Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə119/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   205
torpaq hüququ

cəzalandırılır.  
CM-in 254-cü maddəsinin üçüncü bəndinə görə,  eyni  əməllər ehtiyatsızlıqdan zərərçəkmiş  şəxsin 
ölümünə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Bu maddə ölkəmizin cinayət qanunvericiliyi üçün yenidir. O, ətraf mühitin ən vacib elementlərindən 
birinin torpağın müdafiəsində mühüm bir boşluğu doldurur. Göstərilən maddənin məqsədi – korlanmasının 
qarşısını almaq yolu ilə, yəni, obyekti torpaq olan təsərrüfat və ya digər fəaliyyətin qaydalarının pozulması 
nəticəsində onun vəziyyətinin pisləşməsini dayandırmaqla torpaqların mühafizə etməkdir. 
Torpağa hüquqların növündən və subyektindən asılı olmayaraq, torpaq, mənimsənilmiş  və ya 
mənimsənilməmiş olmaqla, torpaq sahələrinin hər hansı növü kimi araşdırılır. 
Həmin cinayətin obyektiv tərəfi özündə aşağıdakıları birləşdirir:  
1) onların saxlanması, istifadəsi və daşınması prosesində zəhərli kimyəvi və digər təhlükəli kimyəvi və ya 
bioloji maddələrlə davranmaq qaydalarının pozulması nəticəsində torpağın zəhərlənməsi, çirklənməsi və digər 
korlanması hallarını ifadə edən hərəkət və ya hərəkətsizlik;  
2) ətraf mühitə və insanların sağlamlığına zərər vurmaqdan ibarət olan nətiəcələr;  
3) hərəkət (hərəkətsizlik) və nəticə arasında səbəbiyyət əlaqəsi. 
Gübrələr, bitkilərin boy maddələri, zəhərli kimyəvi maddələr özündə, kənd təsərrüfatı istehsalında istifadə 
üçün, yaxud bitkilərin həvəskar və ya digər qeyri-kommersiya məqsədlərlə becərilməsi üçün xüsusi təyin 
olunmuş maddələri təmsil edir. Onlara olan tələbat, eynilə də onlarla davranmaq qaydaları, çoxsaylı normativ 
hüquqi aktlarda təsbit olunmuşdur və məcburidir. 
Gübrə, bitkilərin boy maddələri olmayan və  həmin maddədə (maddə 254) adları  çəkilməyən digər 
maddələrin istifadə olunmasını, baş vermiş hadisənin nəticəsinin xarakterindən asılı olmayaraq təsərrüfat və ya 
digər fəaliyyətin həyata keçirilməsində tətbiqinin mümkünlüyünü istisna edir. 
Cinayət Məcəlləsinin 254-cü maddəsində təsərrüfat və digər fəaliyyət mənasında müəyyən təsərrüfat və 
digər nəticələri əldə olunması, yəni kənd təsərrüfat bitkilərinin becərilməsi, yabanı bitkilərin stimullaşdırılması, 
bitki örtüyünün dəyişdirilməsi ilə  əlaqədar eksperimentlərin aparılması  və s. məqsədi ilə torpağa bütün təsir 
növləri anlaşılır. 
Həmin maddə ilə müəyyən olunmuş məsuliyyətə görə, təhlükəli kimyəvi və ya bioloji maddələrin sinifinə 
aid olmayan maddələrin və tullantıların torpaqda yerləşdirilməsi hallarında, torpağa zərərli sənaye istehsalı 
maddələrinin atılması  və tökülməsi nəticəsində torpağın çirklənməsi və ya korlanması cinayət  əlaməti hesab 
olunmur. 


91 
 
Torpaq qanunvericiliyi güclü neqativ təsirə  məruz qalmış torpaq üçün, onları  «deqradasiya olunmuş» 
kimi göstərərək və belə torpaqların siyahısını təyin edərək xüsusi rejimini müəyyən edir. Bu torpaqlara, xüsusən 
də,  «Yol Verilən Qatılıqdan»  çox zəhərli sənaye tullantıları ilə çirklənmiş  və ya «Yol Verilən Doza 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin