Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə115/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   205
torpaq hüququ

kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli 
karantin orqanizmlərlə yoluxdurulması, torpaqların (meşə fondu torpaqlarının)  münbit qatının 
korlanmasına görə törədilən hüquq pozuntusudur. Bu hüquq pozuntusuna görə fiziki şəxslər müvafiq 
olaraq  şərti maliyyə vahidinin 10-15 və 15-25 mislinədək, vəzifəli  şəxslər 40-50 və 50-80 mislinədək, 
hüquqi şəxslər isə 150-200 mislinədək miqdarda cərimə edilirlər (İnzibati Xətalar Məcəlləsi, maddə 86). 
İnzibati Xətalar Məcəlləsinin 86-cı maddəsi əslində hüquq pozuntusunun iki tərkibinə malikdir:  


88 
 
1) torpaqların istehsalat və digər tullantılarla, tullantı suları ilə çirkləndirilməsi, bakterial-parazitik və 
zərərli karantin orqanizmlərlə yoluxdurulması;  
2) torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanması. 
Hüquq pozuntusının predmeti Torpaq Məcəlləsində  nəzərdə tutulmuş, bütün torpaq kateqoriyalarından 
olan torpaq sahələri ola bilər. 
Torpaqların çirklənməsi, torpağın keyfiyyətinin antropogen təsir nəticəsində (qərarlar da daxil olmaqla), o 
cümlədən kimyəvi maddələrin və ya radiasiya səviyyəsinin meydana çıxması (artması) ilə xarakterizə olunan 
torpağın münbit qatdan məhrum edilməsi səbəbindən pisləşməsidir. Bu zaman, aqrokimyəvi maddələrin kənd və 
meşə  təsərrüfatında istifadəsindən torpaqların çirklənməsi, onların torpaqda qatılığının yol verilən və ya 
mümkün olan həddən yüksək olması  və onun miqdarının artması ilə bağlıdır. Beləliklə, torpaqların 
çirklənməsinin obyektiv tərəfi, torpağa onun üçün xarakterik olmayan fiziki, kimyəvi, bioloji maddələrin, 
birləşmələrin, orqanizmlərin verilməsi üzrə hərəkəti özlüyündə təqdim edir. 
Torpaqların korlanması mexaniki təsir yolu ilə  məsələn, yolların çəkilişi, tikinti işləri zamanı torpağın 
münbit qatının götürülməsi, torpağın münbit qatının zədələnməsi, onun kipləşməsinə  səbəb ola bilən ağır 
nəqliyyatın keçidi, kanalların qazılması, torpaqların rekultivasiyası üzrə  tədbirlərin yerinə yetirilməməsi ilə 
həyata keçirilə bilər. Bütün bu hərəkətlər torpaqların çirklənməsi hüquq pozuntusunun obyektiv tərəfidir. 
İnzibati Xətalar Məcəlləsinin 86-cı maddəsində torpaqların istehsalat və digər tullantılarla və tullantı 
suları ilə çirklənməsi üsulları göstərilmişdir. 
Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi müxtəlif terminologiyadan istifadə edir və istehsalat 
və  məişət tullantılarını (istehsalat və istehlak tullantıları), təhlükəli tullantıları, təhlükəli tullantıların qadağan 
olunmuş növünü, zəhərli tullantıları, potensial zəhərli və xüsusi zəhərli tullantıları fərqləndirir. 
Tullantı suları, onların ilkin kimyəvi, fiziki, bioloji xüsusiyyətlərinin dəyişməsi ilə xarakterizə olunan və 
kommunal və təsərrüfat-məişət ehtiyacları üçün sənayedə, kənd təsərrüfatı istehsalında istifadə olunan sulardır. 
Hər iki tərkibin subyektiv tərəfi – dolayısı ilə qəsd və ya ehtiyatsızlıqdır
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 254-cü maddəsində  nəzərdə tutulmuş cinayətlə 
ayrılma obyektiv tərəfinə görə, o cümlədən predmetinə  və  nəticələrinə görə, cinayətin müəyyənləşdirilmiş 
tərkibi ilə ayrılması – onun baş verdiyi yerə görə (ekoloji fəlakət və ya fövqəladə ekoloji vəziyyət zonasında), 
nəticələrinə görə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) aparılır. 
Cərimənin ölçüsü isə qanunvericiliyə uyğun olaraq təshih olunur. 
 


89 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin