Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


 Torpaq qanunvericiliyini pozmağa görə dəymiş zərərin ödənilməsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə122/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   205
torpaq hüququ

12. Torpaq qanunvericiliyini pozmağa görə dəymiş zərərin ödənilməsi 
 
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, hüquqi və fiziki şəxlər 
torpaq qanunvericliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. 
Bu ümumi qaydanı iki əsas aspektdə araşdırmaq lazımdır:  
a) torpaq qanunvericiliyinin pozulması nəticəsində vətəndaşlara və hüquqi şəxslərə başqa vətəndaşlar və 
hüquqi şəxslər tərəfindən zərərin və itkinin vurulması;  
 b) torpaq sahəsinə müvafiq hüquqlara malik olan vətəndaşlar və hüquqi şəxslərin torpaqlarına təbii 
ehtiyat kimi vurulmuş zərərin ödənilməsi. 
Birinci halda, yəni, başqa vətəndaşların və hüquqi şəxslərin hüquqazidd hərəkəti nəticəsində 
vətəndaşlarda və hüquqi şəxslərdə müvafiq hüquqda olan torpaq sahələrinə  zərər vurulduğu zaman, dəymiş 
zərərin nəticələrinə görə öhdəliklər haqqında mülki qanunvericiliyin normaları  tətbiq olunur. Qanunvericiliyə 
müvafiq olaraq şəxsə və ya vətəndaşın əmlakına dəymiş zərər, həmçinin hüquqi şəxsin əmlakına dəymiş zərər 
bu zərəri vurmuş  şəxs tərəfindən tam həcmdə ödənilməlidir.  Əgər zərər hüquqi şəxs tərəfindən vurulmuşsa, 
onda təbii ki, onun ödənilməsi öhdəliyi müvafiq hüquqi şəxsin üzərinə düşür. Lakin, mülki qanunvericiliyə 
əsasən - hüquqi şəxs, öz xidməti və ya əmək öhdəliklərini yerinə yetirmiş və nəticədə, vətəndaşların və hüquqi 
şəxslərin torpaq sahələrinə  zərər vurmuş onun işçilərinə, vəzifəli  şəxslərinə reqress iddiası  (ikinci tərəfin 
xeyrinə müəyyən zərər çəkmiş və zərərin ödənilməsi haqqında digər şəxsə geriyə tələb irəli sürən  şəxsə 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin