya isə daha çox adi vətəndaşlara təsir
göstərir.
Televiziya tamaşaçıları belə zənn edirlər ki,
jurnalistlər tok-şouları təşkil etməzdən əvvəl ciddi reytinq
monitorinqi keçirir və verilişə peşəkar şəxsləri dəvət edirlər.
Əslində isə, bu həmişə belə olmur. Biz yaxşı bilirik ki,
verilişə bir gün və ya bir-neçə saat (adətən 5-8) qalmış
jurnalist öz tanışlarına zəng edir və soruşur: “Sən belə bir
mütəxəssis tanıyırsanmı, gəlib mənim verilişimdə çıxış
etsin…”. Əgər ona yaxşı mütəxəssis təklif etsələr, yenə dərd
yarıdır. Amma elə adamlar var ki, nə barədəsə nəsə
eşidiblər və ya da bir neçə kitab oxuyublar və belə hesab
edirlər ki, televiziyada çıxış edə bilərlər və bu işə ən yaxşı
namizəd onlardır.
Televiziyada narkotika problemi müxtəlif tok-
şoularda müzakirə olunur. Statistik məlumatlara görə, Qərb
ölkələrinin əhalisinin 95 %-i narkotiklərin qadağan
olunması siyasətini dəstəkləyirlər. Amma, problemə həsr
olunmuş televiziya verilişləri bu statistikaya kölgə salır.
Bilirik ki, tok-şou proqramlarıında iştirakçılar 50-nin 50-yə
nisbətində seçilir. Beləliklə, bu və ya digər proqramda istər-
istəməz narkotiklərin liberallaşmasının tərəfdarları tapılır
272
(7-8 nəfər) və onların fəallığı əksər hallarda əks təbliğata
şərait yaradır.
ABŞ KİV-lərinin antitarkotik təbliğat sahəsində
maraqlı təcrübələri vardır. “Narkotiksiz Amerika uğrunda”
Cəmiyyəti aşağıdakı üsuldan istifadə edir. Məlumdur ki,
elmi əsaslara və səmərəli təcrübəyə söykənilərək təşkil
edilmiş marketinq və düzgün hazırlanmış reklam
kampaniyaları zamanı istənilən bir malın satış həcmi
hissediləcək dərəcədə artır. Deməli, antinarkotik təbliğat
məqsədi ilə əks təsir marketinq texnologiyasından istifadə
etmək müsbət həticələr əldə etməyə imkan yarada bilər. Bu
texnologiyalar insanların məqsəd və davranışlarının dəyiş-
məsinə kömək edir. ABŞ KİV-lərinin peşəkar qeyri-kom-
mersiya birlikləri bu texnologiyadan uğurla istifadə edirlər.
Məsələn, roliklərin birinin məzmunu belədir: bir şəxs
özünə qayğanaq hazırlayır. Geniş planda yumurtanın tavada
necə “qaynadığı” göstərilir. Kadrları isə belə bir tekst
müşayiət edir: “Narkotik qəbul edəndə sənin də beynin bu
cür qaynayır”. Həqiqətən də, statistika hər dəfə antinarkotik
təbliğat kampaniyasının gedişi zamanı bu roliklərin
nümayişindən sonra ABŞ-da narkomanların sayının xeyli
azaldığını göstərmişdir.
Narkomaniya Yaponiya mətbuatı üçün o qədər də
prioritet mövzu deyil. Bu ölkədə ictimaiyyət narkomaniyanı
qəti şəkildə inkar etsə də, KİV tərəfindən, öz növbəsində,
geniş antinarkotik təbliğat işi aparılır. Televiziya
kanallarında uşaqlar üçün qorxulu komikslər nümayiş
etdirilir. Məsələn, roliklərdən birinin süjeti belədir: -
yeniyetmə narkoman əlində bıçaq kimisə öldürmüşdür, üst-
başı qanın içindədəir. Başqa bir rolikdə amfitamin qəbul
etmiş narkomanın birinci sinif şagirdini hündür binanın
damına çıxarıb oradan aşağı atdığı göstərilir. İdeya aydındır:
gələcəkdə narkotik qəbul etməsinlər deyə, insanlarda
uşaqlıq illərində narkotiklərə və narkomanlara nifrət hissi
273
formalaşdırılır. Ən əsası budur ki, bu cür antinarkotik
təbliğat kampaniyaları yaponlar arasında narkotiklərə qəti
“yox” deyənlərin sayını xeyli artırır.
Beynəlxalq təcrübədə diqqəti cəlb edən cəhətlərdən
biri də budur ki, bəzi Avropa ölkələrində yeni bir vəzifə -
antinarkogeneral vəzifəsi təsis edilmişdir. Bu şəxs digər
vəzifə öhdəlikləri ilə yanaşı, dayanıqlı antinarkotik tbliğat
kampaniyalarının təşkili ilə də məşğul olur.
Dostları ilə paylaş: |