Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


metrlik zolağının altında olan torpaqlar



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə55/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   205
torpaq hüququ

metrlik zolağının altında olan torpaqlar; 


47 
 
– dövlət elmi-tədqiqat və  tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq 
stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 
– dövlət müəssisə, idarə  və  təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin 
tikintisi layihələşdirilmiş torpaqlar; 
– dövlət ehtiyat fondu torpaqları (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, maddə 46.1). 
Torpağa dövlət mülkiyyəti hüququnun obyektlərini iki qrupa ayırmaq olar: 
1) özəlləşdirilən, yəni fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilə bilən torpaq sahələri;   
2) özəlləşdirilməyən, yəni dövlətin mülkiyyətində saxlanılan torpaq sahələri. 
Belə  əmlaklar praktiki olaraq bütün dövlətlərdə mövcuddur və müstəsna olaraq xalqın mənafeyi və ya 
dövlətin xüsusi ehtiyaclarına xidmət üçün istifadə olunur. O, mülkiyyət hüququnun adi rejimindən fərqli olan 
xüsusi hüquqi rejimdə  fəaliyyət göstərir və xalqın sərvəti hesab olunur və ya dövlətin müstəsna mülkiyyəti 
adlanan, dövlət mülkiyyəti hüququnun obyektlərinin ayrıca növmüxtəlifliyi qismində araşdırılır.  
Ədəbiyyatda başqa nəzər nöqtəsi də mövcuddur ki, ona görə dövlət mülki hüquq münasibətlərinin 
subyekti kimi ictimai sərvətin mülkiyyətçisi ola bilməz. İctimai sərvətə münasibətdə dövlətin oynadığı rol daha 
mürəkkəb, çoxtərəfli, dialektikdir. Ona görə ki, dövlət ictimai sərvətə münasibətdə hər şeydən əvvəl hakimiyyət 
orqanı kimi, vətəndaş  cəmiyyətinin bütün mənafelərinin təmsilçisi kimi onun adından səlahiyyətli olaraq 
təsərrüfat və digər məqsədlər üçün cəmiyyət üzvlərinə  məxsus olan ictimai sərvətin səmərəli istifadəsi və 
qaydaya salınmasını təşkil etmək, onun mühafizəsini təmin etmək vəzifəsini yerinə yetirir. Dövlətin cəmiyyət 
qarşısındakı öhdəliyi ictimai sərvətə münasibətdə onun hüquq subyektliyinin təbiətini anlamağın açarıdır. 
Dövlət ictimai sərvət obyektlərini idarə edən və ona sərəncam verən zaman öz hərəkətini ictimai maraqlara tabe 
etməyə, bu onun öz maraqlarına uyğun gəlməsə və hətta zidd olsa belə, borcludur. 
Mülkiyyət hüququndan irəli gələn bütün hüquq səlahiyyətlərindən, dövlət öz orqanlarının şəxsində 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin