Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə123/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   205
torpaq hüququ

reqresant deyilir) vermək hüququna malikdir. 
Dəymiş zərərin ödənilməsi aşağıdakı üsullarla ola bilər: natura (məhsul) formasında, pul formasında və 
pul forması ilə yanaşı qismən də natura formasında. 
Dəymiş zərərin torpağa münasibətdə natura formasında ödənilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin 
bərpasında, məhz onun səthinin fiziki vəziyyətinin, yaxud torpağın keyfiyyətinin bərpasında ifadə olunur. 
Məsələn, əgər torpaq sahəsinin relyefi hüquqazidd olaraq pozulmuşsa (sahədə kanal, xəndək, quyu və s. 
qazılmışsa), o zaman torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpası tələbi hüquq pozucusuna qarşı qaldırıla bilər 
və sonuncu relyefin bu çatışmazlıqlarını öz gücü və  vəsaiti ilə aradan qaldırmağa borcludur. Əgər, torpaq 
sahəsinin korlanması onun tullantılarla zibillənməsində ifadə olunmuşdursa (tikinti materialları, ağac emalı 
qırıntıları və s.), o zaman onun əvvəlki vəziyyətinin bərpası tələbi bu çatışmazlıqların aradan qaldırılmasından 
ibarət ola bilər.  Əgər, torpaq sahəsi su altında qalmış, bataqlaşmışsa, yaxud qeyri-məhsuldar kiçik ağaclarla, 
kollara örtülmüşsə  və s. o zaman təlabata müvafiq olaraq onun əvvəlki vəziyyətini bərpa etməyə borclu olan 
subyekt (hüquq pozucusu) vacib meliorasiya işləri aparmalıdır. 
Bu və ya digər torpaq sahəsində torpağın əvvəlki keyfiyyətinin naturada bərpası tələbi, hüquq pozucusuna 
qarşı çox məhdud hallarda, torpağın keyfiyyəti nisbətən az pisləşəndə və onun əvvəlki keyfiyyəti süni şəkildə 
qısa bir müddətdə bərpa olunanda irəli sürülə bilər. Belə ki, əgər bu və ya digər şəxsin təqsiri üzündən torpağın 
duzlaşmasına yol verilmişdirsə, o zaman prinsipcə aqrotexnikanın inkişafının müasir səviyyəsində, hüquq 
pozucusundan  şərtləndirilmiş müddətdə onun yuyulması  və ya digər tədbirlərin aparılması yolu ilə torpağın 
duzdan azad olunmasını  həyata keçirməyi tələb etmək olar. Əgər hüquq pozucusunun hüquqazidd hərəkəti 


95 
 
nəticəsində torpağın həddən artıq turşulaşması baş vermişdirsə, o zaman hüquq pozucusundan torpağın 
əhənglənməsini və ya digər lazımi tədbirlərin aparılmasını tələb etmək olar. 
Lakin,  əgər o, tamamilə dağılıbsa, torpağın səthinin  münbit qatı gedibsə, torpağın keyfiyyətini bərpa 
etmək yolu ilə zərərin ödənilməsini tələb etmək olmaz. 
Torpağın əvvəlki vəziyyətinin bərpası yolu ilə əmlak itkisinin real olaraq ödənilməsinin mümkün həddi 
haqqında məsələnin həlli zamanı bu tədbir üçün lazım olanları hüquq pozucusunun həyata keçirmək 
qabiliyyətini nəzərə almaq lazımdır. 
Əgər hər hansı hüquqi şəxsin təqsiri üzündən torpaq sahəsi zibillənmişdirsə, o zaman bu hüquqi şəxsin 
üzərinə, adətən, torpaq sahəsini zibildən təmizləmək öhdəliyi qoymaq olar, çünki belə  işləri hər hansı hüquqi 
şəxs yerinə yetirməyə qadirdir. Lakin, hər müəssisə, idarə, təşkilat, təsərrüfat cəmiyyəti və ya ortaqlıqlar 
meliorasiya, irriqasiya, meşəsalma və s. işləri aparmaq hüququna və qabiliyyətinə malik deyildir. Belə hallarda, 
zərəri vuran natura formasında dəymiş zərəri ödəmək əvəzinə, tam həcmdə itkinin əvəzini verməyə borcludur. 
Naturada zərərin ödənilməsinə öz mahiyyətinə görə, torpaq kompensasiyası adlandırılan – istifadə üçün 
yararsız hala salınmış torpaq sahəsinin əvəzinə yeni torpaqların mənimsənilməsi kimi zərərin ödənilməsi də çox 
yaxındır. Qanunvericilikdə natura formasında zərərin belə ödənilməsi üsulu birbaşa nəzərdə tutulmamışdır. 
Lakin zərərçəkən tərəf hüquq pozucusundan analoji torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmək üçün müəyyən 
vəsait tələb edə bilər. 
Yuxarıda Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (maddə 73) torpaq sahəsinə hüquqlara 
məcburi xitam verilməsinin  əsaslarının siyahısı  təqdim olunmuşdur ki, onların arasında da həmin torpaq 
sahəsinə qanuni hüquqlara malik olan şəxsin vura biləcəyi zərər nəticəsində torpaq qanunvericliyinin 
pozulmasına işarə edilir. Məcəllədə göstərilir ki, torpaq sahəsinə hüquqlara xitam verilməsi təqsirkar  şəxsi 
dəymiş  zərəri ödəməkdən azad etmir. 75-ci maddədə, torpaqdan səmərəsiz istifadə edilməsi nəticəsində 
torpaqlara vurduqları  zərərin ödənilməsi barədə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə  və icarəçilərinə 
məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə göstərişlər verə bilməsi təsbit olunmuşdur. Bu zaman 
əgər hüquq pozucusu dövlət və ya bələdiyyə torpaqlarının mülkiyyətçisi, istifadəsiçi və ya icarəçisidirsə, onda 
itki torpaq sahəsinin mülkiyyətçisinin büdcəsinə  məqsədli təyinatla köçürülür. 76-cı maddədə,  hüquqlarına 
xitam verilmiş şəxsin həmin sahədən özünün istehsal etdiyi sonuncu məhsulu yığmaq kimi hüququ olduğu və 
vergiləri ödəmək, torpağın münbitliyini qoruyub saxlamaq kimi məsuliyyət daşıdığı da öz əksini tapmışdır. 
Torpaq Məcəlləsində torpaqların özbaşına tutulması (zəbt edilməsi) və özbaşına tikintilərin hüquqi 
nəticələri haqqında xüsusi maddə vardır. Belə ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması 
(zəbt edilməsi) qanunla qadağandır və bu sahələrin qanunsuz istifadəsi zamanı  çəkilən xərclərin  əvəzi 
ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.  Əks təqdirdə, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı 
zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır (maddə 107). 
Qanunvericiliyə görə, torpaqların  əvvəlki vəziyyətinə  gətirilməsi (orada olan binaların, tikililərin və 
qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların 
hesabına həyata keçirilir (maddə 107). 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 Saylı Qərarı ilə təsdiq edilmiş 
«Kənd təsərrüfatı  və meşə  təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və 


96 
 
ödənilməsi Qaydaları»na görə - torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulan ziyan və əldən 
çıxmış  gəlir yerli icra hakimiyyətinin və ya bələdiyyənin təşkil etdiyi qiymətləndirmə komissiyası  tərəfindən 
torpağın geri alındığı vaxtda qüvvədə olan bazar qiyməti ilə hesablanır və qiymətləndirmə komissiyasının aktı 
müvafiq yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiq edilir. 
İtkilərin, ziyanın və əldən çıxmış gəlirin ödənilməsinə dair mübahisələr məhkəmə qaydasında həll edilir. 


97 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin