87
duz, fiziki-kimyəvi,
biokimyəvi, istilik rejimlərinin süni dəyişdirilməsi yolu ilə həyata keçirilən, torpaqların
meliorasiyası aiddir.
Torpaqların yaxşılaşdırılması üzrə məcburi tədbirlərin yerinə yetirilməməsi hərəkətsizlikdən, yəni
yuxarıda göstərilən və digər hərəkətlərin, əməliyyatların və torpağın keyfiyyətinin yüksəlməsinə və vəziyyətinin
yaxşılaşdırılmasına istiqamətlənmiş prosedurların aparılmamasından, bir sıra hallarda isə – hərəkətdən, yəni
müvafiq tədbirlərin – vaxt, texnologiya və digər tələbatların pozulması ilə aparılması üzündən
faktiki olaraq
gözlənilən və ya tələb olunan nəticənin alınmamasından ibarət ola bilər.
Torpağın vəziyyətini pisləşdirən külək, su eroziyası və digər proseslərdən torpağın mühafizəsi üzrə
məcburi tədbirlərin yerinə yetirilməməsindən ibarət olan
hüquq pozuntusunun tərkibi, hüquqi-texniki baxımdan
torpağın təsərrüfatsızcasına istifadəsinə analoji qurulmuşdur və ondan yerinə yetirilməmiş məcburi tədbirlərin
mahiyyəti və onların yerinə yetirilməməsi nəticəsi ilə fərqlənir.
Torpağın vəziyyətini pisləşdirən digər proseslər müxtəlif terminlərin köməyi ilə təyin olunur:
çirklənmə,
Dostları ilə paylaş: