mislinədək cərimə edilir. Həmin maddənin məqsədi, xalq təsərrüfatının bütün sahələrinin fəaliyyəti üçün vacib olan istehsal
vasitələri və əhalinin həyatını təmin edən mühüm amil kimi torpağın, həmçinin su ehtiyacları, meşə, heyvanlar
və bitkilər aləminin də təşkil etdiyi ətraf mühit elementləri ilə qarşılıqlı təsirdə olan əlaqələrinin mühafizəsinin
təmin olunmasıdır.
Bu maddənin tətbiq olunma sahəsi çox genişdir. O, istehsal prosesində torpağı həm istifadə edən, həm də
ona antropogen təsir göstərən sənayenin, kənd təsərrüfatı, kommunal, tikinti, nəqliyyat və digər müəssisələrin və
təşkilatların, xüsusi müəssisələrin və vətəndaşların fəaliyyətini əhatə edir. Həmin maddədə, obyektiv tərəfinə
görə fərqlənən bir neçə inzibati hüquqpozma tərkibi vardır: