bitkilərin boy maddələri, zəhərli kimyəvi maddələr və digər təhlükəli kimyəvi və bioloji maddələrlə davranmaq qaydalarının pozulması nəticəsində təsərrüfat və digər fəaliyyətin zərərli məhsulları ilə torpağın zəhərlənməsi, çirklənməsi və ya başqa cür korlanması şərti maliyyə vahidinin yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Həmin maddənin ikinci bəndinə görə, eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə – iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə