qiymət verilir; 3) cinayət məsuliyyəti özündə təqsirkar şəxsə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqini nəzərdə tutur; 4) törədilən cinayətə görə mühakimənin hüquqi nəticəsi kimi məhkumluq yaranır (F.Səməndərov,
2007, s. 105).
Cinayət məsuliyyətinin yaranmasının zəruri şərtlərindən biri onun hüquqi faktla – ictimai təhlükəli,
təqsirli əməlin törədilməsi ilə bağlılığı olub, o, qanunda cəza hədəsi ilə qadağan edilən ictimai təhlükəli əməlin
törədildiyi andan başlayır.
Cinayət məsuliyyətini insanın cinayət tərkibi yaradan davranışı doğurur. İnsanın konkret cinayət tərkibi
yaradan ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyi cinayət məsuliyyətinin əsası kimi çıxış edir.
Cinayət tərkibi isə ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən, qanunda göstərilən obyektiv və
subyektiv əlamətlərin cəminə deyilir (F.Səməndərov, 2007, s. 113).
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi də cinayətlərin siyahısına torpaqları korlama kimi torpaq
qanunvericiliyinin pozulması da daxil edilmişdir.
Torpaqları korlama dedikdə, qəsdən və ya ehtiyatsızlıqdan törədilən hərəkətlər nəticəsində torpaqların
məhsuldar qatının tam və ya qismən məhv edilməsi, onun fiziki və ya bioloji xassələrinin pisləşməsi, habelə
torpaqların təbii-təsərrüfat dəyərinin aşağı düşməsi, məhsuldarlığının itirilməsi və s. başa düşülür.
Torpaqları korlama təkcə gübrələrlə, təhlükəli kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının
pozulması nəticəsində deyil, həm də bir sıra digər hərəkətlərlə (hərəkətsizliklə), məsələn, müxtəlif təyinatlı
obyektlərin tikilməsi, yolların salınması, kanalların qazılması, ağır nəqliyyat vasitələrinin gediş-gəlişi,
torpaqların rekultivasiyası (yararlı hala salınması) üzrə tədbirlərin görülməməsi, torpaqların meliorasiyası
qaydalarının pozulması və s. nəticəsində törədilə bilər.
Torpaqları çirkləndirilmək - torpağa onun üçün səciyyəvi olmayan fiziki, kimyəvi və bioloji maddələrin,
birləşmələrin, bakterial-parazitli və zərərli karantin orqanizmlərinin daxil edilməsi, torpaqların zəhərlənməsi isə
qeyd olunan maddələrin və birləşmələrin torpağa ondan hər hansı bir şəkildə istifadə olunmasını qeyri-mümkün
edən miqdarda daxil edilməsi, yəni belə maddələrlə torpağın çirklənməsidir.
Torpaqların başqa cür korlanması dedikdə, torpaqların zibilləndirilməsi, bataqlaşdırılması,
quraqlaşdırılması, eroziyası və s. başa düşülür.
Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci bəndinə müvafiq olaraq, torpaqların, ətraf mühitə və ya
insanların sağlamlığına zərər vurulmasına səbəb olan - saxlanması, istifadəsi və daşınması zamanı gübrələr,